QR CodeQR Code

Boş cümə məscidləri

Islamtimes , 7 May 2013 13:46

İslamtimes - 500 nəfərin namaz qılması üçün şəraiti olan məscid cümə günü niyə boş olmalıdır?


islamtimes.org/az/ - Mayın 3-də prezident İlham Əliyev də bir neçə səfər etdi və Sumqayıtda Cümə Məscidinin əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bir dəfəyə 500 nəfərin namaz qılması üçün şəraiti olan və təmirdən çıxan məsciddə cümə günü prezident səfər edən zaman cəmi 3 nəfər adamı görmək oldu ki, onlardan biri İlham Əliyev, digəri Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, başqa biri isə məscidin axundu idi. Birinci nəzərə çarpan da bu oldu ki, 500 nəfərin namaz qılması üçün şəraiti olan məscid cümə günü niyə boş olmalıdır?

Bu yaxşı sualdır, burda izah olunası məqamlar az deyil. Yenə də köhnə məsələlər, Əliyev hakimiyyəti məscidləri təmir etməklə əhalinin dindar kəsiminin gözünə kül üfürür, onlarda özünə qarşı rəğbət qazanmağa çalışır və buna nail olur.

Məscidlərə dindarları cəlb edə biləcək dindarlar isə azadlıqda deyil, onlar hicaba azadlıq tələb etdikləri üçün həbsxanadadır, deməli məscidlərin boş qalmasında bir məntiq var. Bəlkə hakimiyyət bundan sonra cümə məscidlərini həbsxanada açsın? Axı bir halda ki, məscid təmir olunacaq ancaq ora ibadətə gələn olmayacaq bu məscidlərin təmiri nəyə və kimə lazımdır?

Bu sualın cavabını əvvəl qeyd etdim, ancaq dindar kəsimin də bu siyasətə aldanmasını da qeyd etdim. Bununla belə sual ətrafında düşünməyə hələ də dəyər.


Story Code: 261536

News Link :
https://www.islamtimes.org/az/fori_news/261536/boş-cümə-məscidləri

Islam Times
  https://www.islamtimes.org