QR CodeQR Code

İndi də İran klinikaları hədəfdə

Islamtimes , 12 Aug 2013 16:20

İslamtimes - Belə bir xofu yaratmaqla İrana müalicə üçün gedən azərbaycanlıların sayını azaltmaq və gələcəkdə onların sayını sıfıra endirmək niyyəti var.


islamtimes.org/az/ - Yəqin bir çoxlarınız bilirsiniz ki, Azərbaycandan İrana gedən vətəndaşlarımızın bir hissəsi ziyarətə, digər hissəsi isə müalicəyə gedir, imkansız azərbaycanlılar keyfiyyətli tibbi xidməti analoqu olmayan vətənində avropa standartlarına uyğun tibb mərkəzlərində ala bilmədiyi üçün İrana üz tutur.

Bir neçə gündür hakimiyyətin nəzarətində olan mətbuat yayılan bir xəbər cəmiyyətdə yeni təfriqə salmaq məqsədi daşıyır desəm yanılmaram. Mətbuat orqanlarının verdiyi xəbərdə deyilir ki, İranda Şəhid Mədəni adına Ürək və Damar Xəstəxanasında müalicə olunduqdan sonra Emil Məlikov girov saxlanılır bunun da səbəbi körpə xəstənin valideynlərinin xəstəxanaya borclu qalmaları olub.

Bu cür yanlış və məqsədli xəbərləri yayan mətbuat orqanlarının məqsədlərinin nə olduğunu izah etmyə ehtiyac yoxdur, çünki bu barədə çox yazılıb, intəhası onlar məkirli işlərində yeni “sensassiya”ları yeni mövzularla gətirməkdə həvəsli görünür.

Bir neçə gün heç bir dəqiqləşdirmə, təkzib və təsdiq işləri aparmadan, sadəcə “İran azərbaycanlı xəstə körpəni girov saxlayır” kimi xəbərlər yaymaqla cəmiyyətimizdə İrana qarşı nifrətin genişlənməsi üçün çalışmaqdır.

Əfsuslar ki, belə məbuat orqanları öz məqsədlərinə çata bilir də, yəni cəmiyyətdə İrana qarşı mənfi rəy oyada bilir. Məkirli niyyətli mətbuatın məqsədlərinə çata bilmələrini görmək üçün sadəcə olaraq həmin xəbərlərlə bağlı rəyləri və sosial şəbəkələrdəki müzakirələri izləmək yetərlidir.

İş işdən keçdikdən sonra həmin mətbuat orqanları Təbrizdəki konsulluqla əlaqə saxlayır və məlum olur ki, prosedurlar var, həmin prosedurları xəstə keçib və başqa bir xəstəxanaya yerləşdirilib, xəstənin valideynlərinin həqiqətən müalicə xərclərini ödəmək üçün pulu olmayıb, ancaq körpələrini isə heç kim girov götürməyib, sadəcə olaraq körpə həmin xəstəxananda qalmaqla daha təhlükəsiz və həkim nəzarətində olmaqla sağlamlığını təmin edib.

Xəstəxana isə məsrəflərdə güzəşt edib, körpə də başqa bir xəstəxanada lazımi tibbi prosedurları keçir.

Əliyev rejiminin nəzarətində olan mətbuat orqanlarının bu xəbəri yaymasının məqsədini qeyd etdim, bu cür xəbərlər müxtəlif sahələrdə hər gün yazılır, ancaq tibb sahəsində hələlik birinci dəfədir və “nə üçün bu dəfə tibb sahəsi hədəfə alınıb?”

sualının da cavabı maraqlıdır. Məsələ burasındadır ki, Azərbaycanda İrana qarşı süni yolla nifrət yaratmaq üçün çox işlər görülür, cəmiyyətdə də bunun əks sədası eşidilir, münasibətlər formalaşır, tibb sahəsi isə salamt qaldırır, çünki imkansız azərbaycanlılar keyfiyyətli müalicə üçün Avropaya yox, İrana üz tuturdu, bunu görən hakimiyyət cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışır ki, artıq İranda müalicə olunmaq təhlükəsiz deyil, adamları orda girov götürürlər.

Belə bir xofu yaratmaqla İrana müalicə üçün gedən azərbaycanlıların sayını azaltmaq və gələcəkdə onların sayını sıfıra endirmək niyyəti var. İran klinikalarının alternativi kimi Türkiyə klinikaları göstərilir, bilmirəm bu işdı Türkiyənin barmaği var ya yox, ancaq türk hökumətinin belə cılız rəqabətdə heç nə qazanmayacağını hesablamaq çətin deyil.

Deyilənə gör bir neçə gündür ki, Azərbaycanda olan yerli həkimlərə xəstələrinin İrana getməsi tövsiyyəsini vermək qeyri rəsmi şəkildə qadağan olunub.


Story Code: 291758

News Link :
https://www.islamtimes.org/az/fori_news/291758/indi-də-iran-klinikaları-hədəfdə

Islam Times
  https://www.islamtimes.org