0
Tuesday 8 January 2013 - 15:13

Deyirlər debat olacaq

Story Code : 229226
Deyirlər  debat olacaq
Deyirlər debat olacaq
Islam times.org/az/ - Yerli mətbuatda belə bir xəbər neçə gündür yaylıb ki, İran İslam Respublikasının parlament deputatı, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpur Azərbaycan və İran vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun ləğvin ilə bağlı bəyanatla çıxış edib, verilən məlumata görə iranlı deputat Milli Məclisin memorandumu ləğv olunması haqqındakı qərarını doğru addım hesab etməyib və bu qərarı dəstəkləyən deputat Siyavuş Novruzla müzakirə aparmaq üçün hazır olduğunu bildirib.

Bu məlumatın nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm, ancaq öz növbəsində yerli mətbuata açıqlama verən Siyavuş Novruz hər zaman iranlı deputatla debata çıxmağa hazır olduğunu deyib.

Bu kontekstdə mənim yadıma İranın keçmiş səfiri Əfşar Süleymani ilə keçirilən debatlar düşdü, xatırlayırsınızsa o zamanlar keçirilən debatda azərbaycan siyasətçiləri o cümlədən Siyavuş Novruz cənab Süleymaniyə qarşı çox pis tərbiyəsizlik edirdilər, ona qarşı həqarət yağdırırdılar.

İndi bilmirəm cənab Həqiqətpurun bundan xəbəri var ya yox, ancaq yəqin iranlı deputat yaxşı bilir ki, Siyavuş Novruz hakim YAP-nın funksioneri olmaqdan başqa həm də İslama, dindarlara və İrana qarşı kəskin çıxış edən adamlardan biridir, onun debata razılıq verməsinin də arxasında bir niyyətinin olduğunu demək olar.

Əlbəttə belə bir debat harda baş verəcək, hansı şərtlərə baş verəcəyi hələ ki, bilinmir, bəlkə də heç baş vermədi, ancaq hər halda cənab Həqiqətpur ehtiyatlı olsa yaxşıdır.
Source : İslamtimes
Comment