QR CodeQR Code

ABŞ-ın mədəniyyət diplomatiyası

3 Jan 2013 22:00

IslamTimes - Tarix boyu imperialist ölkələr öz müstəmləkələrini müxtəlif yollarla, o cümlədən mədəniyyət və incəsənət ixracı ilə əsarətdə saxlamışlar.


Tarix boyu imperialist ölkələr öz müstəmləkələrini müxtəlif yollarla, o cümlədən mədəniyyət və incəsənət ixracı ilə əsarətdə saxlamışlar. Ağır xəstəlikdən sonra müvəqqəti işə çıxmış xanım Klinton ABŞ səfirlikləri üçün mədəniyyət diplomatiyasının əhəmiyyətindən danışıb. Səfirliklərdə Amerika sənətçiləri üçün layihələr həyata keçirilməsi Klintonun fikrincə ABŞ-a siyasi məqsədlərə çatmaqda yardımçıdır.

ABŞ diplomatiyasında tarix boyu sənətçilərdən istifadə olunub. Son əsrdə ABŞ səfirlikləri və konsulluqlarının işini izləyən sənətçilərdən alət olaraq istifadə olunmasına şahiddirlər. Səfirliklər mədəniyyət proqramlarının 50 illiyini qeyd edir. Zahirdə məqsəd ABŞ dəyərlərini dünyaya tanıtdırmaq, ABŞ mədəniyyəti ilə dünyanı tanış etməkdir.

30 noyabrda ABŞ xarici işlər naziri Hillari Klinton nazirlikdə təşkil olunmuş qonaqlıqda mədəniyyət proqramlarını təqdir edib, bu proqramlarda yaxından iştirak edən 5 sənətçiyə təşəkkürünü bildirib. Həmin sənətçilər bunlardır: Cef Konz, Kay Quou Şinq, Şah Ziya İskəndər, Kiki Smit və Kerri Mi Veyms. Bu sənətçilərdən 3-ü ABŞ-da dünyaya gəlib. Kay Çində, İskəndər Pakistanda doğulub və hazırda Nyu-Yorkda yaşayırlar. Klinton səfirliklərin mədəniyyət proqramlarını mədəniyyət diplomatiyasında beynəlxalq tədbir kimi qeyd edib. O bildirib ki, hazırda 10 mindən artıq sənət əsəri 200-ə yaxın diplomatik korpusda nümayiş olunur. Tədbirlər dövlət tərəfindən maliyyələşdirilsə də bu işə maliyyə dəstəyi verənlər təqdir olunub. Klinton proqramların yüksək əhəmiyyətə malik olduğunu vurğulayaraq deyib ki, sənəd ABŞ kimliyini bütün dünyaya çatdırmaqda yardımçıdır. Klinton deyib: “Bu proqramların böyük əhəmiyyəti var. Mən ölkənin birinci xanımı olduğum zaman anladın ki, ABŞ kimliyini tanıtdırmaq üçün bu proqramlar böyük əhəmiyyətə malikdir.” Nazir qeyd edib ki, sənət təbliğatı ABŞ-ın mənafelərinə xidmət edir və diplomatik bir alətdir. Sənət dövlət tədbirlərinin fövqündə olan bir alətdir. Bizim bugünki qonaqlarımızın təlaşları sayəsində sənət dünya ilə bizim aramızda körpü olub – deyib Klinton.

Ziyafət məclisində Klinton 5 sənətçini medallarla təltif edib onlara dövlət adından təşəkkürünü bildirib. Nazir bildirib ki, bu sənətçilərin hər biri on illər boyu xalqın təsəvvüründə ABŞ obrazını formalaşdırıb. Onlar bizə yeni bir diplomatik dil verib. Bu dillə dünya ilə danışmaq asan olub.

Konzun ABŞ-ın Pekindəki səfirliyinin həyətində yerləşdirilmiş əsəri əzəmətlidir. Kayın əsərləri səfirliklərin divarlarınə bəzəyir. Smitin əsərləri ilə İstanbul və Pombey səfirliklərində rastlaşmaq olar. Veymsin rəsmləri isə Madaqaskar, Liberiya, Mali səfirliklərində nümayiş etdirilir. Hazırda İskəndər İslamabad səfirliyi üçün əsər üzərində çalışır. Klinton deyib ki, bu sənətkarlardan hər biri azad ABŞ mədəniyyətinin təbliğatçısıdır. Diktator rejimlərin hakimiyyəti altında əzilən xalqlar bu əsərlərdən ruh alır.

Klinton deyib: “Dünyanın istənilən bir yerində ABŞ-ın səfirliyinə daxil olanda qürur hissi duyuram. Əlbəttə ki, bu proqramları həmin ölkədə yaşayan amerikalılar daha yüksək dəyərləndirir. Ağ Ev mədəniyyət diplomatiyası adı altında öz imperialist planlarını həyata keçirməkdə israrlıdır. Dünyanı günahsız insanların qanına boyamış bir ölkənin sənət əsərləri vasitəsi ilə qəlblərə yol tapması uğursuz cəhtdən başqa bir şey deyil.


Story Code: 227807

News Link :
https://www.islamtimes.org/az/fori_news/227807/abş-ın-mədəniyyət-diplomatiyası

Islam Times
  https://www.islamtimes.org