0
Friday 17 May 2013 - 23:44

İmzalanacaq

Story Code : 264987
İmzalanacaq
İmzalanacaq
Islam times.org/az/ - Milli Məclisin ötən icalsında Cinayət Məcəlləsindəki maddələrə təklif olunan dəyişiliklərə qəbul olunub, bu dəyişiliklər hələ komitələrdə müzakirə olunan zaman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və mətbuat əməkdaşları həyacan təbili çalmağa başladılar, elə ekspertlər də tapıldı ki, bu qanun layihəsinin qəbul olunmayacağı ilə bağıı mülahizələr də yürütdü.

Milli Məclisin deputatları isə Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə dəyişikliyi qəbul etdi. Qəbul edilən dəyişikliyə görə bundan sonra böhtan və təhqirə görə cəzalar 4-5 dəfə artırıldı və internetdən istifadə edən fəallar dillərini farağat saxlamadıları halda onları 2 ilə qədər həbsə də atmaq mümkün olacaq.

İlk baxışdan burda pis bir şey yoxdur, kimsə kiməsə böhtan atırsa, kimsə kimisə təhqir edirsə əlbəttə ki, gərək buna görə də məsuliyyət daşısın, cəzasını çəksin. Başqa bir maddəyə görə də kimsə narkotik satırsa gərək cəzalandırılsın, ancaq söhbət Azərbaycan şəraitindən getdiyi üçün işin içində başqa iş var.

Hakimiyyət necə ki, istədiyi günahsız minlərlə adamın cibinə narkotik atıb tutdurur, siyasi və ictimai fəalları bu yolla sıradan çıxarır, onları həyatını məhv edir, ya da hüquq mühafizə orqanlarında çalışanlar heç siyasi və ictimai fəaliyyəti olmasa da xoşu gəlmədiyi minlərlə sadə vətəndaşları şərləyib həbsə atırlarsa bu qaununlardan sonra da eyni taktikanı tətbiq edəcəklərinə heç kim şübhə etməsin.

Yəni, əgər bir jurnalist dövlət məmurlarının, rəsmi şəxslərin cinayətlərini araşdırmaq istəsə biləcək ki, onun bu araşdırması nəinki böyük uğur qazana bilər, həm də elə yolun başlanğıcında yarımçıq qalıb özünü də həbsə göndərə bilərlər. Bundan başqa dünyada qəbul olunmuş jurnalistlərin məslək qaydaları var, informasiya mənbəyinin mənbə sahibinin arzusu ilə gizli saxlanılması, bu mənbəni jurnalist gərək açıqlamasın, bunu açıqlamamaq onun üçün peşə şərəfidir. Ancaq yeni qanun jurnalistlərin dünyada qəbul olunmuş etikasını alt üstə edə bilər, çünki Azərbaycanda hər gün sayı çox informasiyalar yayılır ki, mənbə özünün gizlin qalmasını istəyir, bu da çox vaxt həmin mənbənin təhlükəsizliyi ilə bağlıdır.

Tutaq ki, mən Bəylər Əyyubovun qonşu
uyam, ya da nə bilim bağında işləyən fəhləyəm, bir neçə il işlədikdən sonra mənə məlum olur ki, Bəylər Əyyubov Qaradağda böyük bir ərazidə, mülkiyyətində olan torpaq sahəsində böyük və mürəkkəb bir tikinti işi aparır, tikinti qurtardıqdan sonra bilinir ki, bu tikinti Bəylər Əyyubovun şəxsi həbsxanasıdır, türməsidir. Mən bu barədə jurnalistlərə məlumat versəm, türmənin yerini, ünvanını göstərsəm, lazım olan bilgiləri versəm və adımında gizli qalmasını istəsəm, bu barədə araşdırma aparıb yazılarını çap edən jurnalist özü həbsə girə bilər, çünki ondan informasiyanın mənbəyini soruşduqda o gərək gizlətsin, həmin yerə gedib jurnalist kimi həyətə girmək şansı da sıfırdır.

Yox əgər mənim adımı hallandırsa, onda mən nəinki işimi itirəcəyəm, hətta həyatımı riskə atmış olacağam, ola bilər general Əyyubov məni tikdirdiyi həbsxanya da yox, elə birbaşa qəbirə göndərsin.

Digər yandan jurnalistlər belə mövzulara müraciət etməsələr onlar oxucu üçün maraqlı olmayacaqlar, qəzetləri və ya internet səhifələri kiməsə maraqlı olmayacaq. Bununla mətbuat bir biznes kimi çox şey itirəcək, ancaq azərbaycanlı müsəlmanlar demiş, “təki itən pul olsun”, intəhası dərd bundadır ki, burda itən tək pul deyil həm də başqa şeydir və bu da cəmiyyətin, xalqın, ictimaiyyətin baş verənlərdən xəbərsiz olmasıdır.

Yəni bu qanun var deyə məmurlar min bir hoqqadan çıxacaq, jurnalistlər susacaq və cəmiyyətdə hər şeydən xəbərsiz qalacaq. Yox əgər jurnalist informasiya mənbəyini açıqlasa, o zaman ikinci dəfə bir adam mətbuata üz tutmaz, özü də heç bu günkü gündə belə jurnalistlərə müraciət edən sadə vətəndaşlar çox azdır.

Qanun qəbul olunub, ancaq hələ ki, prezident imzalamayıb, imzadan sonra qüvvəyə minə bilər. Ekspertlər də ümid edir ki, layihəni prezident imzalamaya da bilər. Bu çox gülməli fikirdir, sadəlöhvlükdən ya bəlkə də başqa bir şeydən doğan səhv fikirdir. İlham Əliyev bu layihəni imzalayacaq. Bundan başqa həmin qanun sosial şəbəkələrdə sayı durmadan artan ictimai fəalların, vətəndaşların da mövqelərinə təsir edəcək, belə ki, vətəndaşlar sosial şəbəkələrdə açıq danışmağı, sərt tənqidəri edib bunları digərləri ilə paylaşmağı özlərinə rəva bilirdilərsə, bundan sonra həbs qorxusu onların hamısını da olmasa əksəriyyətini bundan çəkindirə bilər.

Artıq dünya ictimaiyyətinin də məsələ ilə bağlı mövqeləri məlumdur, Amnesty İnternational təşkilatı və Avropa məsulları İlham Əliyevə imzalamamaq çağrışı ediblər, ancaq məncə nafilə, prezident imzanı atacaq.
Source : Islamtimes
Comment