0
Monday 10 June 2013 - 23:09

"Cenevrə 2" konfransının uğurlu keçməsi üçün lazımlı şərtlər

Story Code : 272395
"Cenevrə 2" konfransının uğurlu keçməsi üçün lazımlı şərtlər
ABŞ və Rusiya arasında razılaşma əldə edildikdən sonra Suriya ilə bağlı "Cenevrə 2" görüşünə hazırlıqlar başladı. Ötən il də uyğun şəhərdə oxşar beynəlxalq konfrans keçirilmişdi. Amma bu görüşdə Suriya probleminin həlli üçün çıxış yolu tapılmamışdı. Bu səbəbdən də sual yaranır ki, qarşıdakı görüşün ötən ilki konfrans kimi uğursuzluğua düçar olmayacağına kim təminat verir.
 
Suriya böhranı gün-gündən daha da qəlizləşir və problemin sülh yolu ilə həllinə olan ümidlər azalır. Bu ölkədəki qarşıdurmalar nəticəsində 80 mindən çox insan həlak olub, 10 minlərlə insan yaralanıb. Üçüncü ilinə daxil olan qarşıdurmalar nəticəsində ölkədə bir çox məntəqələr xarabalıq vəziyyətinə dönüb ölkə əhalisinin dörddə biri qaçqın olub. Suriyada böhranın uzanmasının səbəb bir sıra məntəqə ölkələrinin bu ölkəyə müdaxilələri oldu. Yaxın keçmişə nəzər saldıqda Suriyanı məntəqədə əmniyət və sakitlik mərkəzi adlandırarsaq yanılmazdıq. Təbiidir ki, müxtəlif güclər məntəqədəki bu həssas nöqtəyə nəzarəti ələ almaq istəyirlər. 
 
Bu arada müxtəlif güclərin Suriyada öz mənafeini güdməsi bu ölkədə qarışıqlıqları daha da artırır. Əslində bu ölkə müxtəlif güclərin bir-biri ilə savaş meydanına çevrilib. 
 
Həmçinin Suriya böhranının davamı hər şeydən öncə bu ölkəyə təsir qoya biləcək güclərin müxtəlifliyində və onların mənafelərinin bir-birinə zidd olması səbəbindəndir. Bu ölkədə böhranın həlli də uyğun güclərin bir-biri ilə razılığa gəlməsindən aslıdır. 
 
Cenevrə iki görüşü barədə razılaşma iki böyük güc, Rusiya və ABŞ arasında razılaşma nəticəsində baş tutur. Bu razılaşma Suriya böhranının həlli ilə bağlı ümidləri artırsa da, onun gerçəkləşməsi üçün  bir sıra şərtlər yerinə yetirilməlidir.
 
Elə görünür ki, ilk şərt bütün təsirə malik güclərin cenevrə iki konfransında iştirak etməsidir. Cenevrə bir görüşündən təcrübə əldə edilməli, köhnə səhvlər yenidən təkrarlanılmamalıdır. Ötən konfransda İran və Ərəbistan kimi Suriyanın mühüm qonşularının hazır olmaması görüşün uğurlu olmamasında olduqca təsirli idi. Təəssüfləndirici haldır ki, bu gün ABŞ da daxil olmaqla bəzi ölkələr İran kimi dövlətlərin "Cenevrə 2" görüşündə iştirak etməməsinin tələb edir. Qeyd edək ki, ABŞ və müttəfiqlərinin bu istəyi bir çox etirazlarla qarşılanıb. 
 
ABŞ İranın bu konfransda iştirak etməməsinə dəlil kimi bu ölkənin Suriya dövlətinə etdiyi köməkləri göstərir. Baxmayaraq ki, ABŞ özü Suriyadakı silahlı müxalifətə müxtəlif yollarla yardım edir. Qeyd etdiyimiz kimi Cenevrə görüşünün uğurlu sonuclanması üçün bütün tərəflərin bu görüşdə iştirak etməsi lazımdır. Amma təbi ki, bu da problemin həlli üçün kifayət deyil. Suriyadakı qarşıdurmalara son qoyulması üçün bütün tərəflərin təyin olunmuş çərçivədə razılığa gəlməsi lazımdır. Suriya böhranı o həddədək ağırlaşdı ki, bu ölkədə vəhşiliklər bütün sərhədləri aşdı. Elə görünür ki, vəziyyət bütün tərəflərin nəzarətindən çıxıb. Belə bir durumda Suriyanı öz halına buraxmaq və ağıla söykənən qərar qəbul etməmək elə bir vəziyyətin yaranmasına səbəb olacaq ki, bütün tərəflər uduzmuş olacaq. 
 
Suriya böhranında birbaşa təsiri olan xarici ölkələr öz mənafelərinin ən az şəkildə təmin olunması ilə olsa belə qarşıdurmalara son qoyulmasına və siyasi danışıqlara başlanılmasına dəstək verməlidirlər. Bu sadəcə əxlaqi bir tövsiyə deyil, bu bütün tərəflərin milli mənafelərini təmin edəcək ağıla söykənən və məntiqli bir tövsiyədir.
 
"Cenevrə 2" görüşündə xarici qüvvələrin razılıq əldə etməsi ilə bağlı dediklərimizdən əlavə qeyd etməliyik ki, Suriya dövləti və silahlı müxalifət arasında da razılıq əldə edilməlidir. Əgər bu iki tərəf razılığa gəlməsə digər güclərin də ortaq qərara gəlməsi əhəmiyyətsiz olardı.
 
Şəksiz ki, qarşıdurmaların uzanması hər iki tərəfin zərərinədir. Bu günədək nə silahlı müxalifət nə də dövlət qüvvələri qarşı tərəf üzərində tam qələbə əldə edə bilməyib. Tərəflər yanlız öz mənafelərini güdsələr şəksiz ki, razılıq əldə edilə bilməz və bu üzdən hər iki tərəf qarşı tərəfi də nəzərə almalıdır. 
 
"Cenevrə 2" görüşündə əldə oluna biləcək ən mühüm nailiyyət müvəqqəti belə olsa tərflər arasında atəşkəs elən edilməsidir. Atəşkəs qərarı isə müxaliflərlə dövlət arasında danışıqların başlamasına bağlıdır. Heç bir ön şərtsiz danışıqlar uğurlu ola bilər. Bəziləri Bəşar Əsədin hakimiyyətdən getməsi və ya qalmasının müzakirələr qarşısında bir maneə olduğunu bildirir. Amma bu özü də tərəflərin aralarında razılığa gələ biləcəyi bir məsələdir. Suriya müxalifəti danışıqlara ön şərt olaraq Əsədin hakimiyyətdən getməsini istəyir. Suriya dövləti də öz gücünü göstərmək üçün nəinki Bəşar Əsədin istefa verməyəcəyini, hətta onun 2014-cü ildəki seçkilərdə prezidentliyə namizəd olacağını bildirir. Belə görünür ki, iki tərəf müzakirə masasına oturmayınca problemlər çözülməyəcək. 
 
Suriyada böhran günü-gündən dərinləşir. Amma hələ də "Cenevrə 2" konfransı daha artıq qan tökülməsinin qarşısını ala bilər. 
Comment