QR CodeQR Code

Ramiz Mehdiyev hardadır?

Islamtimes , 15 Feb 2013 12:26

Islamtimes - Ramiz Mehdiyev tez tez məzuniyyət adı ilə Fransaya gedib Elşad Abdullayevin Azərbaycana təhvil verilməsinin reallaşması üçün işlər görür.


islamtimes.org/az/ - Son günlər bir neçə rəsmi dövlət tədbirlərində prezident İlham Əliyev iştirak etdiyi halda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak etmədi.

Sözsüz ki, bu məqam jurnalistlərin gözündən yayınmadı, şayiələr başladı və yayıldı ki, Ramiz Mehdiyev istefa verib, vəzifədən çıxarılıb.

Bəziləri də dörd bir tərəfə qışqırıb deyirdi ki, Ramiz Mehdiyev ölkədən qaçıb.

Ancaq elə bu gün bu şayiələrə aydınlıq gətirən Əli Həsənov bildirdi ki, Ramiz Mehdiyev sadəcə olaraq 4 gündür məzuniyyətdədir və ayın 15-də iş başında olacaq. Ancaq bu da inandırıcı deyil, ona görə ki, Ramiz Mehdiyev həmişə iş başında olmağı sevən bir adamdır, iş başında da dincəlir, daha doğrusu Ramiz müəllim üçün iş həm də istirahət deməkdir. Ramiz Mehdiyev elə yerli yersiz və qrafikə görə məzuniyyətə çıxan adam deyil. Administrasiyanın rəhbəri çox önəmli olan hallarda məzuniyyətə çıxıb həmin önəmli olan məsələlərin həlli ilə məşğul olar. O ki, qaldı bu halda “Ramiz Mediyev harda ola bilər?”

sualına cavabı ən yaxşısı Elşad Abdullayevin bu günlərdə verdiyi açıqlamada var, sadəcə diqqətlə izləmək lazımdır, orda Abdullayev deyir ki, Ramiz Mehdiyev tez tez məzuniyyət adı ilə Fransaya gedib Elşad Abdullayevin Azərbaycana təhvil verilməsinin reallaşması üçün işlər görür.


Story Code: 239761

News Link :
https://www.islamtimes.org/az/fori_news/239761/ramiz-mehdiyev-hardadır

Islam Times
  https://www.islamtimes.org