0
Sunday 16 June 2013 - 19:04

İmam Xomeyni Komitəsi kimə mane olurdu?

Story Code : 274086
İmam Xomeyni Komitəsi kimə mane olurdu?
İmam Xomeyni Komitəsi kimə mane olurdu?
Islam times.org/az/ - Bu gün İran Xarici İşlər Nazirliyinin katibi Seyid Abbas Əraqçı İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin bağlanması ilə bağlı açıqlama verib. Birinci onu deyim ki, Komitə uzun illər əsasən Qarabağ qaçqınlarına maddi yardım göstərib, Komitənin bu fəaliyyətindən xeyir tapanların sayı çoxdur və onlar bunu unutmayıblar. Komitənin bağlanması ilə bağlı müzakirələr də ara sıra mətbuatda aparılır, ancaq bu mövzuda danışarkən hakimiyyət nümayəndələri açıq aşkar bəyan edir ki, Komitənin fəaliyyətində maddi yardım Azərbaycanın strategiyasına cavab vermir. Bu çox əcaib bir açıqlamadır, axı bir yardım təşkilatı ölkəyə gəlib qaçqınlara maddi yardım edirsə necə ola bilər ki, Azərbaycanın strategiyasına cavab verməsin? Bəlkə Azərbaycan hakimiyyəti istəyir ki, onun qaçqın vətəndaşları torpaqlarını itirdikdən sonra indi də aclıqdan ölsünlər? Azərbaycanın neft ölkəsi olması amili də buna heç bir təsir edə bilməz, çünki əliyev rejimi neft pullarının demək olar hamısını ata malı kimi öz şəxsi mənafeyi üçün xərcləyir, dağıdır, aparıb xaricdə mülki alır, Avropada muzeylər təmir edir, xarici ölkələrdə parklar salır, heykəllər qoyur və s. Əraqçının açıqlamalarından belə anlamaq olur ki, İran tərəfini Azərbaycan hakimiyyəti çox şeyə inandıra bilib, ancaq gec tez haqq öz yerinə tapar.
Source : Islamtimes
Comment