0
Sunday 12 May 2013 - 20:20

ABŞ xalqının pulları terrorizmi gücləndirmək yolunda xərclənir

Story Code : 263217
ABŞ xalqının pulları terrorizmi gücləndirmək yolunda xərclənir
Ötən şənbə günü Amerikanın Karolina ştatının İşvil şəhərində əhali etiraz aksiyası keçirib. Etirazçılar əlində “müharibə xalqdan oğurlayır” və “hərbi terrorizmə pul xərcləməyi dayandırın” kimi şüarlar yazılmış plakatlar tutaraq yürüş keçirib. Uyğun hadisə öz-özlüyündə qeyri-adi deyil. 15 aprelin vergilər günü olduğunu nəzərə alaraq deyə bilərik ki, adətən müharibə müxalifləri uyğun münasibətlərdən istifadə edərək öz dostlarına, qonşularına vergi qazanclarının təqribən yarısının müharibə tədarükləri üçün istifadə edildiyini bildirirlər. 
 
Biz (ABŞ-da müharibə müxalifləri) deyirik ki, əgər pullarımızı ordu yolunda hədərə verməsəydik digər millətlərin sahib olduğu təhsil, səhiyyə xidməti və şadlıq hisslərinə sahib ola bilərdik. Biz xalqa deyirik ki, daha çox iş yerlərinə, şərafətli peşələrə sahib olmaq mümkün idi. Amma təbii ki, bütün bunlar vergilərin pis və şər yollarda xərclənmədiyi təqdirdə baş verə bilərdi. 
 
Şənbə günü bütün ölkə ərazisindən İşvil şəhərinə toplaşan əhali müharibə üçün sərf olunan vergilərə etiraz komitəsinin toplantısında iştirak etmək üçün gəlmişdilər. Onlar sübh bir araya gəlib minlərlə dollar pulu humanitar yardım təşkilatları üçün ayırdılar. Yardım o təşkilatlara ayrıldı ki, hamımız vergilərimizin onlara verilməsini istəyərdik. Əslində bu müharibə müxaliflərinin vergiləri elə uyğun zəmində xərclənir. Onların bir çoxu vergi idarəsinə borcludur. Bu şəxslər bankda olan pullarından əldə etdikləri qazancı humanitar yardım təşkilatlarına ödəyir. Bu qrup şəxslər istədiyi zaman pullarını geri götürə bilərlər, amma əldə olunan qazanc hərəkatlara xərcləndiyi üçün bu addımı atmırlar. Onlar adi etiraz aksiyası əvəzinə vergilər günündə minlərlə dollar pulu humanitar təşkilatlara bağışlayır.
 
Bu pulun humanitar təşkilatlara bağışlandığı elan edildikdən sonra Federal Təhlükəsizlik binası qarşısına toplanmış əhali əllərində şüarlar yazılmış plakatlarla yoxsullar və evsizlər yaşayan məntəqəyə üz tutdu. Bu məntəqədə yaşayan insanlar İsrailin bombalarla təchiz edilməsi üçün xərclənən pullara ehtiyaclıdır. O bombalar ki, Suriyanı hədəfə almaq üçün tədarük görülür.
 
Amma müharibənin bütün bu fəsadlarına baxmayaraq, ABŞ hələ də bir sıra terroristlərə maddi, hərbi yardım göstərir və ölkə əhalisinin problemləri ilə maraqlanmır.
 
ABŞ xalqı müharibəyə xərclənən pullara etiraz əlaməti olaraq vergi ödəməkdən imtina edə və ya öz vergilərinin müharibəyə xərclənən hissəsini ödəməkdən boyun qaçıra bilərlər. Amma yenə də dövlətin verginin ödənilmiş hissəsindən sülh məqsədlərdə istifadə edəcəyinə təzminat yoxdur. 
 
ABŞ xalqı simvolik şəkildə vergilərin kiçik bir hissəsini ödəməkdən imtina edə də bilər. Həmçinin amerikalılar vergilərin ödənib-ödənilməməsindən asılı olmayaraq vergilər idarəsinə məktub yazmaqla vergilərin müharibə üçün xərclənməsinə etiraz edə bilərlər. Bəli bəziləri bütün bu yollara əl atıb və böyük problemlərlə üzləşib. Lakin hansısa reaksiya ilə üzləşməyənlər də olub.
 
Bir müddət öncə ABŞ konqresinin üzvlərindən olan Con Luis müharibə müxaliflərinin vergilərinin hərbi məqsədlərdə istifadə edilməməsi təklifini irəli sürüb. Böyük ehtimalla uyğun təklif yenidən gündəmə çıxarılacaq. Əgər bu təklif qəbul edilsə ABŞ-ın müharibə maşını öz sərmayəsini itirəcək. Belə olan halda isə müharibədən savayı digər sahələr böyük sərmayə əldə etmiş olacaq. 
 
Eyni zamanda vergilərin müharibəyə sərf olunmasına etiraz edənlər qanunu da ayaq altına almamalıdırlar. Onlar daha böyük bir qanunu himayə adı ilə fəaliyyət göstərməlidirlər.
 
Vergilərin müharibə üçün xərclənməsinə etiraz edən şəxslərə təşəkkür etmək lazımdır. Bu qrupa daha çox insanlar qoşulmalıdır. Hərəkat cəmiyyətin bütün təbəqələrindən olan insanları istənilən bir şəkildə öz himayəsi altına alır. Bu qrup üzvləri uyğun üsulu digər etiraz üsullarından üstün sayır. Bu yolla həm digər xalqları, həm də ABŞ xalqını mövcud acınacaqlı durumdan xilas etmək mümkündür.
 
