0
Thursday 14 February 2013 - 11:13

Yeni qanun kimin üçündür?

Story Code : 239547
Yeni qanun kimin üçündür?
Yeni qanun kimin üçündür?
Islam times.org/az/ - Yəqin bilirsiniz ki, əliyev rejimi xüsusilə zorakılıq metodlarından istifadə edərək Azərbaycanda partiyaları çoxdan iflic edib, bunu bəlkə siyasi rəqabət baxımından izah etmək olardı, çünki siyasi təşkilatların adında “partiya” sözü olduğu üçün bu təşkilatın hakimiyyətə gəlmək iddiası qəbul edilir.

Hakimiyyəti müddətində İlham Əliyev partiyalar necə bir zəlil günə qoyubsa, indi bu təşkilatların maliyyələşdirilməsini rəsmən də həyata keçirir. Ancaq son günlər haqqında danışılan qanun layihəsindən belə anlamaq olur ki, partiyalardan sonra indi də növbə Qeyri hökumət təşkilatlarına gəlib çatıb.

Sizin də bildiyiniz kimi, deputatı, Çingiz Qənizadənin təşəbbüsü ilə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu günlərdə Milli Məclisin plenar iclasında səsə qoyulmaq üçün yeni bir qanun layihəsi çıxarıb, bu layihədə QHT-lər hədəfə alınıb desəm yanılmaram.

Layihədən xəbəriniz var, orda olan müddəalardan da xəbəriniz var, cərimələrin ölçüsündən də, ona görə mən sizə nəsə bir xəbər vermək fikrində olmayıb keçirəm şərhə. Burda bir yox bir neçə məqsəd durur.

Birincisi budur ki, hakimiyyət kor deyil, görür ki, bu gün siyasi partiyalar çox zəif, zəlil bir gündədir, rejimin iqtidarı üçün heç bir təhlükə təşkil etmir, rəqabət qabiliyyəti sıfırın altındadır. Ancaq QHT-lərin bəziləri az aşın suyu deyil, son iki ildə xüsusilə ictimai birliklərin fəallığı, müstəqilliyə meyilli, hakimiyyətin hərc mərciliyini ifşa etməsi, özü də bu ifşalarla bağlı hesabatları dünya ictimaiyyətinin qarşısına qoyması, rejimi üçün həyacan siqnalını vermiş oldu.

Ona görə də hakimiyyət Çingiz Qənizadə kimi piyadalara əmr verdi ki, bu qanun layihəsini hazırlasın ki, beynəlxalq təşkilatlarda rejim üçün problem yaratmasın. Onu da deyim ki, son iki ildə QHT-lər bütün siyasi təşkilatlardan daha çox fəal və hakimiyyətin ifşası ilə məşğul olan sektora çevrilib.

Düzdür, QHT-də təmsil olunanların əksəriyyəti elə həmin siyasi partiyaların şinelindən çıxıb və onların arasında siyasi partiyalarda olanları da az deyil. Ancaq bu hakimiyyətə əsas vermir ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin ovuna çıxsın, hərçənd hakimiyyət bu ova çoxdan çıxıb və yüzlərlə bəli yüzlərlə adamları həbsə atıb.

Niyə uzağa gedirik ki, hicab qadağasına görə o qədər fəal və vətəndaş mövqeyi olan möminlər etiraz etdiyi üçün həbsə atılıb işgəncələrə məruz qalmadımı və hələ də həbsxanadadır.

İkinci məsələ də, budur ki, rejim QHT-lər üçün bu qanunu tətbiq etməklə məmurlara korruppsiya ilə məşğul olmaq üçün daha bir imkan verir, çünki bu qanun qəbul olunandan sonra QHT-lərin qrant alamğında məmurlar da iştirak edəcək.

Müqavilənin təsdiqinə nail olmaq üçün heç şübhəsiz ki, QHT təmsilçiləri məmurlara müəyyən qədər rüşvət vermək məcburiyyətində qalacaq. Qanunda dindarların bostanına da daş atılıb. Çingiz Qənizadə bu layihə ilə dini qurumları, icmaları, maliyyələşdirildiyi mənbələrdən məhrum etmək istəyib.

Aydın məsələdir ki, Azərbaycanda xristian dininin təbliği ilə məşğul olan missionerlər heç kim gözün üstə qaşın var deyə bilmir, çünki bu missionerlər Avropadan və ABŞ-dan dəstək alır, yerdə qalır müsəlmanlar.

Müsəlmanların da nurçular və sələfiləri, təzyiqlərə məruz qalacağı halda Türkiyə və Səudiyyə Ərəbistandan elə bir dəstək alacaq və işlərini rəvan şəkildə apara biləcəklər. Ancaq burda şiələrin məsələsi çətin vəziyyətə düşür, necə ki, düşüb də.

Diqqət etsəniz görərsiniz ki, hicaba azadlıq istəyən, həbsə atılan, işgəncələrə məruz qalan dindarların hamısı şiə müsəlmanlarıdır.
Source : Islamtimes
Comment