0
Saturday 29 December 2012 - 08:27

Daş qayaya rast gəlib

Story Code : 226010
Daş qayaya rast gəlib
Daş qayaya rast gəlib
Islam times.org/az/ - Mətbutdan siz də bilirsiniz ki, Gürcüstan baş naziri seçkilərdə qələbə qazanan kimi ilk işi Saakaşvilinin “sındırmaq” oldu, daha sonra verdiyi vədlər və işgüzar imicini yaratmq üçün SOCAR-ın bu ölkədə olan şirkətlərini bizləməyə başladı, elə o zamanlar yerli mətbuatımız yazırdı ki, İvanişvili Azərbaycana qarşı hücum əmrini rəsmi Moskvadan alır, ancaq elə zaman mən də yazdım ki, bu həmlələrin arxasında elə İvanişvlinin şəxsi maraqları da dura bilər sadəcə olaraq rəsmi Moskvanın adını hallandırmaq bizim bəzi siyasətçilərin və deputatların yerinə yetirdiyi tapşırıqdır. Ancaq bir məsələ var ki, İvanişvili bir qədər çox qabağa getdi, arxasında Moskvası olmayan bir dövlət rəhbəri kimi davranmdı, bununla belə bu adam ən birinci mənafe davası edir və bunu açıq aşkr görmək olur.

Bu günlərdə İvanişvilinin Bakı-Tiflis-Qars dəmiryol magistralı ilə bağlı verdiyi bəyanatını İlham Əliyevin bostanına daş atamsı anlamına gəldi və əliyev rejimi zəngin gürcü baş nazirinə açıq mesaj verərək bildirdi ki, sarsaqlamağa davam edərsə bu həm onun öz karyerası üçün həm də ölkəsi üçün baha başa gələr.

Ancaq Prinsip etibarı ilə İvanişvili Əiyevin qarşısında siyasi və iqtisadi baxımdan ram ediləcək, çünki gürcü baş naziri daşın qayaya rast gəldiyinin fərqində deyil, hətta dalında Rusiya dursa belə, ancaq nəticədə o da Saakaşvilinin Rusiya ilə münsibətdə buraxdığı səhvləri təkrarlamış olur ki, bu da elə Mişanın aqibətinə gətirib çıxara bilər, o da ola bilər ki, İvanişvili bu minvalla davam etsin və prezident seçkilərində güclü namizəd mövqeyini itirsin.

Burda əsas rolu Əliyev hakimiyyətinin malik olduğu külli miqdarda maliyyəsi oynayır. SOCAR-a məxsus Kulevi terminalında kütləvi tətili gəlicə isə açığı bunun arxasında İvanişvilidən daha çox elə SOCAR-ın Gürcüstanakı menecerlərnin maraqları durduğunu istisna etmirəm.
Source : İslamtimes
Comment