0
Monday 8 April 2013 - 20:23

Cənuba getmək olmaz, orda İran var

Story Code : 252638
Cənuba getmək olmaz, orda İran var
Cənuba getmək olmaz, orda İran var
Islam times.org/az/ - Azərbaycanın siyasi mühiti də ürək açan deyil, bu günlərdə gənc fəalların həbsi davam edərkən orduda əsgər qətlləri davam edir, müxalifət təmsilçiləri də təqiblərə məruz qalır.

Bir neçə gün əvvəl EL hərəkatının təsisçilərindən biri Eldəniz Quliyev Lənkərana gedərkən bir qrup adamlar tərəfindən hücuma məruz qalıb, rayonun girəcəyində əllərində kənd təsərrüfatı sahəsində istifadə olunan alətlərlə silahlanmış adamlar Eldəniz Quliyevin maşınına hücum edib və nəticədə səfərə çıxan müxalifət təmsilçisi canını güclə qurtararaq Bakı dönüb, özü olmasa da maşını xəsarət alıb.

Eldəniz Quliyev öz doğma rayonuna hərəkatın yerli təşkilatının təsis toplantısını keçirmək üçün yollanmışdı. Eyni bir aqibəti elə həmin Lənkaranda Müsavat başqanı yaşayıb, ancaq başqa rayonlarda belə şeylər hələ ki, baş veməyib. Onda sual yaranır niyə məhz Lənkəran? Bilirsiniz ki, Ləkəran cənub və talış bölgənin mərkəzi kimi tanınır, hakimiyyət də bununla göstərmək istəyir ki, Azərbaycanda olan talışlar müxalifətlə görüşmək istəmir, onları görmək istəmir, hakimiyyətlə birgədir. Bundan başqa hakimiyyət elə təsəvvür edir ki, bu bölgə İranla həmsərhəd olduğundan orda Azərbaycan hakimiyyətinə qarşı müxalifət İrandakı qüvvələrlə birləşə bilər.

Yenə deyirəm bu hakimiyyətin təsəvvürüdür. Ola bilər gələcəkdə başqa rayonlarda da eyni hallar baş versin ancaq bunun səbəbi cənub zonasındakı vəziyyəti pərdələmək üçündür, yəni hakimiyyət İrana qarşı bütün istiqamətlərdə iş aparır.
Source : İslamtimes
Comment