0
Saturday 12 January 2013 - 11:51

Suriya reallığı “Indipendent”də

Story Code : 230255
Suriya reallığı “Indipendent”də
Qərb mətbuatında tanınmış “Indipendent”in müxbiri Patrik Kakbern Suriyada səfərdə olub və bu ölkədəki mövcud vəziyyəti fərqli şərh edib. Onun baxışları Qərb mətbuatında verilən şərhlərdən fərqlənir. Qərb mətbuatı çalışır ki, Suriyadakı vəziyyəti silahlı müxalifətin xeyrinə şərh etsin və Bəşar Əsədin süquta uğramaqda olduğunu göstərsin. Müstəqil ekspertlər Suriyadakı vəziyyəti fərqli şəkildə dəyərləndirir. Indipendent də adı çəkilən yazı ilə Suriyadakı vəziyyətin real təsvirini verməyə səy göstərib.

Kakbern bundan öncə də Suriya haqqında məlumat verərkən Suriya dövlətinin vəziyyətə nəzarət etdiyini bildirirdi. Onun son informasiyasında müxaliflərlə telefon təması yer alır. Müxalifət bu danışıqda müxbirə etirazını bildirir. Patrik yazır ki, Dəməşqdən Beyruta qayıtdıqdan saat yarım sonra bir suriyalı mənə zəng vurdu və dedi: “Ar olsun sənə, ar olsun "Indipenden"tə!” Patrik deyir: “Bu insan o qədər əsəbi idi ki, nə danışdığını bilmirdi və nəyə etiraz etdiyi aydın deyildi. Amma belə başa düşdüm ki, məni Dəməşqə getdiyimə və dövlət rəsmiləri ilə görüşdüyümə görə ittiham edirlər. Mənim Suriya dövlətinin tezliklə süquta uğramaycağını deməyim müxalifəti qəzəbləndirib.”

Patrik yazır ki, telefon söhbətində mübahisə baş verib: “Mən dedim ki, əgər mənimlə danışan adam bu qədər narahatsa, Beyrut kafelərində dolaşmasın və Hələbə gedib müxaliflərlə birlikdə vuruşsun.” Müxbir yazır ki, Dəməşqlə Beyrut arasında yol qısa olsa da insan sanki bir planetdən o birinə gedir. Dəməşqdəki reallıq Beyrutda tam təhrif olunub. Orada elə danışırlar ki, guya silahlı müxalifət qələbə qazanıb və Əsəd bu gün sabah süqut edəcək. Amma mühüm bir nöqtəni nəzərdən qaçırırlar: Suriya ərazisi demək olar ki, bütünlüklə ordunun nəzarəti altındadır.

İnsanlarda yanlış təsəvvürün arxasında mövzuya ikili yanaşan beynəxalq və regional mətbuat dayanır. Viza almaq problem olduğundan Suriyaya az müxbir daxil ola bilir. Müxalifətin mətbuat fəaliyyəti isə olduqca mürəkkəbdir. Bu sahədə Suriyadan xaricdəki qüvvələr fəaldır. Onlar Suriya haqqında ürəklərindən keçəni yazırlar. Videogörüntülər seçilir, kəsilir, nəzərdə tutulan görüntü yaradılır. Bu səbəbdən müxalifətin verdiyi informasiyalar qərəzlidir və Suriya dövlətini şər qüvvə kimi göstərməyə çalışırlar. Beyrut, London, Nyu-Yorkda yerləşən beynəlxalq mətbuat orqanları isə qəti şəkildə Əsədə qarşıdır. ABŞ-ın özündə prezident seçkiləri gedişində xarici jurnalistlərə viza verilmir. Ona görə də dünya mətbuatı Ağ Evə bağlı KİV-in xəbərləri ilə kifayətlənir.

Doğrudan da Dəməşqdə ağır texnika yerləşdirilib. Amma paytaxtın mühasirədə olması uydurmadır. Şimaldan Homs, cənubdan Dəra yolları açıqdır. Bu yollar Beyrut yolu kimi işləyir. Müxalifət hansı yolu bağlamaq istəyirsə ordu hücuma keçib qısa vaxtda yolu açır. Müxalif qüvvələrin əksəriyyəti öldürülür, qalanları da qaçır. Paytaxtın əməliyyat getməyən kvartallarında sosial problemlər var. Müxalifət təxribata güc versə də Dəməşq və Hələbdə fəaliyyətləri zəifləməkdədir. Dövlət qüvvələrinin də silahlı müxalifəti tam zərərsizləşdirmək gücü yoxdur. Müxalifət təkcə şimalda uğur qazanıb. Amma bu uğuru böyük saymaq olmaz.

Indipendent yazır ki, Suriya böhranı şəhərlər uğrunda müharibəyə çevrilib. 2011-ci ilin mart ayında başlayan etiraz aksiyaları indi qruplaşmalar arasında qarşıdurmaya çevrilib. Müxaliflər qarşı tərəfi fiziki baxımdan məhv etməyə çalışır. Yaxın günlərdə Suriyada olan Patrik belə deyir: “Xalqın 15%-i dövlətlə, 15%-i müxalifətlədir. 70% isə müharibənin başa çatmasını istəyir. Problemin həll yolu varmı? Müxalifətə silah-sursat göndərilməsi nə qədər güclənsə də qısa müddətdə uğur qazanmaq mümkün olmayacaq. Vaşinqton və London ümid edirdi ki, Əsəd dövləti daxildən dağılacaq. Bu isə baş vermədi. Hətta nüfuzlu şəxslərin hakimiyyətə arxa çevirməsi Əsədi gücdən salmadı. Hazırda döyüşlər şiddətlənir. Vəziyyət Şimali İrlandiyada “son dərəcə amansız siyasət” adlandırdığımız vəziyyətə bənzəyir. Müzakirələrə qədər çox qan axıdılacaq.”

Indipendent yazır: “ABŞ və müttəfiqlərinin siyasəti dalana dirənib. Onlar müxalifəti xalqın rəsmi təmsilçisi kimi tanısalar da müxalifətdə əsas qüvvə olan Ən-Nəsrə cəbhəsini terroristlər siyahısına salıblar. Hazırda Suriya 2003-cü il İraqına bənzəyir. Dünyanın hər yerindən radikal qüvvələr Suriyaya gətirilir. Vaşinqton radikalları gücləndirmək həvəsindən düşüb.”

Suriyanın problemi bundadır ki, ölkədə bir neçə qüvvə qarşıdurmaya girib. Sekulyarlar iddia edir ki, bu müharibə xalqın dövlətə qarşı müharibəsidir. Əslində isə ölkədə tayfa-qəbilə ixtilafları əsas yer tutur. İraqda seçkilərdə şiələr əksəriyyət olduğundan seçkiləri utdular. Suriyada əksinə, sünnə əhli şiələrin yerini tuta bilər. Hər iki halda Qərb demokratiyasının hakimiyyəti ələ alacağı şübhə doğurur.

Indipendentin müxbiri sonda vurğulayır ki, Suriya tayfa-qəbilə maraqları ilə yanaşı ABŞ, İsrail, Ərəbistan və müttəfiqlərinin maraq meydanına çevrilib. Bu qüvvələrə qarşı İran, Rusiya, Çin və başqa dövlətlər dayanır. Vəziyyətin ağır olduğunu yazan müxbir bildirir ki, qarşıdurmanın güclənməsi bu ölkədə demokratik dəyişiklikləri sual altına alır.
Comment