0
Sunday 11 August 2013 - 01:01

Məqsədləri düşmənçilikdir

Story Code : 291355
Məqsədləri düşmənçilikdir
Məqsədləri düşmənçilikdir
İran mövzusu Azərbaycanda bitmir, yeni prezident Həsən Ruhani hələ Bismillah deməmiş əliyev rejiminin mətbuatı İslam Respublikasının prezidentini hədəfə alıb, təzə olduğu üçün hələ bir şey tapa bilməyən rejim mətbuatı iddia edir ki, Həsən Ruhani azərbaycanlılara zərb vurub, bunun onunla əlaqələndirirlər ki, yeni prezident öz hakimiyyət komandasında İran tarixində bu zaman qədərki dövrdə ən az sayda türkə vəzifə verib, cəmi iki nazir türkdür, əvvələr isə bundan qat qat çox olub.

Əliyev rejiminin bu cür sərsəm iddiaları İrana sataşmaq deyilsə bəs nədir? Məgər İranda prezident öz komandasında kimlərəsə vəzifə verəndə onun milliyyətinə baxır?

Ümumiyyətlə İran qaydalarına görə milliyyətindən aslı olmayaraq bütün müsəlmanlar bir millət və bir birinə qardaşdır, əliyev rejiminin qəbul etdiyi və başa düşdüyü milliyyət fərqi İranda mövcud deyil, rol oynamır, bunu əliyev rejiminin mətbuatı da, özü də yaxşı bilir, məqsəd Azərbaycan cəmiyyətində İrana qarşı düşmənçilik təbliğatını aparmaqdır.
Source : Islamtimes
Comment