0
Wednesday 24 July 2013 - 02:50

İlham Əliyev İrana getməyəcək

Story Code : 286238
İlham Əliyev İrana getməyəcək
İlham Əliyev İrana getməyəcək
Islam times.org/az/ - İranda yeni seçilmiş prezident Həsən Rohaninin and içmə mərasimində iştirakla bağlı İslam Respublikasından bir çöx dövlət başçılarına dəvət göndərilib və bir çoxları da bu dəvəti qəbul edib, dəvət olunanlar arasında prezident İlham Əliyev də var.

İlham Əliyevin İran prezidentinin inauqurasiya mərasimində iştirak edib etməyəcəyini mətbuat və sosial şəbəkələrdə müzakirəsi başlanılıb. Belə bir müzakirənin aparılmasında qəribə heç bir şey yoxdur, çünki Azərbaycan cəmiyyətində İrana qarşı İlham Əliyev hakimiyyətinin düşmən münasibəti barədə xeyli təsəvvür və məlumat var, bunu heç əliyev rejiminin rəsmiləri və xidmətçiləri də inkar etmir, İrandan belə bir dəvətin gəlməsini isə ekspertlər orda hakimiyyətin dəyişikliyi və ola da bilər siyasətdə dəyişikliyi ilə izah edir.

Ancaq məsələ burasındadır ki, İranda kimin prezident olmasından aslı olmayaraq İslam Respublikasında Azərbaycana qarşı münasibət həmişə qardaş münasibəti olub, Heydər Əliyevin vaxtında Azərbaycan hakimiyyətinin də İrana münasibəti indiki qədər pis deyildi, İlham Əliyev hakimiyyəti isə İranla açıq düşmənçilik edir, bunun qarşılığında isə İran yenə də həm İlham Əliyev hakimiyyətinə həm də Azərbaycana qarşı qardaşlıq edir.

İndidən demək olar ki, İlham Əliyev andiçmə mərasiminə qatılmayacaq, bununla bağlı YAP-çı deputat Siyavuş Novruz müzakirələr zamanı öz fikrini belə deyib: “aşağı səviyyəli, 5-ci dərəcəli məmurlardan biri İrana gedə bilər, iftarını da aça bilər, oruc tutmasa da”.

Bu cür yanaşma təkcə Siyavuş Novruzun ədəbsizliyi deyil, həm də təmsilçisi olduğu hakimiyyətin İrana münasibətinin göstəricisidir.
Source : Islamtimes
Comment