0
Friday 15 February 2013 - 13:51

Razılaşdırılmış həbs

Story Code : 239780
Razılaşdırılmış həbs
Razılaşdırılmış həbs
Islam times.org/az/ - Elşad Abdullayevin videolarının yayılmasından uzun müddət keçməsinə baxmayaraq, əsas şahidlərdən biri Sevinc Babayevanın ölümündən az zaman keçməsinə baxmayaraq Gülər Əhmədovanın həbs olunmaması cəmiyyətdə elə bir rəy formalaşdırmışdı ki, Gülər Əhmədova həbs olunmayacaq, ancaq fevralın 13-də Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə günahlandıraraq sabiq deputat haqqında həbs qətimkan tədbiri seçməsi cəmiyyət üçün gözlənilməz qərar nümayiş etdirdi.

Bu xəbər sürətlə media səhifələrində və sosial şəbəkələrdə yayılıb müzakirə obyektinə çevrildi. İndi hamı bu barədə danışır. Elşad Abdullayev bu həbsin gecikmiş addım olduğunu qeyd edib.

Müzakirələrdə çıxış edən jurnalistlər, ekspertlər tez tez belə fikir səsləndirirlər ki, Gülər irticaçı sistemin sadəcə olaraq bir vinti idi, ona himayəçilik edib, sistemi işlədən, daha yüksək vəzifəli şəxslər isə öz vəzifələrində qalıb.

Ancaq unutmayın ki, elə bu ekspertlər və siyasətçilər bir müddət əvvəl “Gülər Əhmədova niyə azadlıqda gəzib?” deyib dururdular, bu təxminən ona oxşayır ki, Elşad Abdullayevin videoları yayılan zaman YAP təmsilçiləri əvvəl bunun montaj olunduğunu dedilər, sonra müstəqil xarici ekspertiza rəyindən sonra isə dedilər ki, bəs Gülər Əhmədova pis görüb və onu deputat mandatından məhrum edib YAP-da uzaqlaşdırdılar.

Əlbəttə həbs pis şeydir, heç kimə arzulamaq olmaz, ancaq vəzifəli şəxslər cinayət törədirsə, özü də elə bir ölkədə ki, burda yüzlərlə günahsız insanlar həbsxanadadır onda gərək bu vəzifəlilərin hansı aşın suyu olduğunu da nəzərə alasan. Bundan sonra nə ola bilər? Bir neçə şeyi dəqiq demək olar. Birincisi, bu həbs yuxarı dairələrdə, daha doğrusu Prezident Administrasiyasında geniş müzakirə olunub və razılaşdırılıb.

İkincisi elə həmin yuxarılardan Gülər Əhmədova çox ciddi bir şəkildə təlimatlandırılıb, hansı ifadələri verə bilər, hansı sözləri danışa bilər, kimlərin adını çəkə bilər və kimlərin adını çəkə bilməməsi haqqında hər bir məsələni nöqtəsinə qədər əzbərləyib.

Üçüncüsü, Gülər Əhmədovanın özünə də müəyyən vədlər verilib və o arxayın salınıb ki, məhkəmə necə keçəcək, müstəntiqlər ondan lazım olmayan şeyləri soruşmayacaq.

Dördüncüsü Gülərin təminatları barədə və bir gün əfvlə azadlığa buraxılacağı barədə də müəyyən təminatlar verilib. İstintaq araşdırması və məhkəmə prosesinin isə bir neçə il aparıla biləcəyini indidən demək olar.

Gülərin həbsindən sonra hakimiyyət ən azı tərəf kimi Elşad Abdullayevin Azərbaycana ekstradisiyasına da nail ola bilər, ancaq bu nə zaman baş tutacaq bunu indidən demək çətindir. Azərbaycan hakimiyyəti isə artıq arxayındır ki, Gülər Əhmədova yuxarıların icazəsi olmadan kiminsə adını çəkməyəcək.
Source : Islamtimes
Comment