QR CodeQR Code

Bordyuja mesaj verdi

Islamtimes , 1 Feb 2013 10:22

İslamtimes - Təyyarələrin vurulması mümkün deyil


islamtimes.org/az/ - Ismayıllı olayı, bu olaya münasibətlər, ümumilikdə Azərbaycanda baş verən gərginliklər öz yerində indi də bir qədər 1988-ci ildən bəri Azərbaycanın müşkülünə çevrilmiş Qarabağ münaqişəsi ətrafında baş verənlərə baxaq.

Bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə parisdə keçirilən görüşü baş tutub. Açığı bu görüş heç yerli və xarici mətbuatda da elə də geniş işıqlandırılmadı. Çünki həm gündəm Azərbaycandakı gərginliklə zəbt olunub, həm də artıq azərbaycanlılar elə hesab edir ki, ən birinci Azərbaycanının 80 faizi işğal altında saxlayan əliyev rejimindən azad etmək lazımdır.

Yəni cəmiyyətin indki ümumi baxışı bu cürdür, pisdir ya yaxşı fərqi yoxdur ancaq reallıq belədir. Hələlik buna Azərbaycan xalqının gücü çatmır, ancaq kim bilir, bəlkə də Suriyada etiraz edənlərə dəstək verən qüvvələr sabah Azərbaycanda etiraz edənlərə də dəstək verəcək.

Bununla belə, gəlin qayıdaq Qarabağ məsələsinə, bu günlərdə bu mövzu ətrafında ən çox danışılan məsələ isə işğalçı ermənilərin Dağlıq Qarabağda hava limanını istismara verəcəyi və buna cavab olaraq isə Azərbaycanın həmin hava limanından uçuş edən təyyarələri vuracağı bəyanatlarıdır.

Bilirsiniz ki, bu söz söhbətlər əvvəllərdə mətbuatda işıqlandırılıb. Bu günlərdə Yerevanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Akademiyasının Ermənastanda yaradılması barədə memorandum imzalayıb sonra da bəyan etməsi ki, mülki təyyarələrin vurulması mümkün deyil, bu mövzuya başqa rəng qatdı.

Yəni general Bordyuja Azərbaycana mesaj verdi ki, ağlınızı başınıza yığın, belə bir hərəkətə yol verməyiniz sizin üçün faciə ilə nəticələnə bilər və üstəlik də ODKB-nin akademiyasının Ermənistanda yaradılması təsadüfi deyil.


Story Code: 236418

News Link :
https://www.islamtimes.org/az/fori_news/236418/bordyuja-mesaj-verdi

Islam Times
  https://www.islamtimes.org