0
Friday 7 December 2012 - 16:49

İslam azaddır?

Story Code : 218866
İslam azaddır?
İslam azaddır?
Islam times.org/az - Bu ayın 19-dan 21-ə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə Bakıda “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” beynəlxalq forumu keçiriləcək.

Yəqin siz də fərqindəsiniz ki, Azərbaycanda məktəblilərin hicab qadağasından sonra din mövzusunda beynəlxalq konfransların keçirilməsi çoxalıb. Burda anlaşılmayan bir şey yoxdur, Azərbaycan hakimiyyəti dünyaya İslamı özünün istədiyi, gördüyü və ən əsası qəbul etdiyi kimi çatdırmaq üçün belə tədbirlər keçirir.

Bəlkə də bu cür yanaşma çox normaldır, çünki belə tədbirlərdə nə iştirakçılar arasında nə də ekspertlər arasında elə adamlar tapılmır ki, hicabın qadağan olunduğu ölkədə İslamın azadlığı haqqında və ya sivilizasiyaların dialoqu haqqında geninə boluna beynəlxalq tədbirlərin keçirilməsinin mahiyyətini hakimiyyətdən soruşsun.

Yəqin elə bu səbəbdən hicabın qadağan olunduğu, yüzdən artıq şəxsin hicab dustağı olduğu Ölkədə İslamın Azərabaycanda azadlığı haqqında hakimiyətin verdiyi mesajlara təəcüblənmir.

İSLAMTİMES - HACI NƏCƏF
Source : İslamtimes
Comment