0
Thursday 20 December 2012 - 00:56

Bir hesabat 600 etiraz?

Story Code : 222969
Bir hesabat 600 etiraz?
Bir hesabat 600 etiraz?
Islam times.org/az/ - Azərbaycan hakimiyyətinə yəqin Firon özü də qibtə edərdi, prezident İlham Əliyev çıxışlarında çox deyib ki, hakimiyyətin siyasi kursunun müəyyən edildiyi zaman heç kimlə hesablaşmır, şəxsən öz fikirini hər bir halda üstün bilib qərar qəbul edir.

Bu dərdin yarısıdır, başqa yarısı isə budur ki, əliyev rejimində vəzifədə olan hər kəs “burda mənəm, Bağdadda kor xəlifə” deyib hər cür hüquq pozuntusuna, cinayətə əl atır və bunun qarşılığında da cəzasız qalır.

Əliyev rejiminin bu cür özbaşına və azğınlığının qarşılığında yerli hüquq müdafiəçiləri çox aciz durumdadır, ancaq yerli hüquq müdafiəçiləri ilə bağlı daha iki məqam da var: Birincisi onların bir hissəsi rejim tərəfindən satın alınıb və özlərini elə aparırlar ki, sanki bunu heç kim görmür və anlamır.

İkincisi azlıqda qalan və rejimə satılmayan hüquq müdafiəçiləri o qədər az saydadırlar ki, iş həcmi böyük olduğundan çətinlik çəkirlər, və üstəlik birinci qrupa daxil olan “müstəqil” hüquq müdafiəçiləri gərəkli imkanlara malik deyillər.

Eyni vəziyyət QHT də aiddir və rejimin havadarları burda daha kütləvi şəkildə xarakterizə olunur. Rejimə az çox təsir edən yenə də ABŞ-ın nəzarətində olan beynəlxalq təşkilatlardır, onların hesabatlarında xalqın səsi işıqlandırıldıqda əlbəttə xalq bunu görür və qiymət verir.

Bu günlərdə Freedom House təşkilatının yaydığı illik hesabatda Azərbaycanı qeyri-azad ölkə kateqoriyasında yer alıb, həmin sənəddə isə Ermənistanı qismən azad ölkələr sırasına düşüb və bu fakt rejimi özündən çıxarıb.

İsterikanın şiddəti o qədər böyük olub ki, məsələ təkcə Əli Həsənovun açıqlaması ilə və ya bir iki Siyavuş səviyyəsində olan deputın bəyanat verməsi ilə bitməyib, Milli QHT Forumu işə qarışıb ki, nəticədə 600 qht Freedom House-un məlum hesabatına etiraz bilidirib.

Bu barədə siz də mətubatdan tanışsınız. Ancaq mətbuatında fikir vermədiyi ancaq verməli olduğu bəzi məqamları mən sizə deyim. Birincisi, dəqiqləşdirilməlidir ki, bu 600 təşkilat kimdir, nəçidir, həqiqətdə nə qədər saydadır.

Mən inkar etmirəm ki, bunların sayı 600 dür, ola bilər lap 6000 dir ancaq heç kim tərəfindən bu dəqiqləşdirilməyib və Freedom House təşkilatının yerli əməkdaşları da bunu dəqiqləşdirməyib.

İkincisi hamı bilir ki, əliyev rejimi hakimiyyəti qoruyub saxlamaq üçün şeytanın belə ağlına gəlməyən vasitələrə əl atıb və çox müxtəlif imkanlara sahibdir ki, həmişə hakimiyyətdə qalsın, onlardan biri də rejimə sadiq qalan 600 yox minlərlə qht yaradıb.

Bu sizin anladığınız kimi, bir quru adı, təsisçisi və peçatın olan qht-lər deyil, bunların hər birinin şəhərin müxətlif yerlərində ofisləri, işçiləri, büdcələri və bütün qərb ölkələrinə tez tez səyahətləri olan qht-lərdir. Lazım olanda rejim bunlardan istifadə edir.

Üçüncüsü indi ən vacib məsələ namuslu, obyektiv, vicdanlı olan və azlıqda qalan qht-lər gərək bəyanat verib Freedom House təşkilatına bildirsinlər ki, hesabatla bağlı narazı olanlar, sayca çox olsalar da yalnız rejimin xidmətçiləridir.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment