0
Sunday 2 June 2013 - 01:22

Dəstək hiss oundumu?

Story Code : 269825
Dəstək hiss oundumu?
Dəstək hiss oundumu?
Islam times.org/az/ - Bir həftədən çoxdur ki, bir qrup ABŞ konqresmenləri Azərbaycanda səfərdədir, səfərin əsas məqsədi ABŞ və Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda iştirak olsa da amerikalı qonaqlar həm 28 may bayramında iştirak edib, həm Milli Məclisdə görüşlər keçirib xatirə şəkilləri çəkdirib, həm də bir sıra rəsmi görüşlərdən sonra Forumda iştirak edib, prezident İlham Əliyevin adında verilən ziyafətdə iştirak ediblər.

Sözsüz ki, bütün rəsmi görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətindən razılıq ifadə olunub və bu əlaqələrin inkişafı üçün səylərin artırılması haqqında fikir mübadiləsi aparılıb.

İlham Əliyevlə görüş zamanı və Forumda da prezident amerikalı qonaqlara Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı adlandırmaqla münasibətlərin təkcə enerji amili ilə bağlı olmadığını, burda həm də mədəni, humanitar əlaqələrin, Əfqanıstana daşınan yüklərdə Azərbaycanın önəmli rolunu ifadə edib.

Forumda prezident İlham Əliyev ABŞ rəsmilərinin nəzərinə çatdırıb ki, Azərbaycan Xəzəri dünya üçün açıq elan edən, qərb şirkətlərinin Xəzərdə çalışmalarına imkan verən ilk ölkədir. Ancaq məncə amerikalıların birdən birə bu qədər sayda heyətlə Azərbaycana bir forumda iştirak etməsi üçün gəlməsi və ya forumun bu günlərdə keçirilməsi təsadüfə oxşamır.

Çünki bu il Azərbaycanda prezident seçkisi ilidir, İlham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsi gözlənilir, daha doğrusu artıq bir neçə təşkilat belə bir təşəbbüslə də çıxış edib, qərbdə isə 3-cü dəfə namizədliyini irəli sürmək elə də asan həzm olunmur.

Düzdü, ABŞ-ın ən yaxın dostlarından biri Səudiyyə Ərəbistanıdır, ancaq unutmayın ki, dövlət quruluşuna görə Azərbaycandan fərqlənir, həm də prinsipal olaraq fərqlənir. Hamı da çox yaxşı bilir ki, İlham Əliyev seçkilərə qatıldığı halda yüksək səsçoxluğu ilə qalib gəlməsi üçün MSK bütün seçki saxtakarlığına əl atıb verilən tapşırığı yerinə yetirəcək.
Bundan başqa müxalifət də Milli Şurada birləşə bildi, ən azı bu gün üçün onların birləşməsi haqqında fikir yürütmək mümkündür. Eyni zamanda İlham Əliyevə qarşı Rusiyanı süni surətdə qoymaq istəyənlər də az deyil, bu baxımdan amerikalıların bir bəhanə ilə dəstəyini almaq hakimiyyətə lazımdır, üstəlik bu il İranda da prezident seçkiləridir. İranın bura nə dəxli var? İran Azərbaycanın qonşusu olduğu üçün Azərbaycan heç zaman ABŞ İran planından kənarda qala bilməz.
Source : Islamtimes
Comment