0
Monday 11 March 2013 - 13:32

Obama Tel-Əvivlə İranla bağlı ixtilafları etiraf etdi

Story Code : 245981
Obama Tel-Əvivlə İranla bağlı ixtilafları etiraf etdi
ABŞ prezidenti Amerika yəhudiləri ilə görüşdə bildirib ki, İsrailin öz daxilində olan ixtilaflar İsraillə Amerika arasında olan ixtilaflardan çoxdur. Obama bildirib ki, İranın nüvə proqramı ilə bağlı yaranmış gərginlik hələ də diplomatik yolla həll edilə bilər.
 
Obama işğal olunmuş ərazilərə səfər öncəsi ABŞ-dakı yəhudi rəhbərlərlə görüş keçirib və onlara vəd edib ki, İranın nüvə proqramının qarşısını almaqda israrlıdır. Bunu da vurğulayıb ki, problemin diplomatik yolla həlli üçün hələ ki, imkan var.
 
Ağ Evdə keçirilən görüşdə Obama ABŞ və İsrailin İranla bağlı müştərək informasiyalara malik olduğunu deyib. Obama deyib ki, ABŞ problemin diplomatik həllinə ümidini itirməyib, İsrail isə buna qarşıdır. ABŞ prezidenti İsrailin öz daxilində ixtilafların daha çox olduğunu qeyd edib.
 
İsrail mətbuatı yazmışdı ki, ölkədə hökumət təşkil olunmasa Obamanın səfəri təxirə düşəcək. Amma Ağ Ev elan etdi ki, yeni kabinet təşkil olunmasa da Obama 20 martda İsraildə olacaq. Obama bu görüşdə Çin strateqi San Tzunun bir sözünü misal çəkib: "Öz müxalifinizin geri çəkilməsi üçün ona qızıl körpü yaradın." 
 
Obamaya sual verilib ki, ABŞ nə üçün İranla bağlı mövqeyini açıq bildirmir? Obama sualı belə cavablandırıb: "Bunun səbəbi bizim şəffaf olmamağımız deyil." Obama Yaxın Şərqdə hər hansı sülh layihəsinə malik olmadıqlarını bildirib. Ağ Ev rəsmilərindən biri deyib ki, Obama İsraildə olduğu müddətdə İran, Suriya, Yaxın Şərqdə sülh mövzuları ilə bağlı müzakirələr aparacaq. Amma Obama elan edib ki, yeganə təhlükəsizlik yolu iki dövlətin sülh razılığına gəlməsidir. 
 
ABŞ prezidenti İsrailin qonşularla gərgin münasibətindən danışıb və tərəfləri müzakirəyə çağırıb. Görüşdə yəhudilər Obamadan istəyib ki, Tel-Əvivdə olduğu vaxt İsrailin sülh istədiyini rəsmən tanısın. Obama razılığını bildirsə də bunun şərti olduğunu deyib.
 
ABŞ prezidenti Türkiyə və İsraili münasibətlərin bərpasına çağırıb. Amma Ərdoğan ötən həftə İsrailin bəşəriyyət əleyhinə cinayətlərini təkrar vurğulayıb.
 
Görüşdə iştirak edən yəhudilərdən biri Haartez qəzetinə deyib ki, Obama İranla diplomatik danışıqlara tərəfdardır və sanksiyaların təsirinə inanır.
Comment