0
Thursday 14 February 2013 - 11:08

Bəhanə

Story Code : 239544
Bəhanə
Bəhanə
Islam times.org/az/ - Avronestin enerji Komitəsinin Bakıda növbəti dəfə iclası keçirilib, toplantıda Milli Məclisin deputatları ilə yanaşı, müxtəlif xarici neft şirkətlərinin nümayəndələri və ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov da iştirak edib.

Avropalılar həmişə olduğu kimi yenə də təkrar ediblər ki, onlar üçün Azərbaycanın enerji yataqlarından hasil olunan neft və qazın önəmi çox mühümdür, bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi strategiyasına cavab verir.

Tədbirdə iştiark edən SOCAR rəsmisi Elşad Nəsirovun verdiyi açıqlama cəmiyyətdə ilginc bəyanat kimi qarşılanıb. Belə ki, vitse-prezidentin iddiasına görə ABŞ, İsrail, Avropa və Rusiyanı vura bilməyən İran, müharibə başladığı təqdirdə “Şahdəniz” yatağını raket zərbəsinə tutacaq.

Bu bəyanatı verərkən Nəsirov nəyə əsaslanıb demək çətin deyil, iş burasındadır ki, Azərbaycan tərəfi bununla İrana açıq mesaj verir ki, Xəzərdə İran tərəfindən təhlükə olduğu qənaətindəyik və bu səbəbdən suda müdafiəni gücləndirmək ABŞ və İsraillə hərbi əməkdaşlıq üçün əsas yaranır.

Ancaq aydın məsələdir ki, İran heç bir qonşu ölkəyə hücum etmək istəmir, sadəcə olaraq Nəsirovun dediyi fikirləri ABŞ və İsrail, Azərbaycan cəmiyyətində yaymaqla Azərbaycandan İrana qarşı platsdarm kimi istifadə etmək bəhanə kimi istifadə etmiş olur.
Source : Islamtimes
Comment