0
Saturday 13 October 2012 - 21:49

ABŞ-ın Yaxın Şərq və İslam dünyasında siyasətinə bir baxış

Story Code : 203286
ABŞ-ın Yaxın Şərq və İslam dünyasında siyasətinə bir baxış
Ağ Evin ümumi diplomatiyasının dəyəri ABŞ XİN-nin Yaxın Şərq və İslam dünyasındakı siyasətlərinə yeni yanaşmalar həddindədir. Yaxın Şərq və İslam dünyasında Ağ Evin diplomatiyasına baxış bu ölkənin xarici siyasətində mühüm sahələrdən birinə baxışdır. Mövzu ona görə maraqlıdır ki, ABŞ XİN-nin qeyd olunan siyasətdə hansı yeni yanaşmaları var? ABŞ diplomatiyasının bu istiqamətdə mühüm vəzifəsi nəzərdə tutulan məqsədlərə çatmaq üçün yeni layihələrin həyata keçirilməsidir. Beləcə ABŞ XİN-nin əsas siyasəti ümumi diplomatiyanı işə salmaqdır. Ümumi diplomatiyadakı zəiflik ABŞ-ın dünyadakı nüfuzuna mənfi təsir göstərir. Mütəxəssislərin qarşısında dayanan əsas suallardan biri budur ki, ABŞ Yaxın Şərq və İslam dünyasında ümumi diplomatiyaya necə istinad edəcək? ABŞ rəsmiləri bu fikirdədir ki, məntəqədəki geopolitik dəyişikliklər səbəbindən ümumi diplomatiya təsirli olacaq.

Yaxın Şərq və İslam dünyasında Ağ Evin nəzərdə tutduğu budur ki, 1990-cı illərdə başlamış anti-terror kampaniyası Ağ Evi nüfuzdan salıb. Əsas səhvlərdən biri bu olub ki, ABŞ terrorizmi İslam kimi təqdim edib. Bu istiqamətdə bütün vasitələrdən istifadə olunur. Obama hakimiyyətə gəldikdən sonra yumşaq siyasət aparmaqla İslam dünyası ilə rabitələri normallaşdırmağa çalışdı. Əslində Obama Ağ Evin məntəqədə təlaşlarını azaltmaq yolunu seçdi. Amma məntəqədə İslam oyanış hərəkatı vəziyyəti dəyişdi və Obamanın siyasətləri nəticə vermədi. Belə görünür ki, Ağ Evin ümumi diplomatiya siyasəti problemlərlə üzbəüz qaldı.

Əsas problemlərdən biri ABŞ-İsrail münasibətlərinin mövcud siyasətlə ziddiyyət təşkil etməsidir. Ümumi diplomatiya deyəndə İslam dünyasında ABŞ-a nifrətin azaldılması nəzərdə tutulursa, bu siyasətlə İsraillə dostluq bir araya sığırmı?!

Xeyli vaxt bundan öncə Qərb mütəfəkkirləri Qərb və ABŞ-ın İsrailə xərclədiyi pulların həddi aşdığını bildirdi. 2008-ci ilin qışında Qəzzədə 22 günlük müharibədə bu siyasətin tərəfdarları artdı. Aydın oldu ki, ABŞ-ın sionist rejimi himayə etməsi ümumi diplomatiyaya böyük zərbədir.

Barak Obama ötən 4 ildə İsraildən uzaqlaşmaq görüntüsü yaratmaqla İslam dünyası ilə rabitələri yaxşılaşdırmağa çalışdı. Hazırda seçkilərdə rəqibinə uduzmamaq üçün yenidən İsrailin müdafiəsinə qalxıb.

Məntəqədə İslam Oyanışı hərəkatı səbəb oldu ki, ABŞ-ın əsas müttəfiqləri hakimiyyətdən getdi. Siyasi səhnədə xalqların rolu artdı. ABŞ hakimiyyətə gələnləri tanımaq istədiyi bir vaxt sionizmin sərt münasibəti ilə qarşılaşdı. Hansı ki, ümumi diplomatiya hərəkatın tanınmasını tələb edir.

ABŞ hazırda da qeyri-demokratik qüvvələrin himayəsində ittiham olunur. İslami oyanışın xarakterində anti-istibdad, anti-sionizm var. Bu isə müqavimət hərəkatını gücləndirir. ABŞ müqaviməti zəiflətmək üçün öz əvvəlki yanlış siyasətinə qayıdır. Ağ Ev Əl-Qaidə və sələfiləri himayə edir. Ağ Ev hər vəchlə Ərəbistan və Qətər kimi ölkələrdə diktator müttəfiqlərini qorumağa çalışır.

ABŞ-ın digər bir təlaşı İsrailin müharibəyə köklənmiş siyasətini tarazlaşdırmaqdır. İsrail hər vəchlə çalışır ki, ABŞ-ın regiondakı ümumi diplomatiyasını müharibə alovu ilə məhv etsin. Hansı ki, Ağ Ev Əfqanıstan və İraq səhvlərindən yetərincə əziyyət çəkib. İsrail öz siyasətini Ağ Evə qəbul etdirməyə çalışır.

Son olaraq deyə bilərik ki, sionist rejimin təhlükəsizliyi, neft və İslam ABŞ-ın siyasətində təyinedici amillərdir. Regionda xalqların iradəsi hər üç amilə öz təsirini göstərib. Aydın olur ki, ABŞ ümumi diplomatiyada müvəffəq olmasa xarici siyasətdə uğur qazana bilməyəcək.

Müəllif: Riza Möminzadə
Comment