0
Sunday 9 December 2012 - 20:31

Ərdoğan Putin görüşünün pərdəarxası

Story Code : 219652
Ərdoğan Putin görüşünün pərdəarxası
Təqribən bir həftə öncə Rusiya prezidenti ilə Türkiyə baş nazirinin görüşü oldu. Analitiklər görüşdən mənfi nəticələr gözləyirdi. Amma mətbuatda gedən xəbərlərdən aydın olur ki, proqnozlar özünü doğrultmayıb. Türkiyənin Milliyyət qəzeti Putin Ərdoğan görüşünün pərdəarxasından yazıb. Qəzetin toxunduğu nöqtələr barədə rəsmi çıqlama olmayıb. Qəzetin yazdığına görə Putinin “taktikalar fərqli olsa da hədəflərimiz birdir” sözləri qarşı tərəfi razı salıb. Mənbə Putinin sözlərinə diplomatik yozum verir:

1. Türkiyənin Əsəd dövlətinə münasibəti aydındır. Putin bunu yaxşı bilir və bilərəkdən belə mövqe açıqlaması göstərir ki, Moskva ixtilafları dərinləşdirməyəcək.

2. Rusiya daxil olmaqla regiondakı siyasi qüvvələr sərnişin gəmisi kimidir və asanlıqla manevr edə bilər. Amma Putinin “biz Dəməşqin vəkili deyilik” sözləri səthi də olsa bir manevrdir.

3. İstanbul görüşü Putinə manevr imkanları verir.

Türkiyə nigarandır ki, ikinci İraq təcrübəsi yaşansın. Bu səbəbdən Suriyanın parçalanmasını istəmir. Onlar Suriyada dövlət quruluşunun qorunmasını istəyirlər və bunu Putinə bildiriblər.

Türkiyə Suriyaya ən təsirli ölkələrdən biridir. Türkiyə tərəfi bildirir ki, Suriya topları Türkiyə sərhəddində işə düşüb və təlafat verilib. Türkiyə 200 min qaçqına sığınacaq verdiyini bildirir və onların xərcini ödədiyini deyir. Vəziyyətin daha da pisləşməməsi üçün təcili müvəqqəti hökumət qurulması Ərdoğanın arzusudur. Türkiyənin nəzərincə Əsədə sədaqətli ələvilər istisna olmaqla Suriya ordusu qorunmalıdır. Əks təqdirdə İraqdakı kimi vətəndaş müharibəsi baş verəcək, vəziyyətə nəzarət etmək mümkün olmayacaq.

Türkiyə müvəqqəti hökumətə elə bir şəxsin başçılıq etməsini istəyir ki, son amansız əməliyyatlarda iştirak etməmiş olsun. Ankara əvvəllər də Faruk Əş-Şərq kimi adamların adını çəkib. Suriyanın Qətərə qaçmış keçmiş baş naziri Riyaz hicab da Türkiyənin dəstəklədiyi namizədlərdəndir.

Xəbərlərdən görünür ki, Ərdoğanla Putin arasında bu mövzu geniş müzakirə edilib. Amma Rusiya “Əsədlə”, Türkiyə isə “Əsədsiz” formulu üzərində dayanıb. Amma tərəflər qarşı tərəfin fikrini rədd etməyib.

Onlar öz mövqelərinin müsbət tərəflərini açıqlayıb. Ankara Rusiyanı inandırmağa çalışıb ki, Əsədin hakimiyyətdə qalması yeni böhranlar üçün başlanğıc olub.
Comment