QR CodeQR Code

Ağaye Paşazadə gündəmdəsiniz

İslamtimes , 14 Nov 2012 23:06

İslamtimes - Onlar həmişə deyiblər ki, sünnilər bizim qardaşlarımızdır, sələfilər isə nahaqdan şiələrə böhtan atır.


islamtimes.org/az/ - Bir neçə il əvvəl Mirşahinə verdiyi müsahibəsində QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadə dediklərindən belə almaq olardı ki, İranda ona çox böyük hörmət və rəğbət var, ali dini lider Ayətullah əl üzma Seyyid Əli Xamneyi isə şeyxə “ağaye Paşazadə” deyə müraciət edirmiş.

Bu azərbaycanlı tamaşaçısı üçün ekzotikadan başqa həm də bir simpatiya meyarı sayıla bilərdi, ancaq iş burasındadır ki, İranda ümumiyyətlə adi insanlara da ağaye filankəs deyə müraciət olunur.

Noyabrın 13-də QMİ-nin Qazilər Şurasında keçirilən toplantısında şeyx oxu atıb yayı gozlədən kimi danışıb.

Mən şeyxi anlayıram, hər bir ictimai çəkiyə mənsub adam kimi şeyx də gündəmdə qalmaq istəyir, özü də özünü lider görərək. Şeyxin çıxışı ilə artıq tanışsınız və onun o bəziləri haqqında dediklərini də bilirsiniz.

QMİ sədri irad tutduğu, daha doğrusu xəbərdarlıq etdiyi kəsimdə yer alan adamların adlarını çəkməyib, mən də çəkməyəcəyəm, zatən bu adamlar hamıya sizə də məlumdur. Elə ona görə də hamının həm də sizin də yadınıza salmaq istəyirəm ki, şeyxin nəzərdə tutduğu bu adamlar, bu xütbə oxuyan din adamları həm imamcamaatdır həm də bəziləri ictimai fəaliyyətlə məşğul olur.

Bunu da yaxşı bilirsiniz ki, bu adamların hamısı Qumda və Qəzvində təhsil alıb. Şeyxin çıxşından elə nəticə çıxarmaq olar ki, bu adamlar Azərbaycanda sünnülər haqqında arzuolunmaz fikir sələndirib dini ayrıseçkilik salmaqla, dini nifaq salmaqla və parçalamaqla məşğuldurlar.

Ancaq məsələ belə deyil. Əvvəla onların xütbələrində heç vaxt kiminsə haqqında mənfi fikir səsləndirilməyib. Xütbələrində məzhəb məsələsinə demək olar ki, toxunulmayıb. Ancaq bu adamları ruhani mütəxəssis kimi müxtəlif media qrumları sələfilərlə debata dəvət ediblər və onlar da debatda iştirak edib öz fikirlərini sivil qaydada ifadə ediblər.

Eyni cür də sələfilər verilən imkanlardan istifadə edib öz fikirlərini deyiblər. Burda irad tutulası nə var ki? Onlar həmişə deyiblər ki, sünnilər bizim qardaşlarımızdır, sələfilər isə nahaqdan şiələrə böhtan atır. Şeyxdən soruşmaaq lazımdır ki, məgər belə deyil?

Sələfilər jurnalistlərin kameraları qarşısında şiələrin gözünün içinə baxıb deyir ki, “şiələr müşrikdir və müşriklərin də cəzasını Quranda əmr olunan kimi biz verəcəyik”, bundan sonra sələfilərin haqlı olduğunumu şiələr deməlidir ki, şeyxin könlü belə istəyir? Şeyxin könlü Məhərrəmlik qabağı gündəmdə qalmaq istədi ona da nail oldu.

İSLAMTİMES - ELVİN CAVDOV


Story Code: 211905

News Link :
https://www.islamtimes.org/az/fori_news/211905/ağaye-paşazadə-gündəmdəsiniz

Islam Times
  https://www.islamtimes.org