0
Thursday 21 February 2013 - 11:03

Britaniya siyasi elitası və pedofil

Story Code : 241327
Britaniya siyasi elitası və pedofil
Britaniyada uşaqlara qarşı cinsi təcavüz hadisələrinin bir çoxunda tanınmış siyasətçilər ittiham olunur. Fars xəbər agentliyi Məşriq saytına istinadən xəbər verir ki, Avropa ölkələri arasında Britaniyada uşaqlara qarşı cinsi təcavüz halları daha çox qeydə alınıb. Bunun əsas səbəblərindən biri bu cinayətə görə qanunvericilikdə cəza nəzərdə tutulmamasıdır.
 
2003-cü ildə BMT-nin yaydığı hesabatda göstərilir ki, ildə bu cinayət səbəbindən 100-dən çox uşaq həlak olur. Ötən illərdə bu cinayət göstəricisi yüksəlib.
 
16 yaşa qədər uşaqlara təcavüz halı 2005-ci ildə 1363 nəfərdən 2010-cu ildə 2135 nəfərə çatıb. Nəhayət cəzasızlıq şəraitində 20 dəqiqədə bir uşağa cinsi təcavüz qeydə alınıb. Polis bu mövzuda tənqidi fikirlər səsləndirsə də uyğun cinayət artmaqdadır.
 
Maraqlıdır ki, uşaqlara cinsi təcavüzlə bağlı cinayət işləri çox vaxt itib-batır. Adətən bu cinayət işlərində yüksək rütbəli adamların adı çəkildiyindən hadisələr işıqlandırılmır. Belə ki, ingilis siyasətçiləri arasında uşaqlara təcavüz halı gündəmi tutub. Uşaq evlərində onlarla körpəyə cinsi təcavüz cinayəti sübuta yetsə də cinayətkarlar cəzalandırılmayıb. Hadisələrin bir çoxu baş nazir Marqarit Teççer vaxtında baş verib. Cinsi təcavüzün qurbanlarından olan Kis Qirqori deyir ki, uşaq evində olduğu zaman müəssisənin məsulları tərəfindən cinsi təcavüzə məruz qalıb. Bu müəssisələr kimsəsiz uşaqları parlament nümayəndələri, tanınmış vəkil və hakimlər, iş adamlarının ixtiyarına veriblər.
 
Hadisələr açıldıqdan sonra Britaniyanın baş naziri Kameron ciddi təzyiqlərə məruz qalıb. Bu hadisəni ölkəsi üçün rüsvayçılıq kimi dəyərləndirən baş nazir cinayətkarların cəzalandırılacağını vəd edib. 
 
Uşaqlara qaşı cinsi təcavüz hadisələri ilk dəfə 80-ci illərdə qeydə alınıb. Cinayət işi açılsa da günahkarların adı heç vaxt üzə çıxmayıb. 
 
Uşaqlara cinsi təcavüz hallarının bəzən mətbuata çıxması tanınmış siyasətçilərin bu cinayətə şərik olduğunu göstərir. Britaniya fəhlə partiyasının üzvü Elik Dayer Etkins 2003-cü ildə bu cinayətə görə iki il həbs alıb. Bu adam “kölgələrin qardaşlığı” adlandırılan beynəlxalq cinayətkar qruplaşmaya rəhbərlik edib. Etkins 42 min pornofilm hazırlayıb və bu filmlərin hamısında uşaqlara cinsi təcavüz lentə alınıb. Britaniya ağır cinayətlər təşkilatının rəhbəri Mayk Deyts adı çəkilən cinayətkar qruplaşmanın ləğvinə nail olub. O Etkins haqqında deyib: “Onun kompyuterində uşaqlara qarşı cinsi təcavüzün əks olunduğu saysız filmlər olub.”
 
Mühafizəkarlar partiyasından namizəd Maykl Pavel pedofil filmlərin yayılmasında ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Eyni cinayətə görə məhkum olunanlardan biri də Rocer Talbvisdir. Bu adam 6 il həbs alıb. 
 
Parlament üzvü, konservatorlar partiyasının fəalı Harvey Proktor cinsi təcavüz cinayətində ittihamla mühakimə olunub və istefaya göndərilib.
 
Mühafizəkarlar partiyasından Kristofer Pilkinqton pedofil filmlərin izlənməsi ittihamı ilə istefaya göndərilib. Fəhlə partiyasından olan Martin Laklin üç 14 yaşlı yeniyetməyə təcavüzə görə 15 il həbs alıb.
 
Fəhlə partiyasından olan Devid Spuner pedofildə itthamla bir il azadlıqdan məhrum edilib. 
 
Vaşinqton meri Nikolas Qrin 6-10 yaşlı 13 uşağa təcavüzə görə 10 il həbs alıb. 
 
Fəhlə partiyasının fəallarından olan Mark Tan 4 yaşlı körpə qıza təcavüzə görə 15 il azadlıqdan məhrum edilib.
 
Brunley meri Mark Svaynston şəhərin ümumi tualetində körpələrə təcavüzə görə mühakimə edilib. 2004-cü ildə Fəhlə partiyasının üzvü, Hilton şəhərinin sabiq meri 58 yaşlı Lyam Tempel 16 yaşlı oğlana təcavüzə görə ittiham olunub.
 
