QR CodeQR Code

Hərbçilər nə istəyir?

Islamtimes , 23 Feb 2013 08:12

İslamtimes - Hərbçilərin mitinqinə icazə veriləcəyinə şübhə ilə yanaşmaq olar.


islamtimes.org/az/ - Bir müddət əvvəl ehtiyatda olan zabitlərlə müdafiə naziri Səfər Əbiyev arasında qalmaqal baş vermişdi və bunun da əsas səbəbi hərbi ekspertlərin orduda qeyri döyüş şəraitində əsgərlərin ölümü ilə bağlı olan problemlər idi.

Zabitlərin bəyanatından sonra müdafiə nazirliyinin cavabı çox sərt oldu və bu reaksiya ehtiyatda olan zabitlərin hiddətinə səbəb oldu. Ancaq hərbi ekspertlər görəndə ki, müdafiə nazirliyi onların müraciətlərinə kəskin də olsa münasibət bilirdi, o zaman hərbi ekspertlər çoxdan həllini gözləyən və özlərinə adi oln bir problemi qaldırdılar ki, bu onların əsasən sosial məsələləri ilə bağlıdır və hərbçilər müdafiə nazirliyindən məhkəmə qətnaməsinin yerinə yetirilməsini tələb etmək üçün xarici ölkə səfirlərinin ikinci katiblərinə müraciət ünvanladı. Hərbçilər həm də müraciətlərində diplomatlardan xahiş edir ki, ölkələri müdafiə nazirinin onların ölkəsinə gəlməsinə mane olmaq üçün viza verməsinlər.

Bundan başqa hərbçilər bu ilin martın 9-da təşkil edəcəkləri mitinqdə xarici diplomatları müşahidə aparmaq üçün dəvət ediblər.

Hərbçilərin mitinqinə icazə veriləcəyinə şübhə ilə yanaşmaq olar. Ancaq şübhəli məqam təkcə bu deyil, həm də nazirin qətnaməni yerinə yetirəcəyi də müşkül məsələdir.


Story Code: 241793

News Link :
https://www.islamtimes.org/az/fori_news/241793/hərbçilər-nə-istəyir

Islam Times
  https://www.islamtimes.org