0
Friday 30 November 2012 - 21:42

Mursinin addımlarının tərsinə yozumu

Story Code : 216631
Mursinin addımlarının tərsinə yozumu
Bir həftə öncə Misirin prezident admnistrasiyasından yayımlanan bəyanatda prezident səlahiyyətləri ilə bağlı dəyişikliklər xəbəri Misirdə gərginlik yaratdı. Prezidentin tərəfdarları və müxalifləri qarşıdurmaya getdi.

Müsəlman Qardaşları, Nur partiyası, Əl-Vəsət partiyası, Əl-Əzhər və digər islamçılar prezidentin müdafiəsinə qalxdı. Əks-cəbhədə millətçilər qərbpərəstlər və Mübarək hökumətinin qalıqları toplanmışdı. Onlar öz tərəfdarlarını meydanlara tökdülər, qarşıdurmalarda iki nəfər qətlə yetirildi, 250 nəfər yaralandı. Prezident narazılıq yaradan qərarın müvəqqəti xarakter daşıdığını təkidlə vurğulasa da, müxaliflər onun dərhal ləğvini tələb etdilər.

Prezidentin bəyanatında deyilirdi: “Sabiq konstitusiya məhkəməsinin sədrini Tələt İbrahim Abdullah əvəz edəcək. Konstitusiya məhkəməsi məhkəmə üzvləri arasından 4 illiyə seçiləcək. Heç bir məhkəmə orqanı konstitusiya qrumlarını ləğv edə bilməz. Misir inqilabında qətliam törədənlər mühakimə olunacaq. Prezidentin fərmanları konstitusiyanın icrası və yeni parlament seçkilərinə qədər icra olunmalıdır.”

Bəyanatda bir neçə əsas nöqtə vardı: Mübarək tərəfindən təyin olunmuş və inqilabdakı cinayətlərinə görə bəraət almış hakimlər yenidən mühakimə edilib, cəzalandırılacaq. Keçmiş rejimin qrumları parlament və məhkəməni ləğv edə bilməz. Yeni üsul-idarənin təsisatları keçmiş qrumlar tərəfindən ləğv olunmur. Kimsə prezidentin öz məsuliyyətlərini yerinə yetirməsi qarşısında dayanmamalıdır, yeni seçkilər və yeni qanunlar prezidentin fərmanı ilə gündəmə gələ bilər.

Bu bəyanat bu vaxta qədər bir-birini qəbul etməyən iki qrupu birləşdirdi. Eyni zamanda dörd islamçı qrup: Müsəlman Qardaşları, sələfilər, Yeni Müsəlman Qardaşları, Milli İslamçılar bir araya gəldi. Hansı ki, seçkilərdə bu qruplar ayrı-ayrı namizədlər irəli sürmüşdülər. Müxaliflər isə seçkilərə 8 namizədlə qatılmışdılar.

Gündəmə gəlmiş mövzu bir tərəfdən nigarançılıqların əsas amilini üzə çıxardı, digər tərəfdən hər iki düşərgədə birləşmə prosesi getdi. Misir cəmiyyətinin 90%-i müsəlmandır. Əgər 10%-lik qibtiləri ümumi toplumdan çıxsaq, milli cəbhə, qərbpərəstlərin qazandığı 10% müsəlmanlar arasındandır. Demək, islamçılarla müxaliflərin nisbəti 90-nın 10-a nisbətidir. İslamçıların dayağı nə qədər böyük olsa da onlar 4-5 partiya ilə təmsil olunurlar. Son günlər müxaliflər milli qurtuluş cəbhəsi adlı qrumda birləşib. Belə görünür ki, onların Qərbdən dəstəyi də artıb. Son günlər sionist mətbuatı, New-York Times, bir neçə başqa tanınmış nəşriyyə Mursinin diktaturaya qayıtdığını hay-küylə yazır. "New-York Times"da Tomas Fridmen yazır ki, ABŞ Misirdə demokratiyanı Mursinin İsraillə həmkarlığına satdı. Haartez də Amerikanın Misir diktatorunu dəstəklədiyini yazdı.

