QR CodeQR Code

Ərdoğanın düzdüyü muncuq yarımçıq qaldı: AB Türkiyəni qəbul etməyi planlaşdırmır

2 Mar 2013 22:53

IslamTimes - Türkiyə dövləti son aylarda Avropa Birliyinə üzv olmaq üçün planlı rolunu ciddi səylə yerinə yetirib.


Türkiyə dövləti son aylarda Avropa Birliyinə üzv olmaq üçün planlı rolunu ciddi səylə yerinə yetirib. Ərdoğan ümid edirdi ki, Merkelin Türkiyəyə səfəri düzdüyü muncuğu tamamlayacaq, amma belə olmadı.
 
Almaniya kansleri Merkel Ankaraya aydın bir mesajla gəlmişdi. O açıq şəkildə Türkiyənin AB-yə üzvlüyünə tərəddüdünü ortaya qoydu. Hansı ki, Ərdoğan bu işdə Merkeldən kömək istəmişdi. Merkelin vədi yalnız bu oldu ki, mövzu ətrafında danışıqlar davam edəcək. İndi Ərdoğan ümid edir ki, Merkel də Sarkozi kimi Türkiyənin AB-yə üzvlüyündə meydanı tərk edəcək. Merkelin tutduğu mövqe Ərdoğan üçün kabusa çevrilib. Ankara bu işdə lobbi fəaliyyətlərini tam işə salıb. Məqsədə çatmaq üçün Almaniyaya imtiyazlar verilib. Yada salaq ki, Türkiyənin AB-yə qəbul edilməməsində əsas bəhanə Kipr böhranıdır. 
 
Ərdoğan bir müddət öncə AB-yə qarşı fikirlər səsləndirmişdi. O AB-nin ikili münasibətlərini tənqid etmişdi. Ərdoğan demişdi ki, Şanxay İttifaqına üzv olmağı AB-yə üzvlükdən üstün tutur. O Şanxay İttifaqının daha güclü olduğunu vurğulamışdı. Əslində bu Ərdoğanın AB qarşısında bir oyunu idi. Baş nazirin mövqeyi AB-nin Türkiyəyə münasibətdə mövqelərinin yumşalmasına hesablanmışdı.
 
Ərdoğanın bəyanatı əvvəlcə təsirli göründü. Belə ki, Fransa mövqeyini yumşaltdı. Olland elan etdi ki, Sarkozidən fərqli olaraq Ankara ilə danışıqların tərəfdarıdır. Bunun ardınca Əhməd Davudoğlu Parisdə görüşlər keçirdi. Eyni vaxtda Kiprin türklər məskunlaşmış bölgəsi Yunan bölgəsi ilə danışıqlar təklifi ilə çıxış etdi. Aydın məsələdir ki, Kipr türkləri yalnız Ankaranın xeyir-duası ilə addım atır. Türkiyə dövlətinin son iki ildə Suriya və İraqa qarşı siyasətləri Qərbin mənafelərinə xidmət edir. Amma AB-nin buna əhəmiyyətsiz yanaşdığını görən Ankara qəzəbli bəyanatlarla çıxış etməyə məcbur olub. 
 
Almaniya kansleri Türkiyəyə son səfərində Ərdoğanın planlarını alt-üst etdi. Ərdoğan gözləyirdi ki, Fransanın ardınca Almaniya da mövqeyini dəyişəcək. Amma Merkel aşkar şəkildə Türkiyənin AB-yə üzvlüyü məsələsində tərəddüddə olduğunu bildirdi. Merkel Türkiyənin AB-yə tam hüquqlu üzv olmasını şübhə altına aldı. Vaxtı ilə Sarkozi də belə bir münasibətinə görə Türkiyə rəsmilərinin hədəfinə çevrilmişdi. Türkiyə dövləti isə yalnız tam üzvlüyü nəzərdə tutur və bütün əvəzləyici variantları rədd edir. 
 
Bəli, Ərdoğan Merkelin səfərini AB-yə üzvlük planlarında son nöqtə sayırdı. Merkelinsə münasibəti mənfi oldu. Ərdoğan yaxşı başa düşür ki, Almaniyanın razılığı olmadan bu iş mümkün deyil. Almanlar əvvəl mənfi münasibəti açıq büruzə vermirdi. Merkel AB-nin mövqeyni bəyan etmək vəzifəsini üzərinə götürmək istəmirdi. İndi isə Sarkozi yoxdur və Merkel buna məcburdur. Merkel AB-nin mənfi münasibətini Ankaraya çatdırmaq zorundadır. Ərdoğan başa düşür ki, bu yolda maneə təkcə Yunanıstan deyil, Almaniya maneəsi də var. İndi isə baş nazir planlarının boşa çıxdığını qəbul edib, yeni yollar axtarmalıdır. Əslində Türkiyə xalqının AB-yə üzv olmağa heç bir marağı yoxdur. AB-nin özünü yuxarı tutması, avro məntəqəsində iqtisadi böhran türkləri AB-yə qarşı bədbin edib. Türkiyənin AB-yə üzvlüyü 2005-ci ildən müzakirə olunur. Türkiyənin Avropa ölkələrinin mövqeyinə mənfi münasibəti gücündə qalır. Avropa ölkələri isə Türkiyədə islahatların zəiflədiyindən danışır. Sadə türklər isə bu fikirdədir ki, AB Türkiyəni məsxərəyə qoyub. Türkiyə uzun müddətdir AB-yə üzvlük üçün çalışır. Avropa dövlətləri isə bu istəyə mənfi münasibət göstərir. AB-nin mənfi münasibəti müxtəlif şəkillərdə bildirilir. Artıq Ankara AB-nin iki münasibətində özünü itirib. Prezident Abdullah Gül və xarici işlər naziri Əhməd Davudoğlu öz çıxışlarında bu iki münasibətə işarə edir. 
 
Beləcə, Türkiyə xalqı Şanxay İttifaqına qoşulmağı daha faydalı sayır. Türkiyə dövlətini Avropa böhranından bir qərar xilas edə bilər. AB-yə qoşulmaq istəyindən tam imtina etmək və Şərqə üz tutmaq.


Story Code: 243731

News Link :
https://www.islamtimes.org/az/fori_news/243731/ərdoğanın-düzdüyü-muncuq-yarımçıq-qaldı-ab-türkiyəni-qəbul-etməyi-planlaşdırmır

Islam Times
  https://www.islamtimes.org