0
Wednesday 24 April 2013 - 21:10

APA dezinformasiya xəbər yaydı

Story Code : 257659
APA dezinformasiya  xəbər yaydı
APA dezinformasiya xəbər yaydı
Islam times.org/az/ - Bu gün APA informasiya agentliyinin yaydığı xəbərə görə Rusiya və Azərbaycan arasında hərbi təyyarələrin satınalınması ilə bağlı aparılan danışıqların növbəti raundu nəticəsiz qalıb.

Verilən məlumata görə Rusiya tərəfi təlim təyyarələrindən başqa heç bir müasir döyüş təyyarələrinin Azərbaycana satılmasına razılıq vermir. Azərbaycan tərəfinin Rusiyadan istədiyi təyyarələr isə Su-27, Su-30, və MiQ-31 tipli döyüş təyyarələridir.

Danışıqların baş tutmamasının səbəbi isə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasındakı erməni əsilli rəhbərlərin bu satınalmaya mane olmaq cəhdləri göstərilir.
/>
Bu məlumatı etibarlı mənbələrinə istinadən APA yayıb. Biz də, öz etibarlı mənbələrimizlə əlaqə saxladıq və məlum oldu ki, APA informasiya agentliyi yalan məlumat yayıb, ictimaiyyətə dezinformasiya ötürüb, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Mənbəmizin verdiyi məlumata görə, Azərbaycanla Rusiya arasında bir neçə il bundan əvvəl əldə edilmiş razılaşmaya görə Rusiya ölkəmizə Su-27SK və Su-30MK tipli döyüş təyyarələri satıb, həmin təyyarələrin bir neçəsi (səlahiyyəti yetərli olmadığı üçün mənbəmiz sayını dəqiq deyə bilmədi) Azərbaycana gətirilib, digər partiyaları da Azərbaycana gətirilməsi ilə bağlı müvafiq sənədlərin imzalanması elə Azərbaycan rəhbərliyindən
slıdır.

Mənbəmiz bundan başqa onu da bildirdi ki, Rosoboroneksport Azərbaycan hökumətinə 5-ci nəsl təyyarələrin də satılması ilə bağlı təklifləri təqdim edib, ancaq üsütündən bir ilə qədər vaxt keçməsinə baxmayaraq Azərbaycan hökuməti hələlik heç bir reaksiya verməyib.

Bu xəbəri yayan informasiya agentliyi APA Əliyev hakimiyyətinə xidmət edən mətbuat orqanıdır, yəqin ki, hakimiyyət də bu xəbəri də təsadüfən yaymadı. Onda, bu yanlış xəbərin arxasında nə dura bilər və məqsəd nə idi?

Bilirsiniz ki, bu günlərdə Azərbaycan
n xarici işlər naziri Elmar Məmmədyarov İsraildə səfərdədir, bu səfərlər bağlı ötən yazımda bəhs etdim, hal hazırda da cəmiyyətdə müzakirələr davam edir, çıxış edən ekspertlərin demək olar hamısı İranın bu səfərlər bağlı reaksiyası barədə ehtimallarını, versiyalarını irəli sürür və eləcə də Azərbaycan hakimiyyətinin İrana nə cavab verəcəyi ilə bağlı şərhlərini bildirir. Elə bir təsəvvür yaranır ki, ekspertlər, İrana cavab vermək üçün Azərbaycan hakimiyyətinə bəhanə axtarışında kömək edirlər.

Bu arada guya Rusiyanın Azərbaycana hərbi təyyarələri satmır deyə, torpaqları işğal altında olan Azərbaycan da İsraildən silah almağı özünə haqq qazandıran kimi təsəvvür yaradacaq.

Yəni Azərbaycan hakimiyyəti bəhanə edəcək ki, Rusiya ona silah satmır və torpaqlarını azad etmək üçün müasir silah almaq məqsədi ilə İsrailə üz tutmaq məcburiyyətindədir. Ancaq burda əsas məsələ budur ki, Əliyev hakimiyyəti məgər torpaqları azad etmək barədə düşünürmü?
Source : Islamtimes
Comment