0
Thursday 17 January 2013 - 22:15

İsa Qəmbərə hücum sifarişçisi kimdir?

Story Code : 232172
İsa Qəmbərə hücum sifarişçisi kimdir?
İsa Qəmbərə hücum sifarişçisi kimdir?
Azərbaycan ordusunda əsgər qətlləri ilə bağlı gənclərin facebook vasitəsilə təşkil etdikləri son 10 ilin ən uğurlu etiraz aksiyasının eyforiyası bitməmiş ölkə gündəmində yeni peydə olan mövzu, Müsavat partiyasının sədri İsa Qəmbərin yanvarın 13-də Lənkərana yerli təşkilatın 20 illik yubleyinə gedən zaman məruz qaldığı hücum oludu.

Bu barədə siz artıq mətbuatdan məlumatlısınız və mən keçim şərhə. Hadisənin özü adi, təsadüfən, göydən düşmə bir hadisə deyil. Ola bilər İsa Qəmbərə qarşı cəmiyyətdə münasibət birmənalı deyil, ancaq bu adam iki ən böyük müxalifət partiyalarından birinin sədri və prezidentliyə namizədliyini irəli sürmüş siyasətçidir.

Bundan başqa onu da demək lazımdır ki, Azərbaycanda kriminal durum sabitdir, yəni Ölkədə bandit, quldur bu kimi digər kriminal ünsürlər yoxdur və ya onlar elə hakimiyyətdə təmsil olunanlardır. İsa Qəmbər siyasi çəkisinə görə çox böyük bir tədbirə də qatılmaq üçün Lənkərana getmirdi, sadəcə olaraq partiyasının yerli təşkilatının yubleyi idi və uzağı orda yerli 10-15 nəfər müsavatçı ilə bir görüş keçirə bilərdi ki, bundan da hakimiyyətin qılı tərpənməzdi.

Onda sual yaranır, bu hücum nəyə hesablanıb? Birinci onu başa düşdük ki, bu hücümun təşkilatçısı hakimiyyətdir, belə bir qəsdi yerli hakimiyyətin təşkil etməsi şübhəsizdir, ancaq o da məlumdur ki, yerli hakimiyyət Prezident Administrasiyasının tapşırığı olmasa belə bir aktı təşkil etməz və edə bilməz, hətta əgər icra başçısı Taleh Qaraşovun İsa Qəmbərə qarşı bir şəxsi qərəzliyi varsa yenə də özbaşına bu hücumu təşkil etməyə nə cəsarəti olar nə də bu addımı atar.

Bilirsiniz niyə? Çünki heç bir icra başçısı müstəqil deyil, özbaşınalıq edib belə addım atsa Administrasiyadan ona özbaşnalığına görə (diqqət edin, İsa Qəmbərə qarşı qərəzinə görə yox məhz özbaışnalığına görə) cəza verilə bilər.

Onda belə çıxır ki, sifarişi Prezident Administrasiyası verib. Buna heç kim şübhə etmir. Administrasiya nə üçün belə bir sifariş verib? Versiyalar çox ola bilər, mənim zənnimcə isə bunun əsas səbəbi digər müxalifət qüvvələrini və siyasətçiləri seçki ilində İsa Qəmbərin ətrafında birləşdirib sonra da onu seçkidə uduzdurub desinlər ki, baxın müxalifət yenə seçkini uduzdu.

Hakimiyyət elə düşünür ki, İsa Qəmbəri seçkidə uduzdurmaq çətin iş deyil, hamı da ona dəstək versə onda müxalifətin namizədinin uduzması müxalifətin uduzması demək olacaq. Özü də elə bir halda ki, İsa Qəmbər 20 ildir seçkidə uduzmağa vərdiş etmiş bir adamdır və bu dəfə də nə cəmiyyət nə də dünya ictimaiyyəti buna təəcüblənməyəcək.

Fikir verdinizsə bu hadisənin ilin əvvəlində olmasından İsa Qəmbər razılıq etdi, bunu ona görə etdi ki, seçki dövrünə qədər Müsavat başqanı daha tədbirli addımlar atmış olsun.

Belə çıxır ki, Müsavat başqanı hakimiyyətin oyununa gəlməmək taktikasını imitasiya edib siyasi oyunu ağıllı aparan siyasətçi kimi təəsürat yaratmaqla məşğul olacaq. Bir neçə gün bu mövzu mətbuatda müzakirə olunmaqla İsa Qəmbər özü üçün seçkiqabağı dividentlər əldə edəcək, hakimiyyət isə belə hadisələrə ən iyrənc və çirkin şəkildə don geyindirməyə çalışacaq və artıq bunu etdi, Lənkəran rayon İH-dən hadisə ilə bağlı verilən açıqlamalara baxsaq görərik ki, əliyev rejimi heç bir mənəvi çərçivəyə sığmayan bir tərzdə bu cür hadisələri malalamağa çalışır, üstəlik də iyrənc oyunları üçün şəhid ailələrini və sadə vətəndaşları alətə çevirir.
Source : İslamtimes
Comment