QR CodeQR Code

Daxili savaşda - Mali və müqayisəsi !

İslamtimes , 23 Jan 2013 01:47

İslamtimes - Terrora və terroristlərə dəstək verən ölkələrdən biri də Fransadı.


islamtimes.org/az/ - Bu gün dünyanın bir çox ölkələrində ölkə daxlil müharibə var.Belə müharibə ya inqilabi xarakter daşıyır-xalq zülmdən xilas olmaq,haqqını tələb etmək üçün savaşır,ya da xaricdən dəstəklənən radikal quruplar tərəfindən xarici olkənin maraqları üçün savaşılır.

Hazırda belə ölkələr çoxdu,lakin biz 2 ölkəni müqayisə edək:Suriya və Mali.
Bu 2 ölkənin bir çox fərqli və oxşar cəhətləri var.Biz isə,bu gün müqayisə edəcəyimiz mövzu hər 2 ölkə üçün xaraqterik olan iç savaşdır.

Mali də 2012-ci ilin yanvarında silahlı quruplaşmalar ölkənin şimalını ələ keçirtmiş,martda isə hərbi çevriliş olmuşdu.İqtidardakı boşluqdan istifadə edən silahlılar mövqelərini xeyli genişləndirmişdi.

Sonradan Mali hakimiyyəti silahlılara qarşı muharibə elan etdi.Lakin mövqelərini gücləndirən silahlılara qarşı mübarizədə,itki ilə üzləşən Mali dövlətinin prezidenti Dioncounde Traore BMT-yə müraciət etdi.BMT-nın qərarı ilə Fransa ölkəyə hərbi qüvvə yeritdi.

Eyni zamanda Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi(ECOWAS) və Afrika Birliyi ölkələri də BMT-dən icazə alaraq Maliyə hərbi dəstək üçün əsgər göndərdi.
Bəs Malidəki silahlılar kimdi?Malidəki silahlılarla Suriyadakı silahlılar arasında oxşarlıq varmı?

Əslində Malidəki silahlılarla Suriyadaki silahlılar arasında heç bir fərq yoxdu.Hər ikisi radikal dini qruplaşmalardı..Bəs onda necə olur ki,Maliyə hərbi dəstək etməyə icazə verən BMT,Suriya üçün də eynisini etmir.

Malidəki silahlıları terorist adlandıran ölkələr,Suriyadaki silahlıları qəhrəman elan edir,savaşı xalq üsyanı kimi qəbul edirlər.Halbuki Suriya dövləti ölkədə xeyli sayda əcnəbi döyüşçünün,terroristin öldüyünü,ələ keçirildiyini desə də,Suriyanin daxili işlərinə qarışanları ifşa etsədə,ölkəyə müxalif olan dövlətlərin mövqeyində dəyişiklik yoxdu.Əgər bu savaş xalqın səsidirsə,xalq narazıçılığıdırsa əcnəbi döyüşçülərin Suriyada nə işi var?

Mali və Suriya arasında bu ayrı seçiçilik,Suriyada iç savaş əslində İslam düşmənləri olan Sionist rejim tərəfindən aparılır.Çünki Suriya bu rejimin ən böyük dəstəkçisi olan Amerika və İsrailin istəklərini həyata keçirə bilməsi üçün maneədir.

Suriya hakimiyyəti Sionist rejimin yaxın şərq planlarına dəstək vermir,əksinə muxalif qalırdı.Bu maneəni aradan qalxması üçün, Suriyada hakimiyyət dəyişməli və sionist rejimin dəstəklədiyi kütlə iqtidar olmalıdır.

Suriyada iqtidarı dəyişmək üçün sionist rejimin bir çox səbəbi var.Onlardan isə ən əsasları bunlardır-İraq savaşına müxalif qalması,Qəzza savaşına müxalif qalması və Qəzzalılara yardım etməsi,Ərəb mühacirlərə sığınacaq verməsi,Fələstinlilərə sahib çıxması və yardım etməsi,Qüdsün xilas olması üçün fəaliyyət göstərməsi və ən əsası ABŞ təslim olmaması və s.Bütün bunlar deməyə əsas verir ki,Suriya kimin tərəfindədi,kimlərə,hansı ölkələrə verdiyi dəstək üçün bu gün bu müsibətlər başlarına gətirilir.

Bu gün hamı yaxşı anlayır ki,Suriya məsələsində marağı olan sionist rejimdir.Onsuzda sionist rejim İslam dininə,müsəlmanlara düşmən olduğunu hər fürsətdə,hər addımda sübüt edib,göstərib.
Anlaşılmayanlar isə Suriyada iç savaş ABŞ,İsrail kimi sionist rejimi dəstəkləyən ölkələrin əliylə baş verərkən,Türkiyə,Qətər,Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrinin sionist rejimə dəstək olması,Suriyadakı teroristlərə silah,ərzaq göndərməsidir.

Sadaladığımız müsəlman ölkələrinin hakimiyyətinin Suriya məsələsinə müxalif olan mövqeyi onların kimə “qulluq” etdiyini acıq-aşkar göstərir.
Ən əsası odur ki,bir ölkədə baş verən iç savaş sionist rejimin maraqlarına ziddirsə o ölkə haqlı,iç savaş çıxardanlar isə terroristdi,yox əgər əksinə iç savaş onların maraqları çərçivəsindədisə dövlət terrorist,iç savaş çıxardanlar isə qəhrəmandı.

BMT-in qərarına səbirsizliklə gözləyən,hamıdan 1-ci Malinin köməyinə qaçan Fransa.Malini terroristlərdən temizləmək üçünmü yardım edir?Əhalisinin 90 faizi müsəlman olan Maliyə kömək etmək üçün can-fəşanlıq göstərən Fransanın,səmimiyyətinə hər halda heç kəs inanmaz.Çünki terrora və terroristlərə dəstək verən ölkələrdən biri də Fransadı.Gərçək odur ki,Fransanın nə müsəlmanlara,nə də ki,Mali dövlətinə “canı” yanmır,Fransa yalnız öz maraqlarını güdür.

BMT isə Mali üçün tutduğu mövqeni Suriya üçü sərgilələməməsi,Malidəki silahlıları terrorist,Suriyadakıları məzlum elan etməsi,sionist rejim qarşısında nə qədər aciz,zəif olduğunu və kimlərin xeyrinə xidmət etdiyini bir kəs daha göstərmiş oldu.


Story Code: 233746

News Link :
https://www.islamtimes.org/az/fori_news/233746/daxili-savaşda-mali-və-müqayisəsi

Islam Times
  https://www.islamtimes.org