QR CodeQR Code

Barış kimə qarşıdır

İslamtimes , 28 Mar 2013 15:01

İslamtimes - İran silahlı qüvvələrinin Xəzər dənizinə buraxdığı Cəməran 2 hərbi gəmisi dənizdə İranın mövqeyinin güclənməsi üçün hesablansa da əslində vermək istədiyi mesaj İsrailə aiddir, dənizyanı ölkələrə yox.


www.islamtimes.org/az/ - Novruz bayramı münasibəti ilə Azərbaycanda uzunmüddətli tətil mətbuat orqanlarında da öz təsirini göstərib, iş günləri olmadığından informasiya qıtlığı hiss olunur, yəqin bu səbəbdəndir ki, yerli mətbuat səhifələrində daha çox xarici mənbəli məlumatlardır, bu xəbərlər də əsasən Boris Berezovskinin ölümü, Kipr böhranı, Abramoviçin həbsi və s. kimi xəbərlərdir ki, onlarda çətin bizim oxucu auditoriyası üçün maraqlı olsun, ona görə hacı Nəcəf demiş, yaxşı ki, İsrail Türkiyədən üzr istədi, ancaq bu arada xarici mətbuat dediyimiz, bizim diqqət etmədiyimiz bir məsələyə toxunub.

Söhbət Xəzər dənizi uğrunda dənizyanı ölkələrin mübarizəsi və bu mübarizədə kənar qüvvələrin verdiyi dəstəkdən gedir. Rusiyalı hərbi ekspert Konstantin Sivkov bu mövzu ilə bağlı verdiyi açıqlamalarda qeyd edib ki, bir neçə gün əvvəl İran silahlı qüvvələrinin Xəzər dənizinə buraxdığı Cəməran 2 hərbi gəmisi dənizdə İranın mövqeyinin güclənməsi üçün hesablansa da əslində vermək istədiyi mesaj İsrailə aiddir, dənizyanı ölkələrə yox.

Çünki son zamanlar İsrailin Azərbaycan verdiyi hərbi texniki dəstəyin təsadüfi olmadığını İran anlaya bilib. Ekspert Sivkovun fikirlərini şərh etməyə ehtiyac görmürəm çünki İsrailin Azərbaycan verdiyi raket komplekslərinin və digər hərbi dəstəyi haqqında əvvəlki yazılarımda bir neçə dəfə toxunmuşam.

Məsələnin hərbi texniki tərəfini qoyaq kənara, baxaq siyasi mahiyyətinə. Hamı, bütün ekspertlər bir ağızadan deyir ki, İsrailin Türkiyədən üzr istəməsi təsadüfi deyil, hələ də nəzərə alsaq bu barış üçün ABŞ-ın canfəşanlığını görərik ki, münasibətlərdə tərəflərin niyyətində hədəfdə olan ölkə var, bu da İslam Respublikasıdır.

Bu, ekspertlərin yekdil fikridir. Ancaq sual yaradan Azərbaycanın mövqeyidir, axı necə ola bilər ki, Azərbaycan öz müsəlman qardaşı olan İrana qarşı bir cəbhədə birləşsin, özü də İsrail və ABŞ-la? Bu sual siyasətçilər, ekspertlər, xüsusilə də əliyev rejimi vermir, bu sualın müəllifi Nardaran ağsaqqallarıdır.

Sualın cavabı isə çox bəsit və konkretdir: Məgər əliyev rejimi nardaranlı möminlərdən ibarətdir ki, onlar üçün din qardaşlığı rol oynasın? Bir şeyi də qeyd etmək lazımdır ki, İsrail, ABŞ və Türkiyənin bu oyunu çoxdan planlaşdırılmış siyasətdir, bu siyasətin əvvəlki mərhələsi bu qədər qabarıq olmadığından belə səs küy yaratmamışdı, ancaq indiki mərhələsi göz deşir deyə kimsə bunu qulaqardına vura bilmir.


Story Code: 249620

News Link :
https://www.islamtimes.org/az/fori_news/249620/barış-kimə-qarşıdır

Islam Times
  https://www.islamtimes.org