Müharibəyə xərclənən vergilərə etiraz hərəkatına qoşulmaqla etiraz yolu hamıya şamil olmaya bilər. Bəziləri digər yollarla belə sülh və ədalətin genişlənməsi üçün fəaliyyət göstərir. Amma bütün bunlara baxmayaraq bu hərəkat elə bir hərəkatdır ki, çoxları ona qoşula bilər. 
 
Vergilərin müharibə yolunda xərclənməsinə müxalif olanların əksəri elə bir həyat tərzi seçirlər ki, olduqca az qazanca sahib olurlar. Bu səbəbdən də onlar vergidən azad edilmiş olur. Bu qrupu digər yoxsul təbəqədən ayıran budur ki, onlar dövlətə də elan edirlər ki, bu sayaq həyat tərzini öz könülləri ilə seçiblər. Beləliklə biz də əgər zər-zibasız həyat tərzi, daha az qazancla ehtiyacları qarşılaya biləriksə bu yolla pullarımızın digər insanların qanının axıdılmamasını təmin edə bilərik. 
 
Vergilərin müharibə yolunda xərclənməsi müxaliflərinin bəzisinin vergi idarəsinə borcları var. Amma onlar hələ də ya tamamilə vergi ödəmir, ya da onun kiçik bir hissəsini ödəməkdən imtina edir. Mən bu sayaq bir çox qəhrəmanları tanıyıram. Onların adını çəkmək istəmirəm, çünki onsuz da onlar tanınmış insanlardır. Hətta onların bəzisinin bütün əmlakı müsadirə olunub. Həm gizli qalmaq, həm də müvəffəq olmağın lazım olduğu bir qrupa daxil olmaq çətin bir işdir. Bəziləri vergiləri ödəməyən insanları cəmiyyətdə tanıtdırmaqla məşğuldur. Bəziləri isə bunu özlərində bir sirr olaraq saxlayır. Biz bilməliyik ki, bu sayaq fərdlər mövcuddur. Bəziləri sırf vicdanlarının rahat olması üçün vergi ödəməkdən imtina edir və digərlərinin bu mövzudan xəbər tutmasına əhəmiyyət vermir. 
 
Hərəkatın bəzi üzvləri saatlarla vaxt sərf edərək vergi idarəsinin işçiləri ilə söhbət edir. Bəzi vaxtlar heyrətamiz nəticə əldə edilir və vergi idarəsi işçilərindən bəziləri hərəkata qoşulur. Bəzi hərəkat üzvləri isə bu mövzu üçün vaxt sərf etməyə meylli deyillər. 
 
Bir qrup şəxslər hər gün öz pullarını “PayPal” hesablarından bank hesablarına ötürür və daha sonra bank hesablarından bütün pulu geri götürürlər. 
 
Müharibə üçün xərclənən vergilərə qarşı olan şəxslər fırıldaqçı insanlarla ortaq deyil. Onlar aşkar şəkildə dövləti öz qazanclarından məlumatlandırır və digər tərəfdən bütün gücləri ilə çalışırlar ki, dövlətin əli onların mal-mülkünə çatmasın. 
 
Vergi müqaviməti hərəkatının üzvləri vergi borcları səbəbindən cəzalandırıla da bilərlər. Əgər onlar öz qazancları ilə bağlı vergi idarəsinə məlumat verməsələr mümkündür ki, vergi idarəsi onların həqiqi qazancından daha çox miqdar qazancı onların adına yazsın. Amma hərəkat üzvləri öz qazancları ilə bağlı dövlətə məlumat versələr və sonradan müharibəyə etiraz əlaməti olaraq vergi ödəməkdən boyun qaçırsalar onların vergi borcu 10 ildən sonra silinəcək və bir çox hərəkat üzvü heç bir zaman ABŞ-ın müharibələri üçün pul ödəmiş olmayacaq. 
 
Bütün sadalananlardan əlavə digər mühüm bir məsələ də var. Vergi adı ilə ödədiymiz pulların böyük bir miqdarı müharibə, hərbi məqsədlər, narkotik qaçaqmalçılığı, qeyri-qanuni casusluq, polis vəhşiliyi, həbsxanalar üçün xərclənsə də, bu pulun digər hissəsi Sahibkarlıq və digər dəyərli sahələrə xərclənir. Biz dövlətə vergi ödəməkdən imtina etdiyimiz zaman xeyir və şər üçün sərmayəni birlikdə dayandırmış oluruq. Biz vergi ödəməməklə cəmiyyətdə birlik yaradan ictimai konsepsiyaları himayə etməkdə problemlə üzləşəcəyik. vergi ödənilməsinə qarşı olmaqla yanaşı varlı təbəqənin daha çox vergi ödəməsini tələb etmək çətin işdir. Bütün bunlarla bağlı çıxış yolları tapılmalıdır.
 
ABŞ cəmiyyətində kreditləri ödəyə bilməyən şəxslərin evi əlindən alınır, əhali günü-gündən yoxsullaşır. Amma müharibə maşını hər il dövlət büdcəsindən ağlasığmaz miqdarda pulu özünə sərf edir. Zəngin təbəqənin var-dövləti günü-gündən artır. Bu gün hamımız birləşərək ABŞ cəmiyyətindən ədalətin bərpası üçün əlimizdən gələni əsirgəməməliyik. Bu yolda on illərdir çalışan şəxslərin də təcrübələrindən istifadə olunmalıdır.
 
 
Comment