0
Thursday 24 January 2013 - 07:41

Siyasi tacir məhbuslar

Story Code : 234136
Siyasi tacir məhbuslar
Siyasi tacir məhbuslar
Islam times.org/az/ - Yanvarın 19-da "Binə" ticarət mərkəzində fəaliyyət göstərən minlərlə sahibkar, bazar sahibi Kəbirə Məmmədovanın əsassız olaraq icarə haqları və vergiləri qaldırması ilə bağlı kütləvi etiraz aksiyası keçirmək istəyiblər. Daha doğrusu, sahibkarlar ticarət mərkəzindən prezident Administrasiyasına yürüş edib şikayətlərini bildirmək istəyiblər, ancaq polis dəstəsi onların qarşısını kəsməklə elə çıxıb ki, sahibkarlar Bakı Astara yolunu kəsmiş olub.

Tacirlərin narazılığı ondan ibarətdir ki, ticarət mərkəzində onlara qarşı həm rəsmi həm də qeyri rəsmi vergi yığımı tələbi var, tələblərə cavab verməyənlər isə bazarı tərk etməlidir.

Ancaq burda da ciddi problem var, belə ki, sahibkarlar bazara gəlib bu dükanlarda biznesə başlayan zaman bu dükanlar onlara qeyri rəsmi surətdə satılıb, özü də çox baha qiymətə, məsələn 80 kvadratmetr olan bir dükana görə sahibkar birdəfəlik olaraq 30 min manat Kəbirə Məmmədovaya pul verib, bundan sonra işə başlayıb və fəaliyyəti dövründə də cürbə cür rəsmi qeyri rəsmi vergi yığımları ilə üzləşiblər.

Bu ticarət mərkəzində əvəllərdə bir neçə dəfə kiçik etiraz aksiyalarına cəhd olunub, ancaq tezliklə də yatırılıb, etirazçıların sayı da indiki kimi izdihamlı olmayıb. Bundan başqa bazarda haqsızlıqdan narazılıq edən müxtəlif sahibkarların dükanları bir neçə dəfə bazar sahibi tərəfindən cəza olaraq yandırılıb ancaq heç bir təhqiqat günahkarların cəzalanmasına qədər gedə bilməyib.

Bunun yeganə səbəbi onunla bağlıdır ki, Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova əliyev rejimi tərəfindən çox ciddi dəstəyi var. Bu vaxta qədər Vergilər Nazirliyi bu bazarda fəaliyyət göstərən sahibkarlara qarşı vergi yığımını kassa aparatı olmadan həyata keçirirdi, bütün vergi öhdəliklərini bazarın sahibi Kəbirə xanım ödəyirdi, ancaq necə?

Kəbirə xanımın silahlı adamları dükançılardan vergini toplayıb (ancaq bu verginin məbləğinin necə müəyyən olunması heç bir çərçivəyə sığmırdı) ödəyirdi. İndi isə prezident Əliyev göstəriş verib ki, hər bir satış məntəqəsində kassa aparatı olsun, ancaq bu da müşküldür, çünki qanuna görə sahibkarlar dükanda satmaq üçün aldıqları malları belə qeyri rəsmi satırlar. Yəni bir sözlə desək, dükançılar iki yox 6 daşın arasında qalıblar, gömrük, vergi qanunları, bazar sahibi, dükanların mülkiyyət forması, cargo və nəhayət vergi müfəttişləri, bunların da hamısı tam qanunsuz mövcud olan subyektlərdir.

Digər tərəfdən Kəbirə Məmmədova özü də bu işlərdə tam sərbəst deyil, o da yığdığı bütün pulları cibinə qoymur, böyük bir hissəsini havadarların cibinə qoyur ki, bu da rejimin adamlarıdır. Səbayl rayon məhkəməsinin qərarı ilə 2 ay həbs qəti imkan tədbiri ilə həbs olunan 10 etirazçıya gəlincə isə deyə bilərəm ki, onlar da digər siyasi məhbuslar kimi eyni aqibəti yaşaya bilər, bunu ona görə deyirəm ki, hüquqmüdafiəçiləri həbs olunan bu tacirləri potensial siyasi məhbus elan ediblər, indi bunlara nə ad verək? Siyasi tacir məhbuslar?
Source : İslamtimes
Comment