0
Friday 26 April 2013 - 01:23

Rusiyada hicabın gələcəyi

Story Code : 258030
Rusiyada hicabın gələcəyi
Rusiyada hicabın gələcəyi
Aprelin 25-də dünya mətbuat, o cümlədən Azərbaycan mətbuatının da gündəminə Rusiya prezidenti Vladimir Putinin bir neçə jurnalist komandası və telekanal vasitəsilə canlı yayımda ictimaiyyətlə görüşü barədə xəbərlər, şərhlər meydana gəldi.

Onu da deyim ki, il ərzində oxşar formatda Putinin canlı yayım üstündən bir neçə bu tip görüşü baş tutur. Burda birinci diqqətinizə çatdırmaq istədiyim və qeyd olunası məqam budur ki, 145 milyon əhalisi və dünyanın az qala yarısaı olan Rusiya kimi böyük bir ölkədə, hər bir adamın minlərlə problemi var və görüşü izləyən tamaşaçılar gördülər ki, 5 saatlıq yayımda sadə xlaqın Putinə ünvanladığı sualların 99 faizi sosial və iqtisadi problemlərlə bağlı oldu, yəni rus xalqını ən əsas düşündürən onun güzəranıdır.

Studiyada olan ekspertlər və jurnalistlər isə sözsüz ki, siyasi məsələlər də toxundu, ancaq oxucumuz üçün maraqlı olmadığından bu görüş haqqında geniş şərh verməyəcəyəm yalnız oxucumuz üçün maraqlı olan məsələyə toxunacağam.

Studiyada Maqnitoqorsk şəhərindən Moskvaya gəlmiş sadə xalqın nümayəndəsi olan gənc oğlan isə Putinə dedi ki, onun övladları oxuduğu məktəbdə hicablı qızlar var və sual olaraq soruşdu ki, bu Rusiya islamlaşır?

Putin, açıq mətnlə, korun, karın, qanmazın belə anlaya biləcəyi bir açıq şəkildə orta məktəblərə qızların hicabla gəlməsində yaxşı heç bir şeyin görmədiyini cavablandırıb əlavə etdi ki, Rusiyada hətta ənənəvi olaraq müsəlmanların yaşadığı regionlarda hicabın dinin atributu kimi nümayişi olmayıb.

Bəzi müsəlman ölkələrində hicabın qanunla qadağasını xatırladaraq qeyd edib ki, tezliklə Rusiyada vahid məktəbli formasının tətbiqi üçün artıq işlər aparılır. Bunu necə anlamaq olar və necə şərh etmək olar?

Sizdən soruşsalar ki, Azərbaycan müsəlman ökəsidir? Düşünmədən “hə” cavabını vercəksiniz, ancaq Bakı küçəsində bir hicablı qadını göstərib onun kim olduğunu dünyəvi adamlardan soruşsanız deyəcək ki, bu qadın vəhabidir, demyəcək ki, müsəlmandır, deyəcək vəhabidir. Hansı ki, hicabı vəhabidən başqa şiə də geyinir, digər təriqət davamçıları da. İndi, necə olar bilər ki, 20 ildir vəhabilərlə əsl müharibə aparan bir ölkədə hicab geyinən qızları vəhabi adlandırmasınlar?

Özü də Rusiya da şiələrin demək olar tanınmadığı bir halda. Vəhabilər isə Rusiyada Putinin dediyi kimi ənənəvi camaat olmayıb, bu azmış kimi özlərini dünyanın hər yerində olduğu kimi Rusiyada da terrorçu kimi tanıdıblar. Ona görə bu gün Rusiya və elə Azərbaycan da daxil olmaqla dünyanın demək olar bir çox ölkəsində hicablı qadınla potensial terrorçu sözü sinonimdir.

Bu cür baxışların səhv olduğunu, heç də bütün hicablıların vəhabi və ya terrorçu olmadığını dünyanın nəzərinə çatdıran yetərli qüvvə isə yoxdur.

Bilirəm, deyəcəksiniz ki, Nardaranda hicablı qadın terrorçu demək deyil, ancaq razılaşın ki, Nardaranın səsi nəinki dünyada heç kəndi sayıldığı Bakı şəhərində belə eşidilmir.

Belə çıxır ki, dünya üçün terror nə qədər təhlükəli bir amildirsə hicablı qadınlar, müsəlmanlar və ya İslam da eyni dərəcədə ən azı potensial təhlükə mənbəyi sayılır.

Mən də razıyam ki, bu səhv baxışdır, dünya düzgün yanaşmır məsələyə, ancaq onların səhv düşündüyünü onlara yetərli dərəcədə anladan kimsə varmı? Yox əgər desəniz ki, qoy dünya və ya sadə rus özü maraqlansın İslamla, təriqətlərlə, fərqi özü tapsın, onda məlumat verim ki, belə ruslar da var, ancaq onların sayı o qədər az və imkanları o qədər zəifdir ki, vəziyyətə zərrə qədər təsiri yoxdur.



Burda başqa bir nəticə də meydana gəlir, xatırlayırsınızsa Azərbaycan məktəblərində hicab qadağan olunan zaman mən də bir çoxları kimi birinci olaraq Rusiyanı misal gətirdim ki, orda qızlar hicabla dərsə gedə bilir, ancaq bu gün Putin vahid məktəbli formasının tətbiqini deyərkən misal olaraq Azərbaycan kimi ölkəni göstərib, yəni bundan sonra daha demək olmayacaq ki, Rusiyada qızlar hicabla məktəbə gedə bilir.


Təkrar olsa da deməliyəm ki, bu qədər problemi olan Rusiyada hicablı qızlarla bağlı suala meydan verilməsi təsadüfi deyil.
Source : Islamtimes
Comment