0
Monday 29 April 2013 - 22:44

Mehdiyev İranda

Story Code : 259195
Mehdiyev İranda
Mehdiyev İranda
Islam times.org/az/ - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana gözlənilən səfəri bu gün baş tutdu. Cənab Mehdiyev Tehranda bir sıra İran rəsmiləri görüşü planlaşdırılır, mətbuata səfərin təfərrüatları barədə geniş məlumatlar verilmir, politoloqlar isə Azərbaycan hakimiyyətini xarici siyasətində balanslaşdırılmış kursa sadiqliyini göstərmək üçün Elmar Məmmədyarovun İsrailə səfərindən sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin də İrana səfərinin gözlənilən olduğunu bildirir.

Burda şərh olunacaq bir neçə məsələ var. Birincisi, həqiqətən Elmar Məmmədyarov Azərbaycan dövlətinin xüsusilə xarici siyasət üzrə önəmli məsuludursa, Ramiz Mehdiyev də Azərbaycanda siyasətə real təsir gücü olan yüksək vəzifəli şəxsdir.

Azərbaycanın mövqeyini müdafiə etmək, haqlı olduğunu isbatlamaq, qarşı tərəfi inandırmaq üçün əliyev hakimiyyətinin Tehranın qarşısına çıxarmaq üçün Ramiz Mehdiyev uyğun seçimdir. Ona görə politoloqların dediklərində həqiqət var.

İkincisi, baxaq görək bu səfər hansı zamanda reallaşdırılır, beynəlxalq aləmdə İrana qarşı təpkilərin səngidiyi bir zamanda, ABŞ-ın İran planı bir qədər arxa tərəfə keçdiyi bir zamanda bu səfərin reallaşması ondan xəbər verir ki, Ramiz Mehdiyevin İran səfərinə qarşı sərt mövq sərgilənməsini nə Rusiyadan nə də ABŞ-da gözləmək olmaz. Ancaq buna baxmayaraq ABŞ kiçik, səthi də olsa bu səfərlə bağlı yüngül bir tonda münasibətini dolayı yolla göstərdi.

Ramiz Mehdiyevin İrana səfərinin baş tutacağı ilə bağlı məlumatlar ictimaiyyətə bəlli olduqdan bir neçə gün sonra Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İranda azərbaycanlılarla bağlı həm Avropada həm də ABŞ-da eyni mətnli iki bəyanat səsləndirib.

Bu bəyanatlarda Ağ Evin izi göründükdə, mesajı verildikdən sonra da İran prezidentinin Təbrizdə keçirdiyi möhtəşəm görüş gündəmə gəlir. CAMAC işini bitmiş hesab etməyib növbəti gün Türkiyədə mitinq keçirir.

Ankarada, İranın Türkiyədəki səfirliyinin qarşısında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin keçirdiyi mitinqlə ABŞ İrana mesaj verərək bildirib ki, Azərbaycan hakimiyyətinin İranla münasibətləri Ağ Evin nəzarəti altındadır və ABŞ-ın izni xaricində Azərbaycana sərbəst şəkildə İranla münasibət qurmasına imkan verməyəcək.

ABŞ həm də onu nəzərə çatdırmaq istəyir ki, Azərbaycan İran münasibətlərində Türkiyə və türkçülük faktoru ABŞ üçün əhəmiyyətlidir. Elə bu ərəfədə ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabaker verdiyi açıqlamada İrandakı azərbaycanlıların milli müqəddaratını həll etməsi üçün ABŞ-ın və Azərbaycanın real dəstək verəcəyin bəyan edir. Bunlar təsadüfi olan hadisələr deyil.

İran prezidenti Mahmud Əhmədinejad Təbrizdə azərbaycanlılar haqqında xoş söz deməklə ABŞ-ın cavab olaraq bildirmk istəyib ki, rəsmi Tehran milli mənsubiyyətinə fərq qoymadan öz xalqı ilə birlikdədir, xalq da İslam Respublikasının rəhbərinə etimad göstərməkdədir.

Eyni zamanda cənab Əhmədinecjadın bu səfərini Ramiz Mehdiyevin İrana səfərinə xoş bir mesaj kimi də qəbul etmək olar, çünki nəzərə alınmalıdır ki, iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir zamandan bəri yüksək rütbəli azərbaycanlı rəsmisinin Tehrana ilk səfəridir.

Üçüncüsü, Ramiz Mehdiyev görüş zamanı nələr müzakirə olunacaq? Xəzərin bölünməsi məsələsində tərəflər arasında geniş müzakirə üçün əsas yoxdur çünki bu mövzunun kölgədən çıxması tərəflər üçün aktual deyil.

Azərbaycan İsrail və ABŞ münasibətlərində İranın yeri məsələsi müzakirə olunacaq və bu mövzuda Ramiz Mehdiyev yeni bir fikir səsləndirməyəcək, həmişəki kimi Azərbaycanın ərazisindən İrana qarşı istifadə olunmayacağını söyləyəcək, İran rəsmilərini buna əmin edə biləcək, iranlılar Ramiz Mehdiyevin fikirlərinə inanacaq.

Azərbaycanda məhbus dindarlar, hicab azadlığı məsələsi isə Ramiz Mehdiyev üçün çətin mövzu olacaq. Çünki Azərbaycanın dünyəvi dövlət olmasını iddia etmək dindarlara və İslama qarşı bu qədər təqib üçün əsas vermir. Ona görə Ramiz Mehdiyev rəsmi Bakının bu mövzuda fikirlərini bununla əsaslandıracaq ki, hicaba, dindarlara (söhbət şiələrdən gedir) qarşı bu təqiblərin aparılmaması Azərbaycanın vəhabilərin hədəfinə çevrilməsinə gətirib çıxara bilər.

Ancaq məncə iranlılar bu fikiri əsaslı hesab etməslər yaxşı olar. Ona görə ki, son iki ildə əliyev hakimiyyətinin Səudiyyə kralı ilə münasibətləri gizli şəkildə çox sıx inkişaf edib və ərəblər İlham Əliyevə Azərbaycanda vəhabilərin radikallaşmaması ilə bağlı təminat verib, nə qədər maraqlı olsa da bu təminatın qarşılığında Səudiyyə Ərəbistanı rəsmi Bakıdan şiələrin təqib olunmasını tələb etməyib, ümumiyyətlə şiələrlə bağlı heç bir tələbi olmayıb.

Görünür bunun da səbəbi odur ki, sakit, dinc şəkildə vəhabilərin Aərbaycanda geniş yayılmasını və artmasını təmin edirlər.
Source : Islamtimes
Related Stories
Comment