QR CodeQR Code

Suriyadakı böhran və sabitsizlikdə Ərəb Birliyinin rolu

4 Apr 2013 20:11

IslamTimes - Ərəb ölkələrinin əksərində başçılar oğru və qarətçidən başqa bir şey deyil. Onlar uzun illərdir xalqın sərvətini talamaqla məşğuldurlar.


Franklin Len yazır ki, ötən həftə Ərəb Birliyi adlanan qrumun Suriyanın qanuni dövlətinə qarşı addımları məni heyrətə gətirdi. Bu qruma daxil olan ölkələrin silah qaçaqmalçılığına qarşı çıxmaq əvəzinə qanuni bir dövlətlə vuruşan terroristləri himayəsi adi qarşılanmamalıdır.
 
Suriya dövlət başçısı Bəşar Əsəd bu vaxta qədər Ərəb Birliyi ilə heç bir problem yaşamayıb. Hazırda Suriya hökumətinə qarşı Ərəb Birliyinin siyasətləri arxasında nə dayanır?
 
Ərəb Birliyini idarə edənlər siyasi baxımdan təcrübəli insanlardır. Amma bu insanlar sanki xalq tərəfindən dəstəklənməyən rejimlərin himayəsini öz öhdələrinə götürüblər. Ərəb ölkələrinin əksərində başçılar oğru və qarətçidən başqa bir şey deyil. Onlar uzun illərdir xalqın sərvətini talamaqla məşğuldurlar. 
 
Franklin Lem yazır ki, bir neçə ay öncə mərakeşli bir səyahətçi ilə rastlaşıb. Səyahətçi ona izah etməyə çalışıb ki, hazırda ölkədə kommunistlər xalqın inqilabını oğurlayıblar. Hansı ki, xalq özü hakimiyyətə sahib durmağa qadirdir. 
 
Əlbəttə ki, zaman gələcək bu gün Suriyaya qarşı çıxan ərəb başçılarının da həyatında eyni proses yaşanacaq. Onların da xaricdə bank hesabları dondurulacaq, ailə üzvlərinə qarşı terror baş verəcək. Yalnız həmin vaxt anlayacaqlar ki, bu gün necə səhv addım atıblar. 
 
Belə bir aqibət Qərb və NATO-nu da gözləyir və onlar bu sonluqdan qaça bilməyəcək. Onlar eynən CIA və Səudiyyə Ərəbistanının Əfqanıstandakı səhvlərini təkrarlayırlar. Həmin vaxt CIA və Səudiyyə Ərəbistanı Əfqanıstandakı terrorçuları dəstəkləyirdi. Bunun sonu ağrılı oldu. Amma hadisələr başa çatdıqdan sonra kimsə məsuliyyəti öz üzərinə götürmədi. 
 
Sabah Əsəd hakimiyyətdən getsə Suriyada sabitlik yaranacağı gözlənilmir. Onun gedişindən dərhal sonra sekulyarlarla Müsəlman Qardaşları, sələfilər arasında müharibə baş verəcək. Beləcə Suriya xalqı müharibə kabusundan tezliklə yaxa qurtara bilməyəcək. Hazırda Suriyada olduqca böhranlı bir vəziyyətdir. Bu gün İsrail və Amerika Suriya dövlətinə qarşı vuruşan terrorçuların himayəsi ilə məşğuldur. 
 
Franlin Lem yazır ki, Ərəb Birliyinin süqut astanasında olması təkcə mənim fikrim deyil. Bir çox mütəxəssislər bu fikirdədir ki, 2020-ci ilə qədər Ərəb Birliyi dağılacaq. ABŞ konqresində məşhur zarafatlardan bir budur ki, Ərəb Birliyi əvvəlcə dağılacaq, yoxsa onların sionist ağaları? Təbii ki, hər iki qüvvəni bir sonluq gözləyir.
 
Lem sözünün davamında bildirir ki, nə üçün Ərəb Birliyinin sanksiyaları Fələstin mövzusunda gündəmə gəlmir? Nə üçün bu birlik İsrailin səfirliyinə yer verən ölkələrə xəbərdarlıqlarını həyata keçirmir? Digər bir tərəfdən, ABŞ və Qərb dövlətlərinin müharibə siyasəti yeni düşənlər yaradır. Artıq imperializm bu dövlətlər üçün əyləncəyə çevrilib. 
 
Amma mən şahid olmamışan kimi imperialist olmayan dövlətlər məsələn Meksikada narkotika alverçilərinə silah satsınlar. Bu dövlətlər heç vaxt münaqişələrə qatılmır, hansısa ərazini bombalamır. Yalnız imperialist dövlətlər belə çirkin işlərlə məşğuldurlar. Amerikanın işğalçı İsrail ordusunu himayə etməsi onun üçün böyük rüsvayçılıqdır. Ağ Ev bu rejimi himayə etməklə onun hərbi cinayətlərinə şərik olub. Bu yaxınlarda İsrail vətəndaşlığı olan iki amerikalı terror ittihamı ilə Qərb sahilində həbs olunub. Bu Amerika üçün ağır ittihamdır. Buş bir zaman terrorizmlə mübarizədən danışırdı. Amma hazırda dünyanın tanınmış terrorçuları Amerikaya öz evləri kimi gedib-gəlirlər. 
 
ABŞ və Qərb mətbuatı mövzuları elə işıqlandırır ki, sanki işğalçı ordunun mətbuatıdır. Biz unutmamalıyıq ki, müharibə meydanlarında axıdılan qanlara şərikik.
 
Ağ Evin nəzərincə bir sıra ölkələrdə inqilab baş verməlidir. Amma bu inqilablar xalqın qurtuluş və rifahına xidmət etmir. Ağ Evin nəzərdə tutduğu inqilablar beynəlxalq imperializmin mənafelərinə xidmət edir. 
 
Bu günlərdə ABŞ mətbuatında təhlükəsizlik qüvvələrinin zirehli maşınlar alması məsələsi gündəmə gəlib. Hər bir amerikalı bu mövzu ilə bağlı təhlükəsizlik qüvvələrinə müraciət edə bilər. Artıq Amerikada daxili sabitsizlik problemi yaşanır. Modern zirehli maşınlar alan daxili təhlükəsizlik qüvvələri bu maşınlardan kimə qarşı istifadə edəcək? 
 
Müəllif yazır ki, bu günlərdə maraqlı bir video material görüb. Həmin video materialda 9 yaşlı uşaq bir məhbusun başını kəsməyə məcbur edilir. Franklin Lem yazır ki, bu material İspaniyada vətəndaş müharibəsində qeydə alınmış bir fotonu onun yadına salıb. Həmin fotoda güllənin əsgərin başına dəydiyi an qeydə alınıb. Uyğun foto həmin müharibənin ən yadda qalan səhnəsi olmuşdu. Müəllif yazır ki, suriyalı uşağın qətlə məcbur edilməsi də günün əksi kimi yadlarda qalacaq.


Story Code: 251560

News Link :
https://www.islamtimes.org/az/fori_news/251560/suriyadakı-böhran-və-sabitsizlikdə-ərəb-birliyinin-rolu

Islam Times
  https://www.islamtimes.org