0
Monday 17 June 2013 - 11:52

Sərhəd müvəqqəti bağlanıb

Story Code : 274249
Sərhəd müvəqqəti bağlanıb
Sərhəd müvəqqəti bağlanıb
Islam times.org/az/ - Bu gün hakimiyyətin dililə desəm bəzi antimilli ünsürlər mətbuatda yaydığı məlumatlarla ictimaiyyəti çaşbaş salmaq istəyiblər. Yayılan məlumatlara görə İran Azərbaycanla sərhəddi bağlayıb, keçid məntəqələrində sərhəd bağlı olduğu üçün on minlərlə Azərbaycan vətəndaşı toplanıb. Sərhəddin bağlanması ilə bağlı İranın Azərbaycandakı səfirliyi isə məlumatsız olduğu bildirilir.

Sözün doğrusu İran səfirliyinin həqiqətən baş verənlərdən xəbərsiz olması haqqındakı məlumatların obyektivliyinə birmənalı yanaşmaq olmur, bu məlumat təsdiqlənməyib də, jurnalistlər isə təsdiqini tapmış məlumatlar kimi ictimaiyyətə təqdim edib. Bir qədər araşdırmadan sonra bəlli oldu ki, İranda seçkilərlə bağlı sərhəd müvəqqəti olaraq bağlanıb, bir neçə müddət əvvəl belə bir addımın atılacağı haqqında da İran tərəfinin məlumatları olub, yəni ortada qeyri adi bir şey baş verməyib. Ona görə bəzi mətbuat orqanlarının bu məsələni şişirtmələri qərəzdən xəbər verir, onlar sərhəddin bağlanmasını Azərbaycana qarşı İran tərəfindən təzyiq kimi qiymətləndirirlər.

Həqiqətən Azərbaycanın cənub bölgəsinin əhalisi, İrandakı bərəkətin, ərzaq və qeyri ərzaq mallarında olan əlverişli qiymətlərə görə hər gün cənub ölkənin sərhədlərini keçib gedir və ailələrini dolandırmaq üçün çalışırlar, seçkiyə görə və ya xüsusi hallar yaranan zaman da İran hakimiyyəti sərhəddi müvəqqəti bağlayırsa burda anlaşılmayan nə var axı?

Üstəlik İslam Respublikasının belə bir addım atması üçün başqa səbəbləri də var. Bilirsiniz ki, ABŞ və İsrail gecə gündüz Azərbaycanı öz məqsədləri üç&uum
;n İrana qarşı istifadə edir, Azərbaycan hakimiyyəti də sionist cütlüyününü oyununda oynamaqdan, onların oyununda alət olmaqdan məmnuiyyət nümayiş etdirib qardaş ölkəyə qarşı müxtəlif təxribat fəaliyyətlərində canfəşanlıq göstərir.

Heç kimə sirr deyil ki, ABŞ və əliyev rejiminin dəstəyi ilə İranda yaşayan azərbaycanlıları süni şəkildə İslam Respublikasının düşməninə çevirmək istəyirlər, bunun üçün əlindən gələni edən əliyev rejiminin böyük dəstəkçisi İsrail və ABŞ-dır. Fikir vermisinizsə müxtəlif zamanlarda ABŞ-da əliyev rejiminin deputat və məmurlarının da iştirak etdiyi tədbirlərdə amerikalı ekspertlər, təsir gücünə malik adamları və rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, İslam Respublikası bu ölkədə yaşayan azərbaycanlıların hüquqları pozulur, orda yaşayan azərbaycanlılar öz azadlıqları uğrunda mübarizə aparacaqları təqdirdə həm ABŞ həm də Azərbaycan onların yanında olacaq.

Bu cür fikirləri müxtəlif zamanlarda ABŞ səsləndiriblər, elə Bakıda da dəfələrlə səsləndiriblər. Özü də bunu təkcə deputatlar etməyib, məmurlar da səsləndirib, məsələn Nazim İbrahimov may ayında Vaşinqtonda olan zaman verdiyi açıqlamada İranda yaşayan azərbaycanlıların haqlarını müdafiəsində kütləvi şəkildə səfərbər olunmalarını vacib məsələ saymaqla yanaşı bundan ötrü Diaspor Komitəsinin də az iş görmədiyini bildirib.

Bu planda ABŞ-ın aparıcı təşkilatları ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini də qeyd edib. ABŞ və Azərbaycan İranda azərbaycanlıların haqlarının müdafiə olunması adı altında xaos yaratmaq istəyirlərsə onda İran nəyə görə seçki ərəfəsində təhlükəsizlik tədbirləri görməsin? Axı İran hakimiyyəti göz görə görə, öz əli ilə özünə məhv edəsi deyil ki. Sərhədlərin müvəqqəti bağlanması da bu sıradan olan tədbirlərdən biridir.
Source : İslamtimes
Comment