0
Monday 4 March 2013 - 21:27

Heygelin təyinatı ABŞ-ın İran siyasətinə təsirlidirmi?

Story Code : 244243
Heygelin təyinatı ABŞ-ın İran siyasətinə təsirlidirmi?
Çak Heygel müdafiə naziri təyin olunduqdan sonra Pentaqonda hansı dəyişikliklərin baş verməsi araşdırılası mövzulardandır. Ötən çərşənbə axşamı müasir ABŞ tarixində ən mübahisəli təyinat təsdiqləndi. Sabiq senator Çak Heygel ABŞ müdafiə naziri təyin olundu. Respublikaçıların əksəri Heygelin təyinatına müxalif idilər. Nəhayət 58 səs lehinə, 41 səs əleyhinə olmaqla təyinat təsdiqləndi. Respublikaçılardan yalnız 4 senator Heygelə səs verdi: Mississipidən Tad Koçran, Nebraskadan Mayk Yuhans (Mike Johanns), Alabamadan Riçard Şelbay (Richard Shelby), Kentukkidən Rand Paul bu təyinata müsbət rəy verdi. 
 
Heygelə qarşı ittihamlar arasında onun İsraili himayə etməməsi birinci yerdə dayanır. İkinci ittiham onun İrana qarşı sərt olmamasıdır. BBC-nin sabiq müxbiri Alen Hart bildirir ki, Heygelə qarşı çıxışlarda 64 dəfə İsrailin adı çəkildi. Hansı ki, ABŞ-ın ən böyük problemi olan Əfqanıstan cəmi 4 dəfə yada salındı. Heygel “Mən İsrail yox, ABŞ senatoruyam” sözlərinə görə ən amansız hücumlara məruz qaldı.
 
Sual olunur ki, Heygel doğrudanmı İsrailə müxalifdir. Onun vəzifəyə gəlməsi ABŞ-ın İran siyasətini dəyişəcəkmi? Heygelin anti-İsrail mövqeyi həqiqətdir, yoxsa Respublikaçılar Obamaya qarşı kampaniyada bu mövzunu alətə çevirib?
 
Alon Pinkas yaxın vaxtlarda İsrailin Yediot Ahronot qəzetində dərc etdirdiyi məqalədə mövzuya münasibət bildirir. Müəllif Vyetnam müharibəsi veteranlarındandır. Alon yazır: “Nəzərinizə çatdırım ki, Çak Heygel əslində İsrailin dostudur və İsrailin mənafelərinə çox diqqətlidir.” Müəllifin dəlillərindən bidir budur ki, Heygel senator olduğu dövrdə İsrailin xeyrinə çox iş görüb. 1996-2008-ci illərdə İsrailin hərbi himayəsi layihəsinə səs verənlərdən biri Heygel olub. 
 
Qəzetdə verilmiş təhlildə bildirilir ki, Heygelin təyinatı ABŞ-İsrail münasibətlərinə təsir etməyəcək. Əvvəla Heygel İsrailin tərəfdarıdır, ikincisi müdafiə naziri xarici siyasətdə aparıcı rol oynamır. Həm də ABŞ-la İsrailin hərbi əlaqələri olduqca dərindir və bu rabitələr müştərək ordu qərərgahında əsas prinsiplərdəndir.
 
Pinkas bu fikirdədir ki, Heygelə qarşı hücumlar Obamanın noyabr seçkilərində qələbəsində qaynaqlanır. Onlar Obamanın seçiminə qarşıdırlar.
 
Bu nöqtə də çox mühümdür ki, ABŞ-da fərdlərin baxışı siyasi kursa təsirli deyil. Bunu əksər siyasətçilər yaxşı bilir. Ölkənin xarici siyasəti fərdlər yox, qrumlar tərəfindən təyin olunur və demək olar ki, dəyişməz qalır.
 
Fərqli düşünən insanların vəzifəyə gəlməsi ölkənin strategiyasında real əhəmiyyət daşımır. Bunu tarixi keçmiş təsdiq edir. Əslində ümumi strategiya qısa bir zamanda fərdi baxışlara təsir göstərir. Məsələn, Kandaliza Rays Buşun Milli Təhlükəsizlik üzrə müşaviri olanda müharibə tərəfdarı idi. Amma xarici işlər naziri təyin olunduqdan sonra müharibəyə qarşı mövqe tutdu. Əslində bu fərqli mövqe Raysın tutduğu vəzifələrin tələbi idi və Rays dəyişməmişdi. Politoloqlar düşünürlər ki, fərqli düşüncələr yalnız böhranlı dönəmlərdə müəyyən əhəmiyyət kəsb edir. Şübhəsiz ki, İsrailin himayəsi və İrana qarşı sərt mövqe ABŞ xarici siyasətində prioritetdir. ABŞ və İsrail eyni kökdən qidalanan iki dövlətdir. Bu kökdə iki mövzu dayanır: soyuq müharibə tarixi və ABŞ-da yəhudi lobbilərinin rolu. İranla düşmənçilik İslam İnqilabı və Tehranda ABŞ səfirliyinin tutulmasından sonra başlayıb. Nə Heygel, nə də başqa bir siyasətçi işləyəcəyi dörd il müddətində bu siyasətlərə təsir göstərə bilməz. Heygelin İrana münasibəti də maraqlıdır. O ABŞ-İran münasibətləri haqqında deyib: “Biz İranla müzakirələrdə ilkin şərt qoymamalı və İranla amiranə danışmamalıyıq.” 2007-ci ilə o demişdi: “21 əsrdə İran Yaxın Şərqdə super güc olacaq və ABŞ bu reallıqla barışmalıdır. ABŞ qarşıdakı 25 ildə İranın rolu ilə hesablaşmaya bilməz.”
 
Heygelin İran barədə dedikləri araşdırılmalıdır. Çünki onun İrana qarşı sərt çıxışları da var. Mühüm olan isə budur ki, yeni müdafiə nazirinin hazırkı mövqeyi İran məsələsində Obama, Con Kerri ilə həmfikir olmaqdır. 
 
Heygel də Obama və Kerri kimi düşünür ki, İranla münasibətlərdə diplomatiya ən münasib yoldur. Əslində bu siyasət Obamanın əsas siyasətidir. Heygel olmayanda da Obama bu yolla gedib. Belə bir siyasət əslində ABŞ-ın milli mənafelərinə xidmət edir. Ağ Ev Yaxın Şərqdə müharibədən çəkinir, hətta Suriyada müxaliflərə yardım etməklə kifayətlənir.
 
Alon Pinkas vurğulayır ki, Heygelin İrana hərbi müdaxilədən öncə bütün diplomatik yollara üstünlük verməsi təəccüblü deyil. Çünki Obamanın komandası belə bir mövqe tutub.
 
Digər tərəfdən Heygelin mövqeyi İsrailin tanınmış simalarının çoxunun mövqeyi üst-üstə düşür. Şimon Peres, Ehud Barak, Ehud Olmert də demək olar ki, Heygel kimi fikirləşir. Demək Heygelin ABŞ-ın İran siyasətini dəyişəcəyi inandırıcı görünmür. Heygelə qarşı çıxışların arxasında partiyalararası ziddiyyət yaranır. Avraam Linkolnun ölkəsində qaradərili prezidentə qarşı kampaniyada belə hesablaşmalar təəccüb doğurmamalıdır.
Comment