New-York Times, Haartez, Şərqül Əvsət yazdı ki, Amerika ilə əlaqə saxlayan islamçılar diktator, sekulyar Qərbpərəstlər isə demokratdır. Maraqlıdır ki, Qərbin demokrat adlandırdığı qüvvələr son 6 gündə Müsəlman Qardaşlarının onlarla ofisini yandırıb, iki nəfəri qətlə yetirib, 250 nəfəri yaralayıb.

Bu vaxta qədər Müsəlman Qardaşları və sələfilər Talibana oxşar hakimiyyət qurmaq istəyində ittiham olunurdular. İndi isə islmaçıların ABŞ-la müttəfiqliyi önə çəkilir. Əslində Misir prezidentinin bəyanatı göstərdi ki, islamçılar keçmiş rejim və Qərbə bağlı qrumları səhnədən çıxarmaq istəyir. Mursi yaxın keçmişdə hərbi komandan Hüseyn Təntavini vəzifədən uzaqlaşdırmaqla öz iradəsini ortaya qoydu. Həmin hadisədən 4 ay ötüb və konstitusiya məhkəməsi səhnəni tərk edir. O zaman İrandakı bir çox siyasi dairələr Təntavinin kənarlaşdırılmasını Klintonun Qahirəyə səfəri ilə əlaqələndirdilər. İnanan yox idi ki, Müsəlman Qardaşları ciddi dəyişikliklər aparacaq. İndi deyilmir ki, mövcud bəyanat Ağ Evlə razılaşdırılıb. Deyilən budur ki, ABŞ bu bəyanatı sükutla qarşılayır. Amerikanın susqunluğu arxasında səkkiz günlük müharibədə Mursinin xidmətlərinin dayandığı bildirilir.

Əlbəttə ki, Amerika xüsusi şəraitlərdə Müsəlman Qardaşlarını taktiki baxımdan müttəfiq saya bilər. Bəzən sionist başçıları da Mursi haqqında xoş söz deyir. Görən doğrudanmı ABŞ və İsrail Mursini dost hesab edir?

ABŞ və Qərb ölkələri Müsəlman Qardaşlarını təhlükəli hesab edir. Onlar Müsəlman qardaşları ilə həmkarlıq etsələr də bu addımı məcburi şəkildə atırlar. Qərb və müttəfiqləri yaxşı bilir ki, Müsəlman Qardaşları Mübarəkin süqutundan öncə Kemp Devid razılaşması və Misir-ABŞ münasibətlərinə qarşı olub. Başqa islamçı qruplaşmalar da İsrailə nifrətini bildirir, İsrail və ABŞ-ın düşmələrini özlərinə dost sayırdılar. Mövcud bəyanat hadisəsində islamçılar əl-ələ verdilər.

İslamçıların vəhdəti və Misir prezidentinə verilən səlahiyyətlər şəriət qanunlarına yol açır. Bu isə Qərbi çox qorxudur. Dini bir hökumət ABŞ və İsraillə sazişə getməyəcək. Bu hadisə Şimali Afrika və Qərbi Asiyada ciddi dəyişikliklərlə sonuclana bilər.

ABŞ və Qərbin Türkiyədəki kimi liberal islamçıların hakimiyyətə gəlişi ilə problemi yoxdur. Çünki liberal İslam imperializm üçün təhlükə yaratmır.

Təbii ki, Misir islamçıları Türkiyə və Taliban modelini qəbul etməsələr də müəyyən səhvlərə yol verir. Onların yolu İran İslam Respublikasının yoluna daha yaxındır.

Amma Qərb təbliğat maşını Mursi dövlətinə qarşı işləməkdədir. Mursinin konstitusiya layihəsinin təsdiqi üçün 2 ay vaxtı qalır. Əgər bu qanun referenduma verilsə 60%-dən çox səs qazanacaq. Bu zaman Misirdə yeni üsul-idarə səhnəyə gələcək. Hazırda Misir İraqın keçdiyi mərhələləri ötməkdədir. İraqlılar yeni konstitusiya ilə işğalçıları ölkədən çıxardılar. Tarik Haşimi kimi muzdur səhnədən çıxarıldı. ABŞ və Ərəbistanın hay-küyü, terroristlərin fəaliyyətləri yeni üsul-idarəni məhv edə bimədi.
Comment