0
Friday 5 July 2013 - 23:24

ABŞ-ın Misir hadisələrinə münasibətdə şübhəli mövqeyi

Story Code : 279941
ABŞ-ın Misir hadisələrinə münasibətdə şübhəli mövqeyi
“Wall Street” jurnalı “Misir ordusunun son addımına sönük reaksiya, ABŞ-ın himayəsi ilə çevriliş nəzəriyyəsini alovlandırdı” adlı məqaldə yazır: “Bu baxış çevrilişlə bağlı misirli müxaliflər arasında olan digər nəzəriyyə ilə fərqlidir. ABŞ prezidenti Barak Obama bu nəzəriyyədə devrilmiş prezident Məhəmməd Mursi və hakim partiya olan Müsəlman Qardaşlarını himayə edəcəyi ilə bağlı razılığa gəlmişdi.
 
Amma Ağ Evin passivliyi misirlilərdən bəzilərinin bu qənaətə gəlməsinə səbəb olub ki, bu gün ABŞ dövləti ən azı əməldə Mursinin hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyir.
 
Məntəqənin bir çox analitikləri və ərəb diplomatları bu mövzunu Obama və Mursi arasındakı mürrəkəb əməkdaşlığın ən son nümunəsi kimi təqdim edirlər.
 
Məhəmməd Mursi Müsəlman Qardaşlarının sabiq rəhbəridir ki, Obama 2011-ci il Misir inqilabından sonra sürətlə onu himayə etməyə başladı. 

Analitiklər həmçinin bildirib ki, ABŞ dövləti Mursinin Qahirədə nüfuzunun artmasına və Misirdə iqtisadi durumun ağırlaşmasına etiraz etməyib. Elə görünür ki, ABŞ Müsəlman Qardaşlarının son iki ildə Yaxın Şərqdə nüfuzunun artması ilə onlarla rabitələrini daha da genişləndirməyə meyilli idi.

Bu günədək Ağ Evin Misir prezidentinə qarşı sərt mövqe sərgiləməməsi səbəb olub ki, Mursi iqtisadi və diplomatik dəstək qazanmaq üçün Müsəlman Qardaşlarının nüfuzundan qorxan padşahlıq hökm sürən, neft ölkələri olan ərəb dövlətlərinə doğru yön almasın.
 
ABŞ Xarici İşlər Nazirliyində Misirlə bağlı məsələlər üzrə sabiq mütəxəssis, hazırda isə Vaşinqtondakı NATO qərargahında fəaliyyət göstərən Emmi Haverton deyir: "Bəziləri bizim Misirdə baş verən hadisələrlə bağlı lazımınca nigarançılıq geçirmədiyimizi düşünsə də, biz orada baş verənləri nəzarətdə saxlayırıq."
 
Barak Obama və ABŞ XİN bazar ertəsi günü Misir ordusunun təhdidləri ilə bağlı danışmaqdan imtina etdi. Bildiyimiz kimi Misir ordusu dövlətə xəbərdarlıq edərək 48 saat ərzində ölkədəki siyasi durumun normallaşmayacağı təqdirdə meydana girəcəyini bildirmişdi.
 
Obama bu dönəmdə Tunisə səfəri çərçivəsində hamını təmkinlə olmağa çağırdı. Amma elə görünür ki, ABŞ prezidenti Qahirədəki hansısa xüsusi bir siyasətçini himayə etmədiyini bildirməklə Mursiyə arxa çevirmiş oldu.
 
Obama Darus-Səlamdakı mətbuat konfransı zamanı dedi: "Bizim mövqeyimiz hər zaman gördüyünüz kimi olub. Misir rəhbərlərinin təyin olunması bizim vəzifəmiz deyil. Biz sadəcə istəyirik ki, hamının səsinin eşidildiyindən əmin olaq və bu iş sülh yolu ilə həyata keçirilir."
 
Obama həmçinin Vaşinqtonun Misirə təqribən ildə 9 milyard dollar dəyərində olan hərbi yardımının risklə üzləşdiyini elan etməkdən imtina etdi.
 
ABŞ XİN sözçüsü Patrik Venteral da bazar ertəsi günü Misir ordusunun mövqeyini tənqid etməkdən yayındı. O dedi ki, biz hələ də bütün tərəflərlə rabitələrimizi qoruyuruq və baş verənləri yaxından izləyirik. Amma Misir ordusu tərəfindən yayımlanmış bəyanatla bağlı heç bir şey söyləyə bilmərəm.
 
