0
Sunday 24 February 2013 - 21:30

Ankara Tel-Əviv əlaqələrinin kəsilməsi oyununun sonu

Story Code : 242325
Ankara Tel-Əviv əlaqələrinin kəsilməsi oyununun sonu
İki il yarım öncə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Qəzzəyə kömək aparan gəmiyə sionistlərin hücumundan dolayı dünyanı heyrətləndirəcək etiraz ortaya qoydu. Sionistlərin humanitar gəmiyə hücumunda 9 Türkiyə vətəndaşı şəhid oldu və hamıda belə bir fikir yarandı ki, Türkiyə-İsrail əlaqələri sona çatdı. Amma uzaqgörən politoloqlar Türkiyə-İsrail qarşıdurmasının bir oyun olduğunu düşünürdülər. Bu oyun bir müddət çoxlarını çaşdırsa da artıq həqiqət ortaya çıxmaqdadır.
 
Hadisədən hələ ki, 3 il ötməyib. Rəsmi şəkildə bəyan olundu ki, Türkiyə-İsrail hərbi əlaqələri sıfırdan başlayır. Hansı ki, bu əlaqələr elə əvvəlcədən qırılmamışdı. İki ölkə arasında gizli şəkildə əməkdaşlıq vardı və dünya müsəlmanları usta bir oyunla çaşdırılırdı. Siyasi analitiklər hadisələrin qızğın vaxtında da Tel-Əviv-Ankara əlaqələrinin kəsiləcəyini proqnozlaşdırmırdılar. Onların nəzərincə 60 il tarixi olan əlaqələr heç vaxt birdən birə qırıla bilməzdi. Hələ yarım əsr öncə Türkiyənin layik (dini qəbul etməyən) generalları sionist rejimlə geniş həmkarlıq edirdilər. Onları ərəb və müsəlman ölkələrinin münasibəti maraqlandırmırdı. Elə o zamandan sionist rejim Türkiyəni ən müasir hərbi texnologiyalarla təmin etməyə başladı. Bu həmkarlıq uzun illər davam etdi. Nəhayət, İslam hərəkat dalğasında Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldi. Bəziləri düşünürdü ki, bu partiyanın hakimiyyətə gəlişi NATO ilə əlaqələrin yenidən nəzərdən keçirilməsi ilə nəticələnəcək. Dövlət başçıları da buna münasib bəyanatlarla çıxış edirdi. Amma zaman ötdü və aydın oldu ki, Ankaranın Vaşinqton və Tel-Əvivlə əlaqələri əvvəlki kimi möhkəmdir. 
 
Son illərin hadisələri göstərdi ki, ictimai fikrin çaşdırılması uzun sürə bilməz. Ərdoğanın islamçı olduğuna inananlar onun bugünki amerikapərəst siyasətinə şahiddirlər. Artıq Türkiyə xalqı və məntəqə ölkələri Ərdoğanın Davosdakı qalmaqallı etirazını qeyri-ciddi qarşılayır. Şimon Peresə qarşı etiraz Ərdoğana müsəlman dünyasında nüfuz gətirsə də sonradan siyasi oyunun üstü açıldı və insanlar Ərdoğanın riyakarlığını təəssüflə qarşıladılar.
 
Necə ola bilər ki, İslam iddiasında olan biri İslam Müqavimət Hərəkatının bir saylı düşməni İsraillə həmkarlıq etsin?! Son dövrdə aydın oldu ki, Davudoğlunun Qəzzədəki gözyaşları, Ərdoğanın Davos qəhrəmanlığı bir oyun imiş. Həqiqətin üzə çıxması üçün zamana ehtiyac var. Zaman ötdü və Türkiyə İrana qarşı olan Patriot raketlərini öz ərazisində yerləşdirdi. Hazırda Türkiyə İsrailin vəkili ünvanında Suriya ilə vuruşur. Kimsə şübhə etmir ki, Müqavimət Hərəkatına yardımçı olan Bəşar Əsəd rejiminə qarşı savaş İsrailin mənafelərinə xidmət edir. 
 
Ərdoğan hökuməti hakimiyyətə gəldiyi vaxt bugünki addımları ata bilməzdi. Yalnız indi aydın olur ki, İslam adı altında böyük bir anti-İslam layihəsinin bünövrəsi qoyulurmuş. Bunu birinci müşahidə edənlər arasında İraq baş naziri Nuri Maliki də vardı. Peşəkar siyasətçilər hiss edirdilər ki, Ərdoğanın addımları İsrailin xeyrinədir. Bu gün Türkiyə dövləti İsrailə qarşı olan İran, Suriya və İraqla qarşı-qarşıya gəlib.
 
Kimsə şübhə etmir ki, Türkiyə-İsrail rabitələrinin kəsilməsi Ərdoğan hökumətinin gələcəyə hesablanmış planı olub. Ərdoğan zaman ötdükcə yaranan imkanlardan faydalanaraq İsraillə açıq münasibətləri davam etdirir. Mavi Mərmərə gəmisinə hücum əhvalatından sonra diplomatik əlaqələrin kəsilməsi ilə bağlı bəyanat heç bir sahədə özünü doğrultmadı. Əksinə, iki ölkə arasında ticarət mübadiləsi 17,2 milyard dollara çatdı. Bu isə 1989-cu ildəkindən iki dəfə artıqdır. Türkiyə İsraildən silah almağa da davam edir. Rabitələr yüksələn xətt üzrədir. Sadəcə müştərək manevrlər yoxdur. Bir sözlə Ədalət və İnkişaf Partiyası Türkiyənin ABŞ və NATO-dan asılılığını gücləndirir, İsrailin maraqlarının təmsilçisi rolunda çıxış edir. Ərdoğanın İslam dünyasını fəth etmək arzuları nəinki həyata keçmədi, hətta bu şəxs ötən illərdə olduğu kimi Avropanın qapısında diz çəkməkdədir.
Comment