0
Friday 5 April 2013 - 19:53

Dindarlar da facebook-dan yararlana bilir?

Story Code : 251825
Dindarlar da facebook-dan yararlana bilir?
Dindarlar da facebook-dan yararlana bilir?
Islam times.org/az/ - Aprelin 5-də maraqlı bir hadisə baş verib, belə ki, Nizami metrosunun ətrafında təxminən sayı 50-60 nəfər olan gənc əllərində plakat və transporantlar olmaqla “hicaba azadlıq”, “hicab məhbuslarına azadlıq” şüarları ilə etiraz yürü - aksiyası keçirib.

Burda maraqlı olan bir məqam var. Birinci onu deyim ki, etiraz aksiyası ilə yürüş aksiyası fərqlənir, yürüşdə etiraz aksiyası keçirən kütlə bir yerdə dayanmayıb, bir nöqtədən digərinə qədər hərəkət edir. Maraqlı olan budur ki, bu aksiya şəhərin mərkəzində keçirilsə də polis müdaxiləsi ilə qarşılaşmayıb, ona görə yox ki, aksiya icazəli olub, ona görə ki, aksiyanı təşkil edənlər təşkilati məsələlərdə sosial şəbəkələrdən, facebook-dan məharətlə istifadə edib, konsperasiyanı axıra qədər qoruya bilib, polis isə aksiyadan xəbər tutan qədər etirazçılar öz tədbirini bitirib.

Demək olar artıq dindar gənclər də yeni etiraz aksiyasının texnologiyasına, facebook imkanlarına yiyələnə bilir. Yəqin bu dindar gənclər bu vərdişlərini inkişaf etdirəcək.
Source : İslamtimes
Comment