Misir prezident admnistrasiyası bildirmişdi ki, bazar ertəsi günü Barak Obama Məhəmməd Mursi ilə telefon bağlantısı yaradaraq onu himayə etdiyini açıqlayıb. Amma Ağ Ev uyğun mövzunu təsdiqləməyib. ABŞ-ın Misirdəki səfiri Ann Peterson isə Mursi və Müsəlman Qardaşları ilə xoş münasibətləri genişləndirən biri kimi tanınır. 
 
Müsəlman Qardaşlalrının Misirdə ortaya çıxması Obama üçün ən böyük problemlərdən birinə çevrilib. Belə ki, o 2011-ci ildən ərəb dünyasında baş vermiş siyasi inqilabları idarə etmək ardıncadır. ABŞ o dönəmdə məcburiyyət qarşısında qalaraq sabiq Misir diktatoru və ABŞ-ın köhnə müttəfiqlərdən olan Hüsnü Mübarəkdən hakimiyyəti təhvil verməsini istəmişdi. Onlar bu addımı ilə işğalçı İsrail rejimi və bir çox ərəb müttəfiqlərinin qəlbində böyük boşluq yaratdılar. Adı çəkilən dövlətlər xəbərdarlıq etdilər ki, Mübarəkin getməsindən ən çox faydalanan Müsəlman Qardaşlarıdır və bu hərəkat demokratikləşmə və ölkənin xəstə iqtisadiyyatının islahı istiqamətində heç bir tarixi öhdəlik götürməyib.
 
Bir çox Misir siyasətçiləri Barak Obama dövlətini Mübarəklə bağlı qərarlarında olduğu kimi Mursinin də bacarıqsızlıqları barədə açıq şəkildə danışmadığı üçün tənqid edib.
 
2 il öncədən Hüsnü Mübarəkin devrilməsi ilə eyni zamanda Misir anti-dövlət aksiyalarına şahid olub. Bu dəfə Məhəmməd Mursi xəstə iqtisadiyyat və Misir mədəniyyətinin islamiləşdirilməsi səbəbindən tənqid olunub.
 
Etirazçılar həmçinin ABŞ-ı Məhəmməd Mursinin ötən ilin noyabr ayında qəbul etdiyi qanunlara sönük reaksiya göstərdiyinə görə də ittiham ediblər. Bu etirazlar Ağ Ev Məhəmməd Mursiyə İsrail və HƏMAS arasındakı atəşkəs prosesinə kömək etdiyi üçün təşəkküründən sonra başladı.
 
Xarici Əlaqələr Şurasında Misirlə bağlı məsələlər üzrə ekspertlərdən olan Stiven Kuk deyir: “Biz son hadisələrdə haqqın tərəfini saxlaya bilərdik. Amma Obama dövləti lazımi qədər açıq və səmimi olmadı.”
 
Stiven Kuk və bir neçə digər ekspert Vaşinqtonun önümüzdəki həftələrdə Misirdəki siyasi duruma təsir edə biləcəyinə şübhə ilə yanaşdıqlarını bildiriblər. Onlar mövzu ilə bağlı Vaşinqtonun məhdud maliyyə resurslarına və Mursi və Misir ordusunun Qatar, Türkiyə və Səudiyyə Ərəbistanı ilə son illərdəki sıx rabitələrinə işarə edirlər.
 
Corc Buşun dövründə ABŞ yüksəkrütbəli rəsmilərindən olan Elliot Abrams deyib: "Əgər hərbi müdaxilə edilməsə, biz islahatlar üçün yaranmış böyük imkanları itirmiş olacağıq. Hərbi müdaxilə ediləcəyi təqdirdə isə biz günahkar olacağıq.”
 
Ekspertlər bildirir ki, Misir böhranından uzaqlaşmaq böyük ehtimalla bütün Orta Şərqdə hiss olunacaq. Bu gün Müsəlman Qardaşları Suriya, Liviya, Tunis və Fələstin torpaqlarında siyasi fiqurlardan birinə çevrilib. Stiven Kuk sözlərinin davamında əlavə edib: "Misir hələ də məntəqənin coşqun dənizində bir dalğa kimidir."
Comment