0
Saturday 12 January 2013 - 22:59

Əsgər qətllərində ədalətə ümid ola bilərmi?

Story Code : 230610
Əsgər qətllərində ədalətə ümid ola bilərmi?
Əsgər qətllərində ədalətə ümid ola bilərmi?
Islam times.org/az/ - Hərbi ekspertlər, 2012-ci ildə ordudakı əsgər ölümləri ilə bağlı hesabatlarını təqdim etməyə macal tapmamış, 2013-cü ildə əsgər ölümləri ilə bağlı açıqlamalar veməyə cəlb olundular.

İlin birinci ayının ilk on günündə müxtəlif hərib hissələrdə 6 nəfər əsgər zabitlər tərəfindən döyülərək öldürülüb ki, mətbuat onlardan hələlik yalnımız Ceyhun Qubadovun ölümünü işıqlandırdı. Çünki onun digər qətlə yetirilən əsgərlər kimi öz zabitləri tərəfindən döyülərək öldürülməsi bir faciədirsə, başqa bir faciə budur ki, Ceyhun uşaq ikən atasını itirmiş və anasının tək övladıdır.

Zabitlər tərəfindən döyülərək öldürülən digər 5 nəfər əsgər barəsində isə mətbuat hələ ki, ümumiyyətlə heç bir məlumat vermir. Ancaq Müdafiə Nazirliyi isə əsgərlərin qətlə yetirilməsini inkar edib, əsası olmayan, axmaq bəhanələr gətirir, bunun da əsas səbəbi odur ki, müdafiə naziri Səfər Əbiyev və nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu əsgərlərimizin öldürülməsində maraqlıdır.

Bəzi adamların fikrincə general Məhərrəm Əliyevin Ceyhun Qubadovun ölümünə reaksiyası icitimai fikirdə belə rəy formlaşdırıb ki, ədalətin yer tapacağına ümid yaranır, bu ədaləti əsgər qətllərinin sifarişçisi Səfər Əbiyevdən artıq heç kim gözləmir.

Ümid əlbəttə pis deyil, ancaq məsələ bundadır ki, Məhərrəm Əliyev də bir neçə dəfə verdiyi vədlərə əməl etməyib, elə müdafiə nazirliyi kimi bu qətllərə don geyindirməyə çalışsa, ona da inam qalmayacaq.
Source : İslamtimes
Comment