0
Wednesday 14 August 2013 - 17:28

Həm dəstək həm ticarət

Story Code : 292497
Həm dəstək həm ticarət
Həm dəstək həm ticarət
Islam times.org/az/ - Bir neçə həftəlik söz söhbətə avqustun 13-də son qoyuldu, Rusiya prezidenti Vladimir Putinin Bakıya çoxdan gözlənilən səfəri baş tutdu.

Səfərdən qabaq xarici, ən çox da yerli mətbuatda Putinin Bakıya gəlişi ilə bağlı geniş müzakirələr, mübahisələr, mülahizələr işıqlandırıldı. Rusiya mənbələri və çıxış edən ekspertlər iddia edirdi ki, Vladimir Putin bütün yaxın qonşuları ilə normal, sağlam münasibət qurmaq niyyətindədir, Azərbaycana gözlənilən səfəri də bu kontekstdən şərh olunurdu, yerli ekspertlər isə məsələyə başqa cür yanaşır.

Birincisi, Rusiya hakimiyyəti heç də bütün qonşuları ilə normal münasibətin qurulmasına yönələn siyasət yürütmür, elə cənubi qafqazda mövcud olan münqaişə ocaqlarının müəllifi, yaradıcısı, inhisarında saxlayan və bu konfliktlərdən maraqları üçün istifadə edən rəsmi Moskvadır. Bunu bilməyən yoxdur.

Ikincisi, ilin günün bu vaxtında Rusiya prezidentinin Azərbaycana səfərini bütün ekspertlər birmənalı şəkildə ölkəmizdə keçiriləcək prezident seçki ilə əlaqələndirirlər. Seçkilərlə bağlı bir neçə aydır milli mətbuatda prezident İlham Əliyev və Milli Şuranın beynəlxalq aləmdəki mövqeyindən geniş müzakirələr aparılırdı.

Bir qisim politoloqun fikrincə Milli Şura həm Rusiyada həm də qərbdə bəzi görüşlər keçirib, möqelərinə dəstək qazanmağa çalışıblar, keçirdikləri görüşlər barədə də mətbuatda məlumatları geniş yayıblar ki, bu da cəmiyyətdə birləşmiş müxalifət haqqında müəyyən qədər güclü alternativ kimi fikir yarada bilib.

Başqa bir qisim politoloq isə elə hesab edir ki, Milli Şura ilə İlham Əliyevin malik olduğu beynəlxalq dəstək müqayisə belə oluna bilməz. İlham Əliyev enerji siyasətindən məharətlə istifadə etməklə qərbin aparıcı qüvvələrindən ciddi dəstək alıb. İlham Əliyev milyardlarla pul xərcləməklə konkret dairələrin dəstəyinə nail olub.

Ən nəhayətdə isə İlham Əliyev dünya yəhudi icmasının ciddi dəstəyinə malikdir ki, bu da özünü həm qərbdə həm də Rusiyada göstərir. Diqqət edin, yəhudilər ABŞ, Avropa və Rusiya hakimiyyətini İlham Əliyevə dəstək vermək üçün səfərbər edə bilib. Hətta bunu da demək olar ki, yəhudilərin İlham Əliyevə verdiyi dəstəyi bu vaxta qədər heç kimə verməyib. Bu fikirlə mən də razıyam. Yəhudilərin İlham Əliyevə belə bir dəstəyinin səbəbini bilmək istəyən isə Azərbaycandakı vəziyyətə baxsa asanlıqla anlaya biləcək.

Vladimir Putinin Bakıya səfəri birmənalı şəkildə İlham Əliyevə prezident seçkilərində dəstəyinin ifadəsidir, bu dəstəyin arxasında yəhudi icmasının yardımı olmaqla yanaşı, başqa məqamlar da var. Bu məqamları isə biz səfər zamanı imzalanan sənədlərə baxmaqla görə bilərik. İmzalanan sənədlərin izahın başqa zaman qayıdarıq, indi bir məsələyə də şərh verilməsi vacibdir.

Səfərdən əvvəl milli mətbuatda və sosial şəbəkələrdə rus prezidentinin Bakıya hansı yolla gələcəyi barədə də müzakirələr gedirdi, təyyarə, qatar avtomobil yolu belə mümkün variant kimi sadalanırdı. Avqustun 11-də bəlli oldu ki, Putin Bakıya hərbi gəmi ilə gələcək. Bu fikir təkcə xəbər saytlarının məlumatlarına əsaslanmırdı, həm də Bakı buxtasında lövbər salmış Rusiya hərbi gəmilərinin görüntülərinə əsaslanırdı. Ancaq Putin Bakıya öz təyyarəsi ilə gəldi.

Bakı buxtasında lövbər salan rus hərbi gəmiləri ilə bağlı bəzi suallar meydana çıxır: Putin Bakıya təyyarə ilə gəlirdisə bu gəmilərin Bakı buxtasında nə işi var? Azərbaycanın qanunvericiliyinə görə heç bir xarici dövlətin hərbi bazası ölkə ərazisində yerləşdirilə bilməzsə, bu gəmilər hansı əsassla Bakı buxtasına yan alıb? Bu gəmiləri Azərbaycan sərhəd xidməti ölkə ərazisinə hansı əsasla buraxıb?

Bəzi məlumatlarda deyilir ki, rus hərbi gəmilərinin Azərbaycan ərazisinə daxil olmasına İlham Əliyev icazə verib, ancaq biz də bilirik ki, hər hansı bir xarici ölkənin hərbi bazasının Azərbaycana gəlişi və yerləşdirilməsi üçün Milli Məclis qanun qəbul etməlidir, Milli Məclis isə belə bir qanun qəbul etməyib, onda belə çıxır ki, İlham Əliyev səlahiyyətlərini aşıb, sərhəd xidməti isə qanunsuzluğa yol verərək rus hərbi gəmilərini ölkə ərazisinə buraxıb.

Bütün silahlı qüvvələr ali baş komandan kimi İlham Əliyevin əmrinə tabedir, ancaq xarici bir ölkənin hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsi isə Milli Məclisin səlahiyyətlədinə aiddir. Mən başa düşürəm ki, Milli Məclis real olaraq prezidentin əmrindədir, ancaq bununla belə rus gəmilərinin Azərbaycan ərazisində yerləşdirilməsi üçün formal olsa da Milli Məclis qanun qəbul etməli idi.

Bakı buxtası Azərbaycan ərazisi sayılır, rus hərbi gəmiləri də Rusiyanın hərbi bazası hesab edilir, həmin gəmilərin bir dəqiqə və ya yüz il qalması da prinsipal olaraq fərq etmir, istənilən halda bu o deməkdir ki, rus hərbi bazası Azərbaycana daxil oldu.

Putinin bu səfəri barədə mətbuatda hələ bir müddət yazılacaq, bü gün üçün isə hələlik bu qədər.
Source : Islamtimes
Comment