0
Wednesday 17 July 2013 - 23:32

Mövsümün adı hesabatda niyə yoxdur?

Story Code : 284211
Mövsümün adı hesabatda niyə yoxdur?
Mövsümün adı hesabatda niyə yoxdur?
Islam times.org/az/ - Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun iyunun 17-dən 21-nə qədər Bakıda səfərdə olmuş seçkiqabağı qiymətləndirmə missiyasının hesabatı mətbuatda yayılıb.

Hesabatı şərh edərkən nəzərə çarpan bəzi məqamları sizinlə bölüşürəm, birinci ağıla gələn fikir bu olur ki, ATƏT missionerləri bu dörd gündə Bakıya gələrkən Prezident Administrasiyasından onların super səviyyədə dincəlmək, əylənmək, istirahət etmələri üçün şərait yaradılıb, elə Prezident Administrasiyasında, Elnur Aslanlının şöbəsində bu hesabat tərtib olunub verilib avropalı diplomatların qoltuğuna, onlar da bunu öz adlarından, özlərinin hesabatı kimi yayıblar.

Avropalı diplomatların bu cür Bakı sərgüzəştləri birinci dəfə deyil, xatırlayırsınızsa ötən ilin bir “Aqramunt və Qrex” təcrübəsi var, elə bu iki nəfər də ATƏT missionerləri idi. Aqramunt və Qrexin əməllərini ifşa edən hüquq müdafiəçisi Leyla Yunusun çıxışından sonra bəzilərimiz elə düşündük ki, Avropa Azərbaycanda bu cür işlərdən çəkinər, ancaq demə bu işin başlanğıcı imiş.

Hesabatı ekspertlər dişsiz adlandırır, mənsə bu qiymətlə razı deyiləm, dişsiz bu cür olar ki, gəliblər, axtarıblar, araşdırıblar, problemləri qismən görüblər və başa düşdükləri kimi də rəy veriblər. Ancaq burda isə vəziyyət konkret olaraq dediyim kimidir, hakimiyyət avropalıları Bakıda və Qəbələdə əyləndirib, Adimnistrasiyada da hesabat hazırlanıb.

Ona görə də rəy də qeyd olunan təzadlar, sanki KİV-dəki savadsız jurnalistin yazılarından götürülüb. Öz aramızda qalsın, bunula belə, Prezident Administrasiyasının da dəsti xəttini görməmək də olmur, hesabatın sonunda müxalifətdən bir namizədin, İlqar Məmmədovun həbsdə olduğu qeyd olunur.

Görəsən, AİP sədri, Mövsüm Səmədovun hansı səbəbdən İlqar Məmmədovla bir sırada adı hesabatda qeydə olunmayıb? O da, prezidentliyə namizəd, partiya sədri və həbsdədir. Bir daha təsdiqlənir ki, İlham Əliyev hakimiyyəti islamçıları siyasətçi yox cinayətkar hesab edir, bu cür hesabla da Prezident Administrasiyasında hesabat hazırlanır və ATƏT-in adından yayılır.

İlham Əliyevin islamçılarla düşmənçilik mövzusundan isə az bəhs etməmişik. İlham Əliyevin islamçılara qarşı düşmənçiliyi səbəbindən də Mövsüm Səmədovun adı hesabatda olmadı.
Source : Islamtimes
Comment