Fəhlə partiyasından olan Les Şperd 2004-cü ildə 9-13 yaşlı 10 qıza təcavüzə görə 10 il azadlıqdan məhrum edilib. 71 yaşlı bu manyak öz qurbanlarını şəhərdən kənara çıxarıb onlara təcavüz edib. 2005-ci ildə Fəhlə partiyasından olan başqa bir şəxs Eynstayn Teoder Devis 9 yaşlı qıza təcavüzə görə 7 il həbs alıb. Bu partiyanın başqa bir fəalı Piter Tafli (daxili işlər nazirinin müşaviri) 13 yaşlı oğlana təcavüzə görə 15 il həbsə məhkum edilib. 
 
Britaniyada uşaqlara qarşı cinsi təcavüzdə siyasətçilərlə yanaşı iş adamlarının, sənətçilərin, hətta kilsə xadimləri və polislərin adı çəkilir. 2009-cu ildə Britaniya polisi pedofil ittihamı ilə 56 qadını həbs edib, 84 qadını nəzarətə götürüb. 2008-2009-cu illərdə bu cinayət üzrə 22 min iş açılıb. Qurbanların əksəri uşaqlardır. Hər yeddi qurbandan biri 10 yaşdan aşağı, hər min qurbandan biri 5 yaşdan aşağıdır. 
 
2009-cu ilin oktyabrında Guardian qəzetində dərc olunan hesabata görə uşaqların cinsi təcavüzə məruz qalmasında qadınların rolu daha böyükdür. Mütəxəssislər Britaniyada 64 min qadının pedofil biznesi ilə məşğul olduğunu bildirir. 
 
2010-cu ildə 2135 nəfər cinsi təcavüzə məruz qalsa da, cinayətkarların heç 10%-i cəzalandırılmayıb. 2010-2011-ci illərdə 23 min uşağa təcavüzlə bağlı müraciət edilib. Onlar 11-17 yaş arasındadır. Təcavüzə məruz qalanlardan 5 min nəfəri 10 yaşdan aşağı uşaqlardır. 2 min nəfərin isə yaşı 6-dan aşağıdır. Əksər qurbanları qızlar təşkil edir. 2011-ci ildə bu cinayət 11% artıb və 200 uşağa təcavüz edən cinayətkar zaminə buraxılıb.
 
2012-ci ilin aprel ayında Britaniya polisinin yaydığı məlumata görə ölkə ərazisində hər 20 dəqiqədə bir uşağa təcavüz olunur. Demək cinsi təcavüzlərdən üçdə biri uşaqlara yönəlib. Məlum olub ki, təcavüzə məruz qalanlardan yalnız 60%-i polisə müraciət edir.
 
2012-ci ilin iyul ayında uşaq evinin 53 yaşlı xidmətçisi Eymond Talon etiraf edib ki, uşaqlara təcavüz edib və buna görə 14 ay həbs alıb. Bu hadisə 20 il öncə baş verib.
 
2012-ci ilin sentyabr ayında uşaqları müdafiə komitəsi bəyanat yayıb ki, Britaniyada 6 il ərzində uşaqlara təcavüz 60% artıb. 2012-ci ilin sentyabr və oktyabr aylarında BBC aparıcısının uşaqlara  və qadınlara təcavüzü ilə bağlı rəsmi məlumat yayılıb. BBC-nin məşhur aparısı Cimi Savilin ölümündən sonra onun bu çirkin cinayəti açılmış və şirkətin 10 əməkdaşı həbs olunmuşdur.
 
2013-cü ilin yanvar ayında Britaniya ağır cinayətlər təşkilatı elan edib ki, Britaniyada yetkinlik yaşına çatanlar arasında hər 4 nəfərdən biri uşaq yaşında cinsi təcavüzə məruz qalıb. 
 
Yuxarıda nəzərdən keçirilən məlumatlardan aydın olur ki, pedofil Qərb həyatının tərkib hissəsinə çevrilib. Bu cinayətə görə insanlar ya qısa müddətə həbs olunur, ya zəmanət əsasında azad edilir. 
 
Uşaqlara cinsi təcavüzlə bağlı bir məlumatı nəzərdən keçirək: Avropa İnsan Haqqları Məhkəməsinin 29292/95 saylı cinayət işinə əsasən 4 oğlan və qıza təcavüzlə bağlı Britaniya dövlətinə qarşı iş açılıb. Cinayət işində bir ailədən olan 3 qız və bir oğlanın cinsi təcavüzə məruz qalması faktı nəzərdən keçirilir. Bu uşaqlar öz ailələrində təcavüzə məruz qalıb. Uşaqlar zərərçəkmiş ünvanında 200-3 min funt təzminat alıb. Bu cinayət işindən göründüyü kimi Britaniyada uşaqlara cinsi təcavüz adi hal alıb və onun müqabilində maddi xəsarət nəzərdə tutulub.
 
2011-ci ilin dekabrında kaliforniyalı Robert Dişeldz heyvana təcavüzə görə 10 il həbsə məhkum olunub. Özünüz insanla heyvan arasındakı fərqi görməyə çalışın.
Comment