0
Tuesday 26 March 2013 - 22:35

ABŞ Xarici İşlər Nazirliyi: İranın məhkəmədə qələbəsi yolverilməzdir!

Story Code : 249250
ABŞ Xarici İşlər Nazirliyi: İranın məhkəmədə qələbəsi yolverilməzdir!
ABŞ Xarici İşlər Nazirliyi avropalı müttəfiqlərindən narazıdır ki, İranın diplomatik sahədə qələbəsinə zəminə hazırlanır. NATO ekspertləri elan etmişdilər ki, Qərb İrana qarşı zorakı vasitələrdən bəhrələnir. İndi ABŞ Avropadan tələb edir ki, kəşfiyyat məlumatları açıqlansa belə İrana qarşı sanksiyalar açıqlanmamalıdır. İranın beynəlxalq məhkəmədə sanksiyalarla bağlı prosesi udması mümkündür.  Hazırda Ağ Ev və Avropa Birliyi Avropa məhkəməsini belə bir məğlubiyyəti əngəlləməyə vadar edir. Onlar hətta kəşfiyyat məlumatlarını məhkəməyə təqdim etməklə İranın qələbəsinə mane olmaq istəyir. 
 
Yanvar ayında Avropa məhkəməsi Avropa ölkələrinə elan etdi ki, İranın Millət və Sadirat banklarına qarşı sanksiyaların qüvvədə qalması üçün lazımı dəlillər yoxdur. Beləcə iki bankın dondurulmuş vəsaitləri azad edilməlidir. Ağ Ev iddia edir ki, bu banklara qarşı dəlillər hələ ki, məhkəməyə təqdim olunmayıb. 
 
NATO Qərbin ötən il İranın nüvə təsisatlarına kiber hücumunu beynəlxalq hüququn pozulması kimi qeyd etmişdi. Rusiya və ABŞ qəzetləri bu barədə yazırdı. ABŞ rəsmilərindən biri New York Times-ə verdiyi müsahibədə deyib ki, İranın nüvə təsisatlarına istənilən hücum planı kəşfiyyat sirri sayılır.
 
Maraqlıdır ki, Qərb ölkələri NATO-nun iddialarını qəbul etmədi və bildirdilər ki, Amerikanın kiber hücumları araşdırmaq təcrübəsi kifayət qədər deyil. 
 
Bu arada "The National Interest" İranla müharibənin ağır xərclərindən yazdı. Mənbə bildirirdi ki, Qərb İranla müharibəyə girsə sanksiyalar gücdən düşəcək. Çünki müharibə neftin qiymətini ağlagəlməz dərəcədə qaldıra bilər. Bu isə İranın xeyrinədir. 
 
Mənbə yazır ki, İranın nüvə proqramını müharibə yolu ilə dayandırmaq fikri ciddi deyil. İran bu texnologiyaya yiyələnibsə nüvə təsisatları dağılsa da həmin işi yenidən görə bilər. Olsun ki, Qərbin hücumu belə bir fikir yaradar ki, nüvə enerjisindən ötrü bu qədər itkiyə getməyə dəyməz. Amma bu arada Qərbin öz itkiləri böyük olacaq.
 
Mənbə paralel olaraq Bəşar Əsəd müxaliflərinin İordaniyada hərbi təlim keçməsindən yazır. Türkiyə cəmiyyətinin Ərdoğana etirazları təlim düşərgələrinin bu ölkədən çıxarılmasını zəruri etmişdir. Digər mühüm xəbərlərdən biri ABŞ xarici işlər naziri Con Kerrinin İraqa səfəridir. Kerri Məsud Bərzani ilə telefon əlaqəsində ona xəbərdarlıq edib ki, mərkəzi hökumətdən müstəqil xətt tutmasın. Bu söhbət səbəb olub ki, Türkiyə baş naziri dərhal etirazını bildirsin. Türkiyə son dövrdə Nuri əl-Maliki hökumətinə qarşı mövqe tutub və İraq kürdlərini təhrik etməklə şiələrin mövqeyini zəiflətməyə çalışır.
Comment