0
Wednesday 2 January 2013 - 18:18

"Latın Amerikasında İrana qarşı" qanunun pərdəarxası

Story Code : 227458
"Latın Amerikasında İrana qarşı" qanunun pərdəarxası
ABŞ prezidenti Barak Obama bir neçə gün öncə İranın qərb yarımkürəsində nüfuzuna qarşı layihəni imzaladı. Xarici işlər nazirliyindən 180 gün ərzində qanunun icrası tələb olundu. Siyasi şərhçi Qloria Estla Lario bu qanunun pərdəarxasına nəzər salır. Şərhçi bildirir ki, Ağ Ev İranın Latın Amerikasına nüfuzundan əndişəlidir. Şərhçinin sözlərinə görə Ağ Ev İrana qarşı hərbi planlarını həyata keçirmək üçün amerikalıları Tehranın təcavüzkar planlarına inandırmağa səy gösətirir. İranla Latın Amerikası ölkələri arasında münasibətlər genişləndiyi bir vaxt Obama belə bir qanun imzaladı. Qanun bir daha göstərir ki, ABŞ İrana qarşı bütün mümkün yollardan istifadə edir. Ağ Ev bu qanun vasitəsi ilə İranın Qərb yarımkürəsindəki fəaliyyətlərinə nəzarət etmək istəyir. Latın Amerikası üzrə mütəxəssis olan şərhçi ABŞ-ın əsas nigarançılığını belə izah edir: “Düşünmürəm ki, bu qanun ABŞ-ın nigarançılığından yaranıb. Zənnimcə məqsəd ictimai fikir formalaşdırmaqdır. Yəni İran Kanada və Meksika vasitəsi ilə Amerikaya təcavüzü planlaşdırır. Şərhçi düşünür ki, artıq zaman dəyişib. Son ABŞ və Latın Amerikası ölkələrinin toplantısında Kubaya iclasa atılmaq icazəsi verilmədi. Əksər ölkələr etiraz etdilər ki, bir də belə bir qadağa olsa iclas son iclas olacaq. ABŞ hər gün siyasi tənhalığa doğru gedir. Onun sadəcə iqtsadi və hərbi imtiyazları var. Bu səbəbdən yeni qanun İrana qarşı təcavüz planlarının bir hissəsidir.

Lario anti-imperialist ölkələrin həmkarlığına da işarə edir: “İranla Latın Amerikası ölkələrinin həmkarlığı onların öz varlığını qoruması üçün yeganə yoldur.” Ağ Ev onun hakimiyyətini qəbul etməyən istənilən bir ölkəni düşmən sayır. Bu səbəbdən Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı kimi ölkələrlə əlaqələrini genişləndirir. Bu ölkələr ABŞ-ın siyasətlərinə qulluq edir. Latın Amerikasına nəzarət əvvəllər bu həddə gündəmə gəlməyib. Bunun bir səbəbi də həmin ölkələr arasında ittifaq yaranmasıdır. Ağ Ev Latın Amerikasını itirmək üzrədir. ABŞ bu ölkələrə öz sərhədlərini açmaqla vədlər verir. Bununla belə Latın Amerikası ölkələri arasında əlaqələr genişlənir. Yaxın Şərqdə böyük parçalanma yaranıb. Bu parçalanmanı aradan qaldırmaq üçün İran yeganə vasitədir. Bu isə İranın da nüfuzunun artdığını göstərir.
Comment