0
Thursday 30 May 2013 - 23:31

Qarabağ münaqişəsində nə dəyişəcək?

Story Code : 269203
Qarabağ münaqişəsində nə dəyişəcək?
Qarabağ münaqişəsində nə dəyişəcək?
Islam times.org/az/ - Dünəndən mətbuat və sosial şəbəkələrdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlama müzakirə mövzusuna çevrilib.

Lavrov iddia edib ki, Dağlıq Qarabağ münaqişəsində daha uzun müddətə status kvonu saxlamaq doğru olmazdı. Əlbəttə Rusiay tərəfindən bu cür rəsmi bir açıqlama həm gözlənilməzdir, həm də bir qədər də qorxulu.

Uzun illərdir Azərbaycan tərəfi “nə hərb nə sülh” vəziyyətindən bezib və dəyişdirilməsini istəyirdi, ancaq ən birinci buna kəskin etiraz edən Rusiya olurdu. Bu gün isə xarici işlər nazirinin belə bəyanatının gözlənilməz qəbul olunması da anlaşılandır. Ancaq ermənilər təlaş içindədirlər, çünki Lavrov deməyib ki, Dağqlı Qarabağ Ermənistana birləşdirilsin ya da tanınsın, ancaq bununla belə rus diplomatı bu ərazidə Azərbaycan hakimiyyətinin bərqərar olmasını da iddia etməyib, ona görə təlaşa təkcə ermənilər deyil, azərbaycanlılar da düşə bilərdi, cəmiyyətimizə və hakimiyyətimizə baxanda isə Qarabağa görə təlaş müşahidə olunmur.
Source : Islamtimes
Comment