0
Thursday 25 April 2013 - 12:44

Tetçer: İsrail məhv olmaq təhlükəsi hiss edəndə atom silahından istifadə edəcək...

Story Code : 257844
Tetçer: İsrail məhv olmaq təhlükəsi hiss edəndə atom silahından istifadə edəcək...
Dəmir Ledi adı ilə dünyada məşhur olan Britaniyanın sabiq baş naziri Marqarit Tetçerin ölümündən sonra onun haqqında maraqlı məlumatlar nəşr edildi. Onun baş nazir olduğu zamana aid bəzi gizli məlumatlar da üzə çıxdı. Sənədlərdən aydın olur ki, Britaniyanın sabiq baş naziri postda olduğu vaxt maraqlı proqnozlar verirmiş. Tetçer düşünürmüş ki, İsrail məhv olmaq təhlükəsi hiss edəndə atom silahından istifadə edəcək. 
 
Sabiq Britaniya naziri 1979-1990-cı illərdə vəzifə başında olub. O olduqca sərt iqtisadi siyasət yürüdüb və Dəmir Ledi adı ilə tanınıb.
 
Britaniya qanunlarına əsasən, rəsmi sənədlər 30 ildən sonra mətbuata çıxarılıb. Nəzərə alsaq ki, bu xanım 1979-cu ildə hakimiyyətə gəlib, artıq həmin 30 il tamamlanmış olur. Sənədlərdə Tetçerin 1982-ci ildə Livan müharibəsinə münasibəti əksini tapır. Onun ərəblərə və İsrailə silah yardımları ilə bağlı məlumatları da maraqlıdır.
 
Sənədlərdən birində bildirilir ki, İsrailin atom silahı var. Tel-Əvivin bu silahdan istifadə edib-etməyəcəyi araşdırılır. Sonra sənədlərdə qeyd olunur ki, Britaniya səfirliyi İsrailin müdafiəsi ilə bağlı müzakirələrdə iştirak edib. 1980-ci ildə Britaniyanın Tel-Əvivdəki səfirliyi Londona məktub göndərib. Britaniya xarici işlər nazirliyinə məlumat verilib ki, əgər İsrailə hücum edilsə İsrail nüvə silahından istifadə edəcək. 
 
İsrailin nüvə silahından istifadə etməsi qənaəti bir doktrina olaraq ortaya qoyulub. Bu doktrinanın 3 əsası var. Birincisi budur ki, İsrail heç bir ölkənin ona sədaqətli olmadığını anlayır. İsrail heç kimə inanmır və öz təhlükəsizliyini kiməsə etibar edə bilmir. Bu doktrinanın ikinci bəndidir. Üçüncü əsas isə budur ki, İsrailə hücum olunarsa, onlar yalnız nüvə silahından istifadə etməklə qoruna bilər. Sənəddə Tel-Əvivin belə bir addım atmağa hazır olduğu vurğulanır. 
 
Sənədlərdə bu da vurğulanır ki, İsrail və ya Amerikada hər hansı siyasi dəyişikliklər ümumilikdə İsrailin siyasətində dəyişikliyə səbəb olmayacaq.
 
Britaniya səfirliyinin sənədində yazılır ki, Ronald Reyqan Cimmi Karteri prezidentlikdə əvəz edərsə İsrail rəhbərliyi hərbi və maliyyə yardımlarına ümid edə bilər. Əgər İsrail bu yardımlardan faydalanarsa hər hansı ehtimali hücuma cavab verə bilər və Fələstinin işğal olunmuş torpaqlarını əlində saxlayar. İsrail dövləti gücləndikdən sonra fələstinlilərə rəmzi olaraq muxtariyyat da verməyi nəzərdə tutur.
 
Başqa bir sənəddə Marqarit Teççerin İsrail rəhbərləri ilə söhbəti əks olunur. Tetçerin o dövrdə İsrail baş nazirinin müavini ilə telefon söhbəti də sənədlərə daxildir. Əldə olunmuş razılıqlara əsasən 1979-cu ildə Fələstinin müstəqilliyi tanınmalı idi. Amma İsrail tərəfi Misir qarşısında öhdəçilik götürsə də bundan boyun qaçırdı. 
 
Sənələrdən görünür ki, Tetçeri iki məsələ narahat edirmiş: Biri İordaniya kralının Kemp Devid danışıqlarına gəlməməsi ehtimalı, ikincisi İsrailin işğal olunmuş torpaqlarda yeni qəsəbələr salması. Həmin dövrdə İsrail tərəfi Tetçerə öz nigarançılığını da bildirib. Məsələ yeni qəsəbələrin salınmasına BMT səviyyəsində etirazın Tetçer tərəfindən dəstəklənməsi olub.
 
Digər bir sənəddə Tetçerin Fələstin azadlıq təşkilatına münasibəti açıqlanır. O 1980-cı ildə yazdığı bir məktubda bildirir: “Bizim Fələstin azadlıq təşkilatını rəsmi tanımağımızla bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Amma qəbul edirik ki, bu təşkilat regionda əsas fiqurlardandır. Nə vaxtsa onlarla danışığa getməyə məcbur olacağıq. Amma hələ ki, bu təşkilatla aramızda heç bir danışıq baş tutmayıb. Biz bu təşkilatın terror hərəkətlərini məhkum edirik. Təkilat həm də İsrailin razılaşma əsasında qəsəbələr salmasını qəbul etməlidir.”
 
Tetçer ümidvar olduğunu bildirir ki, İsrailin qəsb olunmuş ərazilərdə qəsəbələr salması dayandırılacaq. Bu BMT-nin 242 saylı qətnaməsinin icrası deməkdir. Dəmir Ledi, Mənfur İfritə adları ilə xatırlanan Marqarit Tetçer 87 yaşında beyin iflicindən dünyasını dəyişib.
 
O Britaniyanın yeganə qadın naziri olub. Eyni zamanda 3 dəfə ardıcıl olaraq bu posta seçilib. Marqarit Tetçerin baş nazir olduğu dövrü britaniyalılar ən ağır və qaranlıq bir dövr kimi xatırlayır.
Comment