0
Thursday 18 July 2013 - 23:35

Üç ay az vaxt deyil

Story Code : 284566
Üç ay az vaxt deyil
Islam times.org/az/ - Bir gün öncə hicab məhbusu hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlının verdiyi ilginc açıqlama cəmiyyəti çox naraht etməli idi, ancaq nəyəsə görə bununla bağlı bir susqunluq var.

Anar Qasımlı mətbuata verdiyi müsahibədə bildirib ki, artıq üç aydır ki, hacı Mövsüm Səmədovla görüşə bilmir, bunu əngəlləyən isə Penitensiar xidmət rəhbərliyidir. Məhbus dindarla görüşmək üçün xidmət rəhbərliyi görüş üçün vəkildən qanunda olmayan tələblərlə çıxış edib və belə anlaşılır ki, Penitensiar xidmət hacı Mövsüm Səmədovla vəkilin görüşməsinə imkan vermir, nə az nə çox artıq üç aydır və bu vəziyyət davam etməkdədir.
Yaranmış vəziyyəti necə izah etmək olar? Birinci onu qeyd etmək lazımdır ki, dünyanın ən zalım rejimlərində belə məhbusun vəkillə görüşməsinə əngəl yaradanlar uzağı bunu bir həftə iki həftə edə bilər, üç ay məhbusun vəkillə görüşə bilməməsi heç bir çərçivəyə sığmır.

İnkincisi, maraqlı olan budur ki, Anar Qasımlının üç aydır hacı ilə görüşə bilməməsini nə üçün məhz elə vəkilin özündən eşidirik, nə üçün bu vaxta qədər bu məsələ ilə bağlı mətbuat və ya bəzi media qurumları məlumat yaymayıb?

Bəlkə, bu media orqanlarının hicab məhbusları və hacı Mövsüm kimi aktual mövzuları yoxdur? Üçüncüsü, vəkilin hacı ilə görüşə icazə verməməsinin arxasında bir neçə fakt dayana bilər, bir versiyaya görə hakimiyyət bununla hacıya və onu sevənlərə bir göz dağı verir, ikinci versiyaya görə ola bilər ki, Mövsüm Səmədovu yaralayaraq, zədələyərək, xəstələndirərək elə bir hala salıblar ki, üç aydır özünə gələ bilmir və bu səbəbdən də vəkili onunla görüşə buraxmırlar.

Dördüncüsü, bu qadağanın arxasında islamçıların özlərini necə aparacaqlarını müşahidə etmək məqsədi durur, çünki Mövsüm həbsdə olsa da Azərbaycan İslam Partiyası aktiv siyasi mübarizəni davam etdirir, siyasi səhnənin diqqət mərkəzində qala bilir.

AİP funksionerləri həm mətbuatda çox tez tez görünməyə başlayıblar, həm də siyasi proseslərin birbaşa iştirakçısına çevrilib, Milli Şurada təmsil olunublar. Ancaq bir neçə həftə əvvəl verdiyi açıqlamasında AİP sədr əvəzi Elçin Manafov Milli Şuradan çıxacağını istisna etməyib. Onu da unutmaq olmaz ki, hacı Mövsüm Səmədovun hicab qadağası ilə bağlı çıxışından sonra hicaba azadlıq mübarizəsində bir ənənənin təməli qoyuldu, onun ardınca gənc dindarlar, möminlər həbs olunacaqlarından qorxmayaraq hicaba azadlıq tələbi ilə çıxış etdilər, həbsə düşdülər, bu günə artıq 300 nəfərdən çox gənc hicaba azadlıq tələb etdiyi üçün zindanda çürüyür.

Bütün baş verənlər, ağır iztirablar Azərbaycan islamçılarını haqq yolundan döndərmədi, əksinə dindar fəallar daha da möhkəmləndi və aktivləşdi.
Source : Islamtimes
Comment